Cavid Qurbanova qalan problem: Gəncə Vaqon Deposunun rəisi kimin himayəsindədir?
Tarix: 16-03-2015, 10:48 | Çap et
Hər kəs bir nəqliyyat növünə üstünlük verir. Biri avtomobili, biri təyyarəni, insanların çoxu isə dəmir yolunu seçirlər. Çünki dəmiryolu bütün zamanlarda etibarlı, fasiləsiz, təhlükəsiz, eləcə də bütün iqlimlərə uyğun nəqliyyat növü olmaqla yanaşı, həm də yaxşı ekoloji gostəricilərə malikdir.
Lakin nədənsə son illər ölkəmizdə dəmir yolundan istifadə edənlərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Çünki qatarların əksəriyyəti standartlara cavab vermədiyindən yol boyu insanların narahatlığına səbəb olur. Halbuki bunun üçün ölkədə vaqon depoları fəaliyyət göstərir və onların işi nasaz qatarları təmir edib xəttə buraxmaqdır. Bu cür müəssisələrdən biri də Bəşir Əsədovun rəhbərlik etdiyi Gəncə Vaqon Deposudur.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin nəzdində fəaliyyət göstərən bu müəssisənin işi çoxları tərəfindən ciddi narazılıqla qarşılanır. Belə ki, Gəncə Vaqon Deposunun fəaliyyətində bir sıra nöqsanların olduğunu vurğulayan mənbənin sözlərinə görə, həmin müəssisənin rəhbəri şəxsi maraqlarını təmin etmək məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə edir: "Gəncə Vaqon Deposunun mövcud durumu olduqca acınacaqlıdır. Halbuki dövlət tərəfindən bu müəssisənin normal fəaliyyət göstərməsi üçün bütün lazımi işlər görülüb, yetərincə vəsait ayrılıb. Görünən odur ki, Bəşir Əsədov ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edə bilməyib və nəticədə Gəncə Vaqon Deposu hazırkı acınacaqlı durumla üz-üzə qalıb". Yerli və xarici ölkə qatarlarının təhlükəsiz hərəkəti məqsədilə Gəncə Vaqon Deposunun 5 texniki xidmət məntəqəsinin fəaliyyət göstərdiyini deyən məlumatlı şəxs iddia edir ki, vaqonların təmiri zamanı külli miqdarda vəsait təyinatdan kənar işlərə sərf edilir: "Elə bu səbəbdən də nəzərdə tutulan təmir işləri keyfiyyətsiz şəkildə həyata keçirilir. Qeyd edim ki, bir neçə il öncə Gəncə Vaqon Deposu tənəzzül dövrünü yaşayırdı, hətta müəssisənin bağlanmaq təhlükəsi də vardı. Lakin aidiyyəti qurumların müdaxiləsindən sonra məsələ yoluna qoyuldu. Ancaq buna baxmayaraq, depo Bəşir Əsədovun rəhbərliyilə çox uzağa gedə bilməyəcək. Çünki onun məqsədi dəmir yol nəqliyyatının inkişafı yox, şəxsi gəlirlərinin artırılmasına nail olmaqdır".
Bu arada, Gəncə Vaqon Deposunun rəisi Bəşir Əsədovun Həcc ziyarətində olduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, o, özünü hacıya yaraşan tərzdə aparmır: "Bəşir Əsədov Həcc ziyarətində olub və elə buna görə də hamının ona hacı deməsini tələb edir. Halbuki əsl hacı belə etməməlidir. Bundan başqa o, daşımağa çalışdığı hacı adına yaraşmayan bəzi işlərlə məşğuldur. Onu da qeyd edim ki, bu gün Gəncə Vaqon Deposunda çalışan şəxslərin əmək şəraiti çox ağırdır. Bəzi hallarda depo rəisi onları iş saatından artıq işlədir, lakin bunun müqabilində işçilərə əlavə əməkhaqqı verilmir. Hələ bu, harasıdır. Bəşir Əsədov Gəncə Vaqon Deposunun rəisi vəzifəsinə təyin olunduqdan sonra müəssisənin istirahət günləri də işə çağırılırlar. Bu isə birbaşa Əmək Məcəlləsinin pozulması, işçi hüquqlarının ayaqlar altına atılması deməkdir". Bəşir Əsədovun "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin birinci müavini Əlirza Süleymanov tərəfindən himayə olunduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, onları bir-birinə qohumluq əlaqələri bağlayır: "Gəncə Vaqon Deposunun rəisi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin birinci müavininin yaxın qohumudur. Məhz buna görə də o, özünü tam arxayın hiss edir və istədiyini edir. Lakin artıq QCS-nin yeni sədri Cavid Qurbanovun olub-bitənlərdən xəbəri var. Və o, Bəşir Əsədovun fəaliyyətini şəxsən özü araşdırmaq qərarına gəlib. Bu isə depo rəisinə baha başa gəlib, hətta o, vəzifəsini itirə bilər". Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|