Gəncə Dövlət Universitetinin haqqı tapdanan müəllimi prokurorluqdan kömək istədi – GDU-da müharibə veteranı incidilir
Tarix: 9-10-2014, 09:08 | Çap et
DİA.AZ: - GDU-nun ümumi fizika kafedrasının müəllimi, hazırda Göygöl şəhər Nizami küçəsi, ev 26 ünvanında yaşayan Fikrət Bala oğlu Hacıyev hələ də problemlərini həll edə bilməyib. Bildirək ki, yerli KİV-də Fikrət müəllimin başına açılan oyunlarla bağlı yetərincə bilgilər verilib. Indi isə haqqını bərpa edə bilməyən GDU müəllimi Gəncə şəhər Prokuroru Adil Vəliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində deyilir:
“Bildirirəm ki, artıq 10 ildən çoxdur ki, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə kafedra müdirim Zakir Züynalov məni işdən uzaqlaşdırmağa çalışır. Bu haqda dəfələrlə müxtəlif dövlət orqanlarına müraciət etsəm də, onun haqqında heç bir tədbir görülmür. GDU-da baş verən qanun pozuntuları barəsində şikayət etsəm də, bu qanun pozuntularına yol vermiş məmurlara qarşı cinayət işinin qaldırılması əvəzinə məni işdən qovdular (seçki müddəti bitdiyi bəhanəsi ilə), özü də Xocalı soyqırımının 20 illiyi ərəfəsində. Halbuki Xocalı faciəsindən sonra könüllü olaraq milli orduya gedən tək GDU əməkdaşı mənəm. Bundan başqa mən 1976-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Moskva Energetika İnstitunun elektron texnikası fakültəsinə qəbul olunmuş və həmin institutu fərqlənmə diplomu ilə bitirmişəm. Tələbə illərində adım bir neçə dəfə Heydər Əliyevin çıxışlarında çəkilmişdi. Müqayisə üçün bildirim ki, kafedramızın müəllimi Elçin Məmmədov (Zakir Zeynalovun tələbəsi) 1993-cü ildə Gəncə Texnologiya Universitetini bitirdikdən sonra orduya getməmək üçün Rusiyaya getmiş və 35 yaşı tamam olduqda, kafedramıza işə düzəlmişdir. Bundan başqa onun bilik səviyyəsi barəsində müəllimlər arasında lətifələr danışılır. Ancaq Zakir Zeynalovun sayəsində bu şəxs rahatca bütün yoxlama və seçkilərdən keçir.
İşdən qovulduqdan sonra, məhkəmə proseslərindən, 52 və 29 günlük aclıq aksiyalarından sonra sağlamlığımı itirmiş vəziyyətdə (həmin dövrdə Sizin qəbulunuzda olmuşdum və nə vəziyyətdə olduğumu bəlkə də xatırlayırsınız) işə bərpa olsam da, Zakir Zeynalov GDU-nun baş mühasibi Teyyub müəllim ilə əlbir olub, iki aya yaxın işlədikdən sonra məni öz hesabıma məzuniyyətə göndərdilər. 17 ay əmək haqqı almayan müharibə veteranını (özü də başqa gəlir mənbəyi olmayan) öz hesabına məzuniyyətə göndərmək, faktiki olaraq onu və ailəsini acından öldürmək cəhdinə bənzəyir. İradlarıma isə bu şəxslər cavab verdilər ki, sən cəmi iki aya yaxın işləmisən və bu müddətə görə də məzuniyyət pulu almısan. Ancaq 11 ay işləməyən şəxsi necə məzuniyyətə göndərmək olar axı?
22.04.2014 tarixində Prezident Administrasiyasında Mail Rəhimov cənablarının qəbulunda oldum və 2013/2014 dərs ilinin məzuniyyət pulumun verilmədiyi barədə şikayət etdim. Bundan sonra Zakir Zeynalov həmin günün əmək haqqını da kəsib, istehza ilə “şikayət edib, nə qazandın” dedi. Halbuki mən əvvəlcədən Zakir Zeynalovun adına ərizə yazıb, qəbula çağırıldığımı və həmin günün dərslərini əvvəlcədən keçdiyimi bildirmişdim. Ancaq həftələrlə dərsə gəlməyən Elçin Məmmədovun isə əmək haqqı tutulmur. Bu kafedra müdiri Zakir Zeynalovun hərəkətlərində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə halının olduğunu və Respublika Prezidentinin göstərişinə baxmayaraq, müharibə veteranının əmək haqqını qanunsuz kəsməklə yanaşı, müharibəyə getməmək üçün Respublikanı tərk etmiş müəllimin əmək haqqını isə qanunsuz olaraq ödəmişdir.
23.06.2014 və 22.09.2014 tarixlərində daha iki dəfə eyni məsələ üzrə Mail Rəhimov cənablarının qəbulunda olsam da, nə 2013/2014 dərs ilinin məzuniyyət pulumun kəsilmiş hissəsini, nə də 22.04.2014 tarixinin əmək haqqımı hələ də ala bilməmişəm. GDU məmurları bu hərəkətlə öz əməllərində olan cinayət əməllərini gizlətmək və hamıya Prezident Administrasiyasından qorxmadıqlarını göstərmək istəyirlər. Bildirim ki, bu GDU-da qəbul olunmuş davranış forması kimi görünür. Belə ki, GDU-nun son 4 rektoruna Zakir Zeynalovun ümummilli liderimiz Heydər Əliyev barəsində kafedrada çox xoşagəlməz fikirlər söylədiyini bildirməyimə baxmayaraq, onu layiq olmadığı vəzifədə hələ də saxlayırlar.
Hörmətli Adil müəllim, bu dediklərimə 30.11.2011 tarixli şikayətimin araşdırılması zamanı tələbə qızlara yalan ifadə yazdırılması və GDU-nun hüquq məsləhətçisi Günay Şirinovanın məhkəmə iclaslarında fırıldaqçılıqla məşğul olmasını əlavə etsək, GDU-da Respublika Prezidentinin göstərişlərinə baxmayaraq müharibə veteranını çörək imtahanına çəkmək istəyən məmurların olduğunu görmək olur. Bunu daha bir fakt da sübut edir, məhkəmədən tələb olunan sorğuya görə GDU mənim əmək haqqımın 320 manat olduğu barədə arayış vermişdir. Ancaq qoşmaya əlavə olunan bankdan kredit götürmək üçün aldığım arayışın surətindən göründüyü kimi hal hazırda mənim əmək haqqım 425 manatdır və bundan əmək haqqıma 2014-cü ilin əvvəlindən əlavə olunmuş 20 manatı çıxsaq, arayışda 320 yox, 405 manat yazılmalı idi. Bu iradımı dünən baş mühasib Teyyub müəllimə bildirdikdə, o dedi ki, əlavə əmək haqqını (85 manat) yazmaq da olar, yazmamaq da. Baş mühasibə müharibə veteranının əmək haqqını istədiyi kimi yazmaq səlahiyyətini kim verib?
Hörmətli Adil müəllim, işsiz qaldığım 17 ay müddətində yığılan borclarım və övladlarımın təhsil xərcləri ilə bağlı götürdüyüm kreditin miqdarı 8 minə yaxın olduğu bir vaxtda “qayğıkeş” GDU məmurları başda Zakir Zeynalov olmaqla ciddi qanun pozuntularına yol verərək Xocalı soyqırımından sonra könüllü milli orduya gedən tək GDU əməkdaşı kimi məni çörək imtahanına çəkirlər. Mənim 22.04.2014 tarixinin əmək haqqımın və 2013/2014 dərs ilinin məzuniyyət pulumun kəsilməsi və məcburi işburaxmaya görə itirilən əmək haqqımın qaytarılması iddiama məhkəmələrdə baxılması zamanı arayışda əmək haqqımın az göstərilməsi faktlarında cinayət tərkibinin olmasının araşdırılmasına və günahkar məmurlara qarşı cinayət işinin qaldırılmasına sərəncam verməyinizi xahiş edirəm”.
Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
|