"Bu proses artıq bir neçə ildir ki, başlayıb" .....                     Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... .....                     SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... .....                     Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı .....                     Rusiya vurularsa: Kim nə qazanacaq? .....                     Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR .....                     Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu .....                     Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır .....                     Paşinyan arvadı və qızı ilə muzeydə .....                     Azərbaycanda tanınmış müğənni vəfat etdi .....                     Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən .....                     Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? .....                     Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi .....                     "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: .....                     Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib .....                     “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” .....                     Dollarla bağlı HANSI QƏRAR VERİLİR? .....                     Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: .....                     Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? .....                     Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir .....                     “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm” .....                     Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR .....                     Fransa meydan oxudu .....                     “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? .....                     BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb .....                     "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" .....                     Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov .....                     NCQG üzrə real nəticəyə nail olmalıyıq .....                     “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb .....                     Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir .....                     Bakıda biznesmenin evindən seyf oğurlandı .....                     Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... .....                     Tarixi film istehsalında SÜKUNƏT: .....                     Müharibə ilə bağlı bədbin proqnoz: .....                     Paşinyan papa ilə görüşdə: .....                     Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq .....                     Azərbaycan düşməni olan şovinistdən .....                     Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır .....                     Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir .....                     Neft niyə 70 dollardan götürüldü: .....                 

“HB güvən” klinikasında xəstələrin başına nə oyun açırlar? - "7 min manat pul almaqları bir yana, həm də sağlamlığımı itirdim”
Tarix: 27-12-2014, 11:50 | Çap et
“HB güvən” klinikasında xəstələrin başına nə oyun açırlar?
Qəribə parodoksdur: Azərbaycan səhiyyəsinin durmadan inkişafından danışmaq nə qədər sevindiricidirsə, müalicə üçün ölkəmizdən xaricə gedən xəstələrin sayının durmadan artması da o qədər təəssüf hissi doğurur. Niyə belədir? Səbəb nədir ki, Azərbaycan vətəndaşları sağlamlığını öz ölkəsindəki həkimlərə etibar etmirlər?

Türkiyədə özünə iş tapa bilməyən həkimlər Azərbaycana gələrək şöhrətə minirlər...
Bir dəfə Türkiyədən olan tanınmış elm adamlarından birindən belə bir suala da cavab istədim. Dedim ki, son vaxtlar Türkiyədən Azərbaycana gəlib işləyən həkimlərin sayı durmadan artır. Bunun səbəbi nədir? Həmsöhbətimin cavabı gözlədiyimin əksinə oldu: “məsələ ondadır ki, Türkiyədə dövlət sektorunda (xəstəxanalarda) həkim işləmək dövlət qulluğu kimi bir məsuliyyətli işdir... Və Türkiyənin tanınmış həkimi heç vaxt ölkəsini tərk edib harasa çörək pulu qazanmağa getməz. Gedənlər öz ölkəsində iş tapa bilməyən, para qazana bilməyənlərdir... Necə ki, sizlərdə də Azərbaycanda özünə yer tapa bilməyib Rusiyaya üz tutanlar çoxluq təşkil edir... Kim öz isti yuvasını qoyub başqa ölkəyə gedər?”.
Bəli, Azərbaycan müstəqillik qazanandan sonra ölkəmizdə bir çox sahələrdə olduğu kimi, səhiyyə sistemində də dövlətsizləşmə başladı... Dövlət xəstəxanaları sıradan çıxarıldı, yerində özəl klinikalar yaradılmağa başlanıldı... Səhiyyəmizin nəzarətsizliyindən istifadə edənlər isə fürsəti əldən verməyərək özəl klinikalara Türkiyədən, İrandan... həkimləri dəvət edərək TV-lərdə müntəzəm reklamlar verdirərək xəstələri cəlb etməyə başladılar. Bu həkimlərə elə bəzək-düzək vururdular ki, istər-istəməz hamı sağlamlığını onlara etibar etməyə həvəslənirdi... nəticə bu oldu ki, hazırda özəl klinikalarımızın sayı yüzlərlədir... Amma əvvəllər TV-lərdəki bu reklam-bəzəklərə aldanan və sağlamlığını bu klinikalarda nəinki tapan, əksinə, itirən vətəndaşlar bu dəfə əks yolu tutdular-İrana və Türkiyəyə, bəzi hallarda isə Avropaya gedəsi oldular. Sual olunur: Türkiyədən, İrandan... gələn həkimlər bu qədər savadlı və təcrübəlidirsə, nədən bu ölkələrə üz tutan xəstələrimizin də sayı azalmır? Bütun bunlar başqa və daha geniş mövzunun söhbəti olduğundan keçirik mətləbə...
““HB Güvən” klinikasında məndən üst-üstə 7 min manat pul almaqları bir yana, həm də sağlamlığımı əlimdən aldılar...”

“Təzadlar”a Bakı şəhəri, Binəqədi rayonu, VII mikrorayon, 2 saylı Evtikmə kombinatının həyə-tindəki məcburi köçkünlər üçün inşa edilmiş şəhərcik, bina 2, mənzil 48-də məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün Şıxəliyev Cəbrayıl Əli oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, surəti: Baş prokuror Zakir Qaralova, səhiyyə naziri Oqtay Şirəliyevə, Azərbaycan Respublikasının İnsan Haqları üzrə müvəkkili-ombudsman Elmira Süleymanovaya və redaksiyamıza ünvanlı şikayət məktubu daxil olub. Şikayətçi Bakı şəhərində fəaliyyət göstərən “HB Güvən” klinikasında başına gətirilən müsibətlərdən söhbət açır, adi bir cərrahi əməliyyat üçün ondan üst-üstə 7 min manat pul alındığını qeyd edir. Ən dəhşətlisi, bu qədər pulun müqabilində səhhətində nəinki yaxşılığa doğru nəsə dəyişiklik baş verir, əksinə, daha da pisləşir...
Şikayət məktubunda adı çəkilən klinikaya qarşı sərt ittihamlar olduğundan şikayətçini redaksiyamıza dəvət etdik... Başına gələnləri geniş şərh edən Cəbrayıl Şıxəliyev Prezident İlham Əliyevə, surəti: Baş prokuror Zakir Qaralova, səhiyyə naziri Oqtay Şirəliyevə, Azərbaycan Respublikasının İnsan Haqları üzrə müvəkkili-ombudsman Elmira Süleymanovaya ünvanlı müraciətini təqdim etdi. Aşağıda həmin müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Surəti: Baş prokuror Zakir Qaralova!
Səhiyyə naziri Oqtay Şirəliyevə!
Azərbaycan Respublikasının İnsan Haqları üzrə müvəkkili-ombudsman
Elmira Süleymanovaya!
Bakı şəhəri, Binəqədi rayonu, VII mikrorayon, 2 saylı Evtikmə kombinatının həyə-tindəki məcburi köçkünlər üçün inşa edilmiş şəhərcik, bina 2, mənzil 48-də məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün Şıxəliyev Cəbrayıl Əli oğlu tərəfindən
Şikayət ərizəsi
Hörmətli Cənab Prezident!
Mən müəlliməm, ömrümün 40 ilini övladlarımızın təhsil və tərbiyəsinə həsr etmişəm. Hal-hazırda Zəngilan rayon 4 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıram. Xidmətimə görə tərəfinizdən “Tərəqqi” medalı ilə təltif olunmuşam. Sizə və ərizədə adları qeyd olunan hörmətli vəzifə sahiblərinə müraciət etməyimə səbəb “HB GÜVƏN” adlı özəl klinika tərəfindən mənə maddi, mənəvi, həmçinin sağlamlığıma vurulan ziyanla bağlıdır.
Belə ki, 2013-cü ilin yanvar ayının 2-də Bakı şəhərindəki 1 Saylı Şəhər Kliniki Mərkəzində (keçmiş “Semaşko”) öd daşı əməliyyatına məruz qaldım. 4 gündən sonra məni guya bağırsaq keçməməzliyi adı ilə təkrar əməliyyat etdilər və nəhayət, 2013-cü ilin aprelində bir daha 3-cü dəfə əməliyyat keçirdim. Vəziyyətim düzəlmədi. Məcburən İranın Tehran şəhərində 35 gün müalicə aldıqdan sonra sağlıq durumumdakı problemlərim aradan qalxsa da, əvvəlki əməliyyatların fəsadı olaraq qarın boşluğumda əmələ gələn yırtıq (“qrija”) səbəbindən təkrar xəstəxanaya dönmək məcburiyyətində qaldım.
“Sənə güvəndiyim...” “HB Güvən” klinikası, sənə də güvənmək olmazmış...
Təsəvvür edin, düzgün diaqnoz qoyulmaması səbəbindən 1 Saylı Şəhər Kliniki Mərkəzində 3 dəfə əməliyyata məruz qaldım... Xəstəlik məni tərk etmədiyindən 2014-cü ilin iyul ayının 22-də özəl tibb mərkəzi olan “HB GÜVƏN” klinikasına müraciət etdim. Məni müayinə edən cərrah Həzi Aslanov keçirəcəyim əməliyyata görə 1500 manat, müayinə xərci kimi 100 manat məbləğində pul ödəməli olduğumu bildirdi. Tələb olunan vəsaiti bütövlükdə ödədim və 23 iyulda qarın boşluğumdakı yırtıq diaqnozu ilə əməliyyat olundum. İyulun 27-də burada da başıma oyun gətirdilər, yenidən bağırsaq keçməməzliyi diaqnozu ilə təkrarən əməliyyat etdilər. 06 avqust 2014-cü ilədək orada stasionar müalicə aldım. Həkim Həzi Aslanov klinikada olduğum müddətdə hər dəfə məni müayinə edərkən qarnımda təkrar yırtıq (qrija) yarana biləcəyini deyirdi. Mən həkimdən bunun necə mümkün olacağını, “Axı mən yırtıq (qrija) səbəbindən əməliyyat olundum, onda 2 əməliyyat məniın nəyimə lazım idi?”, deyə soruşduqda, o, suallar qarşısında aciz qalırdı, fikrini heç cür əsaslandırıb mənə normal cavab verə bilmirdi.
Klinikada olduğum müddətdə həkim H.Aslanov mənim təkidli suallarıma yalnız “yırtıq riski qalır, bilirsiz, cərrahiyyədə belə bir termin var: axırıncı bərkitmə əməliyyatı, bax biz onu sənin qarnında köp olması üzündan yerinə yetirə bilmədik, -deyə cavab vermişdi. Belə çıxır ki, həkim M.Aslanov qarnımın yırtığını sonadək tam şəkildə tikməmiş, yırtıq olduğu vəziyyətda saxlanılmışdır. Sual olunur: bu halda keçirdiyim 2 əməliyyyat nəyə lazım idi, onsuz da əvvəldən qarnımda yırtıq mövcud idi!
Sonradan başa düşdüm ki, həkim keçirdiyi əməliyyatların xarakterindən irəli gəlir deyə, əməliyyatların uğursuz alındığını anlayıb və çarəsiz vəziyyətə düşüb.
Bundan başqa, həkimin təkidi ilə mənə klinikada qaldığım dövr ərzində hər iki ayağıma xüsusi “corablar” geydirilmişdi ki, bu da baldır nahiyəmdə ciddi fəsadların yaranmasına və uzun müddətli müalicəyə gətirib çıxarmışdır. Bu “corabları” adətən əməliyyat prosesində xəstənin ayaqlarına geydirilir ki, gözlənilən trombun qarşısı alınsın. Lakin əməliyyatdan sonra bunun hansı zərurətdən irəli gəldiyini və uzun müddət dəfələrlə yalvarıcı təkidlərdən (ayaqlarım keyləşirdi, ağrılar verirdi) sonra belə yenə də ayaqlarımdan çıxarılmamasının səbəblərini bu günədək anlaya bilmirəm. Bunun da səbəblərini H.Aslanov mənə izah edə bilməmişdi və bu gün də mən həmin ağrıların içərisində qovruluram.
Yuxarıda qeyd etdiyim kimi, 1600 manat ödənişdən sonra mənim ağır vəziyyətimdəm sui-istifadə edərək klinikada olduğum müddətdə əlavə razılaşmadan kənar qaydada, dava-dərmana görə 2000 manata yaxın pul aldılar (4 dəfə qan köçürmə, klinikada olmayan dava-dərmanın alınmasına və s.)
Mən bu klinikanın baş həkimi İbrahim bəylə (Türkiyədən gəlib) görüşüb vəziyyəti təfsilatı ilə ona danışsam da o, “Xocam, neyləyə bilərik”, deyə həkimə haqq qazandırdı. Mənsə ona “Bəs mən nə etməliyəm? 2 dəfə uğursuz ağır əməliyyat keçirmişəm, əvəzində klinikada 6000 manatadək pul xərcləmişəm (1000 manat da ambulator müalicəyə gedib), nəticədə qarın yırtığı ilə klinikaya daxil olub həmin vəziyyətdə də oradan çıxarılıram. Hələ keçirdiyim iztirablar, fiziki və mənəvi sarsıntıları, ailəmin, yaxınlarımın keçirdikləri narahatçılıqları demirəm”, - dedikdə baş həkim bu vəziyyətdə aciz qaldığını, heç cür köməklik göstərə bilməyəcəyini nümayiş etdirdi. Susmaqla kifayətləndi.
Hörmətli cənab Prezident!
Diqqətinizə çatdırdığım bu hadisə məhz özəl tibb mərkəzi olan “HB Güvən” klinikasında həkim H.Aslanovun hərəkətləri və klinikaya rəhbərlik edən Türkiyəli İbrahim bəyin hərəkətsizliyi üzündan baş vermişdir. Hələ mən İbrahim bəyin guya bir həkim kimi fetişləşdirilməsini demirəm. Klinikada mənim başımda həkimlərin az qala təcrübə keçirdiklərinin, açıq-aşkar dəllallıq etdiklərinin şahidi oldum. Ehtiyac duyularsa ona da aydınlıq gətirə bilərəm. Ard-arda uğursuz cərrahi əməliyyatların fəsadlarından bu gün də olmazın ağrılarla üz-üzə qalmaqla bərabər, keçirdiyim mənəvi-psixoloji iztirabları heç nə ilə əvəz etmək olmaz. Bu adamlarsa mənim nəyə görə klinikaya bir o qədər pul ödədiyimin fərqində deyillər. Axı mən klinikaya qarnımdakı yırtığın bərpası üçün müraciət etmişdim. Nəticədə fiziki, maddi və mənəvi sasıntılara məruz qalmaqla Sizin-ölkə Rəhbəri cənab İ.Əliyevin dəstəyi və birbaşa iştirakı ilə açılışı həyata keçirilmiş bir məktəbin, o cümlədən 40 illik pedaqoji staja malik, habelə “TƏRƏQQİ” medalı ilə təltif olunmuş bir insan olaraq çarəsiz duruma düşmüşəm.
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə görə, vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir. Həmin Qanunun 59-cu maddəsinə görə tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımı səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Göstərilənləri nəzərə alaraq mənim sağlamlıq durumumu bu vəziyyətə salmış həkim H.Aslanov, “HB Güvən” klinikasının baş hakimi İbrahim Əliyevin və bununla əlaqədar olan digər şəxslərin barəsində Qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsini və mənim pozulmuş hüquqlarımın bərpa olunmasını Sizdən xahiş edirəm.
Sizdən bir ziyalı, ağsaqqal kimi xahiş edirəm ki, mənə vurulan bütün ziyanların ödənilməsinə və günahkarların qanun qarşısında cavab verməsinə göstəriş verəsiniz. Mənim ailəm 7000 manat pulu ordan-burdan borc alaraq həkimlərə verib ki, mən şəfa tapım. Lakin mən bu gün psixoloji sarsıntı içində yaşayıram.
Həmçinin bu şikayət ərizəsini ünvanladığım səlahiyyət sahiblərindən xahiş edirəm ki, əlavə məlumatlar üçün məni dəvət edib dinləsinlər.
Şıxəliyev Cəbrayıl Əli oğlu,
(Əlaqə telefonu: 055 204 99 99)
***
Redaksiyadan: Yazı çapa hazırlanarkən klinikanın baş həkimi İbrahim Əliyevlə görüşüb məsələyə aydınlıq gətirməyə çalışdıq. Lakin hər dəfə zəngimizə cavab verən xanım yerində olmadığını bildirdi.
Sonra şikayətin, necə deyərlər, əsas qəhrəmanı olan Həzi Aslanovla telefonla danışdıq... Ona şikayətin məzmunu və şikayətçinin tələbi barədə məlumat verdik... Ümumi razılığa gəldik ki, xəstənin özü ilə birlikdə klinikada görüşüb problemə aydınlıq gətirilsin. Çünki şikayətçi bu qədər xərc-xəsarət çəkməsindən, 3 dəfə eyni xəstəlik və diaqnozla əməliyyat olunmasına baxmayaraq hələ də xəstəlikdən əziyyət çəkir.
Nəhayət, dünən yenidən Həzi Aslanova zəng edib görüşümüzün vaxtını müəyyənləşdirmək istədik... Amma yenə də telefona cavab verməkdən yayındı... Hətta dəfələrlə zəng etsək də telefona (hətta mobil telefonuna belə tibb bacıları cavab verirdi) həkimin yerində olmadığını deyirdilər. Xahiş etsək də ki, həkimə dəfələrlə etdiyimiz zənglər barədə məlumat verilsin, bəlkə özü vaxt tapanda, girəvəsi olanda əlaqə saxlasın, amma yenə də nəticəsi olmadı...
Şikayətlə bağlı artıq aidiyyəti dövlət qurumları ilə əlaqə saxlayırıq. Bu barədə növbəti yazılarda ətraflı bəhs olunacaq.
Qarşı tərəfin də əsaslandırılmış mövqeyi olarsa, dərc etməyə hazırıq.
(Davamı var)
\\ tezadlar.az \\








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42
Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38
SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32
Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29
Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24
Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02
Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39
Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35
Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50
Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47
Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45
Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02
"Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59
Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56
“Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09
Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07
Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08
Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00
Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58
“Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05
Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02
Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00
“Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55
BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51
"Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46
Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43
NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37
“La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35
Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31
Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29
Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20
Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17
Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16
Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14
Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11
Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10
Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03
Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00
Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59
Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru