Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                     Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var .....                     “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                 

Bakının mərkəzində onlarla ailənin həyatı təhlükə altına atılıb - Narahat sakinlər prezidentdən kömək istədilər
Tarix: 15-08-2014, 16:42 | Çap et
Bakının mərkəzində onlarla ailənin həyatı təhlükə altına atılıb
DİA.AZ: - Paytaxtda aparılan inşaat işlərində tikinti normalarına və təhlükəsizlik qaydalarına riayət olunmaması artıq heç kəsə sirr deyil. Bu mənfi tendensiya xüsusilə də hündürmərtəbəli binaların tikinti zamanı yaşanır. Özlərinə "arxa” tapan tikinti şirkətləri binaları biri-birinə hədsiz yaxın məsafədə inşa edir, digər binanın mənzillərini gün işığından, təmiz havadan məhrum edirlər. Üstəlik, binaların yaxınlığında aparılan inşaat işləri ətrafdakı tikililər üçün təhlükə mənbəyinə çevrilir. Eyni vəziyyətlə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın sakinləri hazırda üz-üzədir.

DİA.AZ-a bu barədə şikayətçi düşən sakinlər indiyədək bir çox əlaqədar qurumlara müraciət etsələr də, başlarının üstünü almış təhlükə ilə heç kim maraqlanmayıb. Ərazidə tikinti aparan "Məxmər-77” MMC adlı şirkət sakinlərin şikayətinə məhəl qoymadan öz işini davam etdirir. Binaya bitişik aparılan tikinti işlərinin əhatə dairəsi isə getdikcə genişlənir. Binanın həm yanında, həm də tam qarşısında hündürmərtəbəli yeni binaların tikintisi aparılır. Bu isə bina sakinlərinin günəş işığından məhrum edilməsi və mənzillərə hava axınının sərbəst daxil olmasının qarşısının alınması deməkdir.

Bakının mərkəzində onlarla ailənin həyatı təhlükə altına atılıb

İnşaat işləri binaya çox yaxın məsafədə aparıldığından sakinlər binanın tərpəndiyini müşahidə edirlər. Məlumat üçün bildirək ki, təhlükənin getdikcə artdığını görən vətəndaşlar yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya da müraciət ediblər.

dia-az.life bildirir ki, müraciətdə deyilir: "Cənab, Prezident! Biz, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 84 saylı binanın sakinləri real təhlükə qarşısındayıq. Hazırda yaşadığımız bina 2002-ci ildə inşa edilib. Bir neçə il təhlükəsiz, rahat şəraitdə yaşamışıq. Amma artıq rahatlığımız pozulub, həyatımız üçün böyük təhlükə yaranıb. Səbəbsə binamızın yanında 7 ədəd 17 mərtəbəli binaların tikintisinə başlanmasıdır. Binaları inşa edən "Məxmər - 77” MMC-dir. İnşaat aparılan ərazidə qazıntı işləri zamanı yeraltı suların üzə çıxdığını hamı görürdü. Belə bir təhlükəli vəziyyət ola-ola tikintini yenə davam etdirdilər. Bizim bina ilə yeni tikilməkdə olan binalar arasında məsafə də çox az qoyulub, təxminən 10 metr. Halbuki ali qanunverici orqan olan Milli Məclisin təsdiqlədiyi "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində binaların tikintisi zamanı ara məsafələrin hansı uzunluqda olması öz əksini tapıb. Qanuna görə, binalar arasındakı məsafə mərtəbələrin hündürlüyünün 3 qatı qədər olmalıdır. Amma inşa edilən binaların tikintisində heç bir normaya riayət edilmir. Binamız faktiki yeni binaların mühasirəsinə "düşüb”. Yaxınlıqda nə bir yaşıllıq, nə ağaclar, nə də istirahət üçün bir park var. İşbazlar paytaxt sakinlərinin istirahət hüququnu da əllərindən alır, təmiz havasını, günəş şüasını da. Tikinti binamıza hədsiz yaxın məsafədə aparıldığından binamız titrəyir. Gecələr titrəyişlərdən rahat yata bilmirik. Sanki hər an binamız uçulub dağılacaq. Ərazidə ağır tonnajlı texnikanın işləməsi bəzi mənzillərdə çatlar əmələ gətirib, divara vurulmuş kafellər uçub tökülüb. Səs-küy və titrəyişlər sakinlərin rahatlığını pozub, səhhətində problem olanların narahatlığı daha da artıb.

Cənab Prezident, hökumət nümayəndələrinin iştirakı ilə keçirdiyiniz müşavirədə paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıllıqların qorunması və çoxaldılmasının vacibliyini vurğuladınız. Məmurlara vətəndaşlara xidmət etməyi, müraciətləri dinləyib, problemlərini həll etməyi tapşırdınız. Təəssüf ki, bəzi məmurlar səlahiyyət hədlərini aşır, qanunsuz tikililərə göz yumur, insanların rahatlığını təmin etmək əvəzinə, öz xeyirlərini güdürlər. Sizdən xahiş edirik, biz sakinlərin şikayətinin təmin edilməsini əlaqədar strukturlara tapşırasınız. Ümidimiz ancaq Sizədir”.

Onu da qeyd edək ki, bina sakinlərinin şikayətini dəyərləndirən "Azərbaycan Memarlar Assosasiyası”nın prezidenti, memar Zemfira Budaqova sakinlərin haqlı olduğu qənaətindədir: "Binaların arasında ona görə boş ərazilər qoyulur ki, həmin bina sakinləri rahat istirahət edə bilsinlər, uşaqlarını düşürüb bir az dolaşdırsınlar. Binalar arasında bir balaca yer var deyə dərhal orada ikinci bina, obyekt tikilməli deyil ki? Həyəti böyükdürsə, deməli, binaların sakinləri də çoxdur. Vətəndaşlar etirazlarında haqlıdır. Binaların yaxınlığında tikinti aparmaq qəti qadağandır və buna yol vermək olmaz. Əgər doğrudan da, belə bir məsələ varsa, mütləq qarşısı alınmalıdır”.

Binalar arasındakı məsafəyə qoyulan tələblərə gəldikdə isə xanım memar bildirib ki, şəhərsalmanın qanunlarına görə, iki binanın arasındakı məsafə onların hündürlüyünə bərabər olmalıdır: "Bəzən buna "2H” (iki haş) deyirlər. Amma son zamanlar ərazilərin çox sıx olmasını və tələbatları nəzərə alaraq, binalar arası məsafəni də sıxlaşdırıblar. Yeni binalarda həyət 2H yox, 1H-a bərabərdir. Yəni, əgər iki binadan biri 5 mərtəbəli, digəri 9 mərtəbəlidirsə, ikisinin hündürlüyü bir-birinin üzərinə gəlinir və toplam qiymət iki yerə bölünür. Əvvəl isə fərqli idi. İkiyə bölmə yox idi, binaların toplam hündürlüyü birbaşa götürülürdü”.

Son illər şəhərsalma qanunlarının kobud şəkildə pozulduğunu iddia edən Z.Budaqovanın sözlərinə görə, kimin ürəyi harda istəyir, orada da tikintiyə başlayır: "Hündürmərtəbəli binalar var ki, məsafəsi heç 30 metr yoxdur. Bu isə birmənalı olaraq, şəhərsalma qanunlarından kənardır. Təəssüflər olsun ki, hər şeyin arxasında rüşvət və korrupsiya dayanır. Tikintini kimlər aparır? Əlbəttə ki, pulu olanlar. Pulunu verir ki, filan yerdə obyekt tikmək istəyirəm. Biz də acgözlüyə öyrəşmişik axı! Pulu görən kimi qanun-qadağanı unuduruq. Sanki bizim insanların haram yeməkdən xoşu gəlir. Qanun nə üçündür? Heç kəs qanunda qeyd olunan maddələrdən kənara çıxmamalıdır. Ancaq çox-çox təəssüflər olsun ki, bütün qanunlarımız kağız üzərindədir. Heç kəs ona əməl etmək istəmir. Bizdə qanunun yox, pulun gücü işləyir. Pulunu ver, sənə lap binanın üstündə ikinci bir bina inşa etməyə də icazə verərlər, nəinki binanın yaxınlığında”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru