Oliqarx-məmurların böyük pullar uğrunda acımasız savaşı başlayıb - Tibbi sığortaya ayrılacaq pullara kim nəzarət edəcək?
Tarix: 11-10-2014, 11:56 | Çap et
Tez-tez həkim səhlənkarlığına və xəstə şikayətlərinə şahidlik edirik. Hərdən həkim və pasiyent münasibətlərindəki gərginlik məhkəmə zallarına qədər gedib çıxır. Bəzən haqlı və haqsız tərəfi müəyyən etmək çətinə düşür. Belə anlaşılmazlıqların artmasında bir çox səbəblər var. Ekspertlər əhalinin icbari tibbi sığortaya cəlb edilməsinin vacibliyini qeyd edirlər. Bu halda həkimlərin də işinə nəzarət güclənəcək, məsuliyyət hissi artacaq. Məlum olduğu kimi, “Tibbi sığorta haqqında” Qanun on beş ildir ki, ortada qalıb. İllərdir qanun qüvvəyə minsə də, onu reallaşdırmaq üçün zamanın yetişmədiyini deyirdilər. Son məlumatlara görə, 2015-ci ildən tədricən əhalinin tibbi sığortaya cəlb edilməsi işinə start veriləcək. Bundan sonra illərdir müzakirəsi ləngidilən digər vacib olan “Pasiyentlərin hüquqları haqqında” Qanunun da qəbulu gözlənilir. Bir müddət əvvəl analitik.az xatırladıb ki, Azərbaycan vətəndaşlarının sağlamlıq hüquqları ölkə Konstitusiyasının müvafiq maddələrində öz əksini tapıb. Eləcə də, 1997-ci ildən qüvvədə olan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda da hər kəsin sağlam həyat sürmək haqqının olduğu vurğulanır. Bütün bunlar əhalinin doğru tibbi xidmət almaq imkanları əldə etməsinə kifayət etmir. Nəticədə insanların çoxu həkimə etimadsızlıqdan əziyyət çəkir, bəziləri isə xarici ölkələrdə həkim axtarışına çıxırlar. Son illər məhkəmə çəkişmələrinin bir qismi xəstə və ya xəstə yaxınlarının hansısa həkimi ittiham etməsi ilə bağlıdır. Çox halda iddiaçı tərəflər haqsız duruma düşür və ya əksinə həkim, tibbi personalın işi dərin araşdırılmır. Bir sözlə, “təmiz” və təqsirkar tərəflərin ortaya çıxması uzanır. Halbuki, dünya praktikasında “malpraktis” adlı hüquqi termin işləyir. Bu termin həkim səhlənkarlığı, məsuliyyətsizliyini ehtiva edir. Başqa sözlə, təqsiri təsdiqlənən həkim mütləq cəzasını alır. Bu işindən uzaqlaşdırılmaq, fəaliyyətini məhdudlaşdırmaq, hətta həbs cəzası ilə yekunlaşa bilər. Həkim lazım gələrsə, maddi, mənəvi zərərin təzminatini da ödəməlidir. Yaxud, əksinə xəstə həkimi nahaqdan təqsirləndirirsə, onun da qarşı tərəfə külli miqdarda mənəvi zərər üçün pul ödəməsi qəbul olunub. Bizdə bu zamana qədər hər hansı həkimin ciddi cəzalandığının şahidi olmamışıq. Yalnız töhmət və müvəqqəti işdən azadolmalar haqqında eşitmişik. Məhz bu cəzasızlıq indiki özbaşnalıq və xəstələrin incidilməsinə gətirib çıxarır. Təkcə Səhiyyə Nazirliyinin nəzdində tibbi komissiya fəaliyyət göstərir. Onun da nə dərəcədə şəffaf işləməsi göz qabağındadır. Hətta ölkə rəhbəri 2008-ci ildə Dövlət Tibbi Sığorta Ağentliyinin yaradılması barədə sərəncam da imzalayıb. Nəticə isə yoxdur. 6 il keçsə də, hələ də müvafiq agentliyin harada yaranmasının mübahisələri gedir. Onun Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyi nəzdində və ya müstəqil şəkildə fəaliyyət göstərməsi sual altındadır. Tibbi sığortanın tətbiqi ilə bağlı araşdırmalar aparan iqtisadçı-ekspert Azər Mehdiyev bildirib ki, icbari tibbi sığortanın tətbiqi mürəkkəb mexanizmdir: “Buna baxmayaraq, tətbiqi vacibdir. İndi səhiyyə sistemindəki böhran, problemlər göz qabağındadır. Amma əhali tibbi sığortaya cəlb edilsə, bu, səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsinə səbəb olacaq. Həkim xəstə arasındakı problemlərin çözülməsini asanlaşdıracaq. Son illər Azərbaycanda dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər artıb. Vətəndaşlar üçün müalicə xərcləri həddindən artıq baha başa gəldiyi üçün, icbari tibbi sığortanın tətbiq olunması vacib amilə çevrilir. İcbari tibbi sığorta tətbiq olunarsa, dövlət büdcəsindən ayrılan vəsaitin səmərəliliyi baxımından çox vacib və əlverişli olar. İnsanlar istər dövlət xəstəxanalarında, istərsə də özəl xəstəxanlarda pulsuz xidmət əldə edə bilərlər. Müvafiq sığorta şirkətlərində xəstənin müalicə, müayinə prosesi sənədləşdirildiyindən, həkim məsuliyyəti, diqqəti də artmış olar”. Ekspertin fikrincə, tibbi sığorta tətbiq olunarkən beynəlxalq təcrübə nəzərə alınmalı, həkimlərə sığorta təşkilatının nəzarəti olmalıdır: “Tibbi sığortanın növbəti ildən başlayaraq tətbiqi üçün proqnozlar müxtəlifdir. Birmənalı bilmək lazımdır ki, bu islahatlar çox mürəkkəb prosesdir. Bununla yanaşı, bir məsələ də var. İşləməyən əhali üçün icbari tibbi sığortanın ödənilməsi məsələləri tam olaraq dəqiqləşdirilməyib. Hazırda söhbət yalnız işə götürənlərin əməkhaqqı fondunun icbari tibbi sığorta üçün ödənişlərindən gedir”. Göründüyü kimi, tibbi sığorta məsələsinin reallaşması ilə bağlı hələ də cavabını gözləyən çoxsaylı suallar var. Bunların başında isə bu məsələ ilə məşğul olacaq qurumun necə fəaliyyət göstərəcəyidir. Şübhəsiz, Şirəliyev həmin qurumun öz nazirliyinə tabe olmasını çox istəyərdi. Amma bu istəyin gerçəkləşib-gerçəkləşməyəcəyi ciddi şübhə altındadır. Əvvəla, hazırda bu məsələ Nazirlər Kabinetində müzakirə edilir və görünə odur ki, tibbi sığorta ilə bağlı ayrılacaq milyonlarla manatın kimin nəzarətində olmasına baş nazir Artur Rəsizadə qərar verəcək. Rəsizadənin qərarının necə olacağına dair isə konkret söz demək çətindir. Digər tərəfdən, tibbi sığorta ilə bağlı maliyyənin ayrılmasında bir başqa önəmli nazirin - maliyyə naziri Samir Şərifovun da öz maraqlarının olduğu istisna edilmir. Bildirilir ki, Şərifov haqqında sərəncam verilməsinə rəğmən 6 ildir yaradılmayan qurumun Şirəliyevin nazirliyi tərkibində fəaliyyətinə sıcaq baxmır, bu qurumun müstəqil olmasını istəyir. Əks halda maliyyə nazirinin tibbi sığorta üçün lazım olan vəsaitin ayrılmasına asanlıqla icazə verməsi qeyri-real görünür. Bir sözlə, ortada on milyonlarla manatın gələcək taleyi var, həmin pulun isə kimin nəzarətində olması məsələsinedə bəzi oliqarxların maraqları toqquşur. İstisna deyil ki, bu ilin sonu, yaxud gələn ilin əvvəllərində həmin maraqların toqquşmasından kimin qalib çıxacağı da məlum olsun. \\ unikal.org \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Bu gün, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Bu gün, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Bu gün, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Bu gün, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Bu gün, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Bu gün, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Bu gün, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Bu gün, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Bu gün, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Bu gün, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Bu gün, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Bu gün, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Bu gün, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Bu gün, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Bu gün, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Bu gün, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Bu gün, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Bu gün, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Bu gün, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Bu gün, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Bu gün, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Bu gün, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Bu gün, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Bu gün, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
|