Qərbi Azərbaycandan olan təhsil işçisinin prezident İlham Əliyevə ŞOK MÜRACIƏTI – “Mikayıl Cabbarovun kadr siyasətində Qərbi Azərbaycanlılara olan antipatiyası dözülməzdir”
Tarix: 18-03-2015, 09:18 | Çap et
DİA.AZ: - Redaksiyamıza təhsil naziri Mikayıl Cabbarovu ciddi şəkildə ittiham edən bir təhsil işçisinin prezident İlham Əliyevə ünvanladığı müraciət daxil olub. DİA.AZ olaraq həmin müraciətin bəzi məqamlarını ixtisar edərək diqqətinizə təqdim edirik:
“Hörmətli cənab Prezident! Sizə müraciət edən hələlik Azərbaycan vətəndaşlığı daşıyan, Ermənistan qaçqını, sabiq təhsil işçisi Qurbanov Malik Xıdır oğludur. Mən təhsil naziri Mikayıl Cabbarovun həyata keçirdiyi repressiyanın qurbanlarından biriyəm. Bir il üç aydır ki, pozulmuş hüquqlarımın bərpası üçün məhkəmədə iddia qaldırmış, Sizə 8 dəfə, Baş prokurora 5 dəfə, Prezident Administrasiyasına 3 dəfə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə 3 dəfə, digər aidiyyəti qurumlara isə 6 dəfə müraciət etmişəm. Müraciətlərimin heç biri qanunauyğun şəkildə araşdırılmamış, hamısı şikayət etdiyim məmura göndərilmişdir. Təhsil Nazirliyində isə bir qayda olaraq, vətəndaş müraciətlərinə biganə yanaşılır. O cümlədən, mənim də müraciətlərim araşdırılmamış və cavablandırılmamışdır. Məni ağrıdan bu deyil. Kimin şikayətinə baxıblar ki, mənim şikayətimə də baxalar.
İki ildir ki, təhsil sistemində nəinki insan haqları, qanunlarımız da ayaqlar altına atılıb. Məni narahat edən odur ki, Mikayıl Cabbarovun dövlətimizin imicinə ciddi xələl gətirən əməlləri yuxarı səviyyədə susqunluqla qarşılanır. Artıq təkcə millətdə yox, hətta bəzi yüksək çinli məmurlarda da belə fikir formalaşıb ki, Mikayıl Cabbarovun kəsdiyi başa zaval yoxdur. Bu xof qarşısında yazıqlaşıb iflic olan qurumlardan biri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir. Bu, “həmkarlar komitəsi” artıq qanunsuz əməllərə təzyiq altında razılıq verən bir quruma çevrilmişdir. Səttar Mehbalıyev ağıllı adamdır. Dünyanın gərdişini yaxşı başa düşür. O, arxasız dağların arxalı təpəcik qarşısında əridiyini gözəl bilir. Təhsil işçilərinə görə özünü oda atmayacaq ki? Yazıq neyləsin, onun yerinə kim olsa, qorxar. Mikayıl Cabbarovun tabeliyinə keçən “Həmkarlar İttifaqına” ehtiyac olmadığını görən təhsil işçiləri artıq özlərinin müstəqil həmkarlar təşkilatını yaratmağa başlayıblar.
Mikayıl Cabbarovun qarşısında acizləşən qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyidir. Bu qurum Təhsil Nazirliyində Əmək Məcəlləsinin qüvvədən düşməsini ən azı onlara daxil olan şikayət ərizələrindən bilir, lakin o yazıqlar da vəzifə funksiyalarını icra etməyə qorxurlar. Belə olmasa, mənim şikayət ərizələrimi özləri araşdırardılar, şikayət etdiyim şəxsin özünə göndərməzdilər.
Mikayıl Cabbarovun cinayət tərkibli olması ehtimal olunan əməlləri barədə Baş prokurora yazdığım şikayət ərizəsi də M.Cabbarovun özünə göndərildi. Yazıq neyləsin? Arxasında kimi var Baş prokurorun?
Mikayıl Cabbarov müstəqil məhkəmə hakimiyyətinin də müstəqilliyini əlindən alıb. Bu səbəbdən məhkəmədə qaldırdığım iddia ilə bağlı bir ildən artıqdır ki məhkəmə qapılarında sürünürəm. Təhsil Nazirliyinin cavabdeh kimi cəlb olunduğu iddialara vəkillik etmək istəyən də yoxdur. Çünki vəkillər qərarın ədalətsiz olacağını əvvəlcədən bilirlər. Mikayıl Cabbarov nəinki məhkəmələrə təzyiq edir, hətta bir neçə nəfəri, o cümlədən, məni müəllimlik hüququndan məhrum etməklə məhkəməyə aid səlahiyyəti də mənimsəyib. Bildirirəm ki, mənim iddiam ixtisasım üzrə sıravi müəllimliyə bərpa olunmamdır.
Sizə müraciət etməyimə baxmayaraq, yenə də Mikayıl Cabbarovdan və ətrafına yığdığı təsadüfi adamlardan qorxuram. Onlar hər cür üsulla məni susdurmağa çalışacaqlar Elə məni aradan götürtdürə də bilərlər.
Hörmətli Prezident! Bu gün mənim ailəm aclıq keçirir. Sizdən xahiş edirəm ki, tezliklə pozulmuş hüquqlarımın bərpa olunmasına göstəriş verəsiniz. Əgər bunu etməsəniz, xahiş edirəm məni Azərbaycan Respublikasının vətəndaşlığından çıxarıb qaçqın statusumu bərpa edəsiniz ki, mən ailəmlə birlikdə başqa ölkədən sığınacaq ala bilim. Mən bu ölkəyə qaçqın kimi gəlmişəm, vətəndaşlıq almaq üçün Azərbaycan dövlətinə müraciət etməmişəm. Mənim və bir sıra digər təhsil işçilərinin maddi və mənəvi məhrumiyyətlərə məruz qalmağımızın yeganə səbəbi Qərbi Azərbaycandan olmağımızdır. Mikayıl Cabbarovun kadr siyasətində Qərbi Azərbaycanlılara olan antipatiyası dözülməzdir. Xahiş edirəm bu ikili yanaşmanın qarşısını alasınız. Bu yazıda qeyd etdiyim fikirlərə dair faktları və sübutları Sizə təqdim etməyə hazıram. Onu da qeyd etmək istəyirəm ki, Mikayıl Cabbarovun repressiv hərəkətləri nəticəsində həmişə sizi dəstəkləyən təhsil işçilərini də nazirin bu əməlləri Sizə qarşı çevirməkdədir.
Cənab Prezident! Ailəmin aclıq keçirməsi ilə əlaqədar özümü öldürmə həddinə çatsam da, Sizə olan inamım hələ tam ölməyib. Hesab edirəm ki, tədbir görəcəksiniz”.
İddia olunanlarla bağlı DİA.AZ olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|