Qaynını Fətullah Gülənə calayan Qorxmaz Hüseynovla bağlı yeni şok iddialar - "Azərsu" şefinin "ailə podratı"...
Tarix: 8-04-2015, 08:43 | Çap et
Neçə vaxtdır “Təzadlar”a “Azərsu” ASC-də baş verən qanun pozuntuları, korrupsiya faktları, bahalı tenderləri Qorxmaz Hüseynovun qohum-əqrəbasının rəhbərlik etdiyi firmaların, şirkətlərin “udması” barədə faktlarla, sənədlərlə dolu məlumat daxil olmuşdu. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ASC-də aparılan yoxlamanın nəticəsində aşkar edilmiş korrupsiya faktları və bunun fonunda Babək Hüseynovun həbs edilməsi təbii ki, bu qrumda ciddi problemlərin olduğunun göstəricisidir. Ona görə də “Təzadlar”ın Araşdırma Qrupu təqdim edilmiş sənədlərin dəqiqləşdirilməsi istiqamətində neçə vaxtdır gərgin işləyirdi. Bunun üçün vətəndaşlarla öz aralarında “Çin səddi” yaratmış “Azərsu” ASC-nin rəhbərləri, tenderləri udan şirkətlərlə və digər dövlət orqanları ilə əlaqələr yaradaraq əks tərəfin münasibətlərini öyrənməyə cəhd edirdik. Elə bu ərəfədə “Cumhuriyyət.az” saytında bizim araşdırdığımız mövzu öz əksini tapdı. Görünür son vaxtlar bəzi vətəndaşlar tərəfindən dəb halını almış bir gəlişmə burada da öz sözünü deyib. Yəni vətəndaş əlində olan fakları bir neçə qəzetə və sayta göndərir ki, möcud problem daha geniş yayılsın. Ona görə də saytdakı həmkarlarımızı başa düşürük. Bu səbəbdən saytdakı araşdırma yazınin möqeyimizlə üst-üstə düşdüyündən və müəyyən qədər bizi qane etdiyindən dərcinə qərar verdik. Azərsu” ASC-ninfəaliyyətində yer almış müxtəlif qanun pozuntuları ilə bağlı dəfələrlə yazmışıq. Araşdırmalarımızın birində bildirmişdik ki, ASC-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində aşkar edilmiş mənimsəmənin bilavasitə həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxs kimi ASC-nin Babək Həsənov adlı bir əməkdaşı həbs olunub. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Babək Həsənov ASC-də Köçəri Həsənov, Mahir Məmmədov və İlqar Tağıyevdən ibarət qruplaşmaya daxil imiş. Babək Həsənov “Azərsu” Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavinİ Teyyub Cabbarovun qardaşının kürəkənidir. O, həbsinə qədər ASC-nin hüquqşünası olub. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb. Baş verənlərin təfərrüatına keçməzdən öncə bildirək ki, “Azərsu” Q.Hüseynovun yaxın ətrafının talan obyektinə çevrilib və aparılan maxinasiya sistemində əsasən üç şəxsin adı çəkilir. Onlardan biri, Qorxmaz Hüseynovun ən sevimli adamı olan bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qaynı Namiqdir.
Yusifəlinin boru və qum biznesi
Qeyd edək ki, “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı yeni “qayda”lar tətbiq edib. Həmin “qaydalara” əsasən borular çəkildikdən sonra onun üzəri mütləq dəniz kənarındakı ağ qumdan örtülməlidir. Və məsələ belə əsaslandırılır ki, həmin qum növü guya, boruların əyilməsinə və çürüməsinə imkan vermir. Əslində isə durum tamam fərqlidir. Bu məsələnin gündəmə gəlməsinə səbəb həmin biznesini bacıoğluya verilməsidir. Belə ki, 2011-ci ildən etibarən Yusifəli dayısının sayəsində ağ qumu özünün biznesinə çevirib. Məsələn, Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, başqa bir rayondan daşıdığını yazdırır. Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib. Sənəd üzərində guya, gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir. Amma Yusifəlinin qazanc yeri təkcə qum deyil. Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da onun gəlirinə təsiri var. Məlumatlara görə, ASC prezidentinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq, onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar. Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə ediblər.
Qayın qardaşdan irəlidir
“Azərsu” prezidenti Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri də qaynıdır. “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Namiq Cəbrayılov sözün həqiqi mənasında Yusifəli və Məhəmməddən də daha çox paya sahibdir. Onun şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratdığı “Azərsu”da kimsəyə sirr olmayan məsələdir. Namiq Cəbrayılovun “udduğu” tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır. Qalanları isə artan rəqəmlər üzrə inkişaf edir. Onun kürəkəninin yanına gedərək, asanlıqla söz deməsi də çətin məsələ sayılmır. Elə buna görədir ki, “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri “Azərsu” prezidentindən asanlıqla böyük məbləğli layihələri ala bilir.
Babək Hüseynovun həbsindən kənarda qalanlar
Sözügedən yazımızda onu da bildirmişdik ki, aşkar olunan mənimsəmə halına görə məsuliyyət daşımalı olan şəxslərdən birinin də ASC sədri Qorxmaz Hüseynovun xalası oğlu Şakirin olduğu müəyyən edilib. Lakin ASC-də məsul vəzifə daşıyan həmin şəxsin istintaqa cəlb olunması nədənsə hələ də təxirə salınır. Digər tərəfdən isə cumhuriyyet.az-ı bilgiləndirən mənbə iddia edir ki, Babək Həsənovun “əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç də yuxarıda adları keçən şəxslərlə məhdudlaşmır. Qeyd olunur ki, Babək Həsənovun “səmərəli” fəaliyyəti ASC sədrinin birinci müavini Teyyub Cabbarovun da 650 min manat dəyərində villaya sahib olmasına şərait yaratmışdır. Bu xüsusda yeni aldığımız məlumatda isə bildirilir ki, aşkarlanmış mənimsəmə faktlarına əsasən prokurorluq tərəfindən istintaqa cəlb olunan şəxslərdən biri də ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov olub. Lakin Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun işə müdaxiləsindən sonra Mahir Məmmədov sərbəst buraxılb.
“Texniki şərt” maxinasiyaları
Məlumata görə, Babək Həsənovun həbsinə qədər “Texniki şərt”lər Qorxmaz Hüseynovun 1-ci müavini Teyyub Cabbarovun birbaşa razılığı ilə verilib: “Mümkündür ki, bu, Qorxmaz Hüseynovun razılığı ilə olub. Digər müavinlər və hətta “Sukanal” Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə qədər bir çox vəzifəlilər isə əksər hallarda bu mənimsəmələrdən xəbərsiz olublar. Əəslində isə “Texniki şərt”i bu institut hazırlayıb, səlahiyyətinə uyğun olaraq 1-ci müavinə, o isə sədrə təqdim etməli idi…”. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə hazırda “Texniki şərt”lə bağlı hazırlanan bütün sənədləri birbaşa sədrin özü nəzərdən keçirməyə başlayıb: “Qorxmaz Hüseynovun bu işə belə ciddi yanaşması da səbəbsiz deyil. Çünki Yasamal Sukanal İdarəsinin rəis müavini olan doğma xalası oğlu Şakir İsmayılovun da Babək Həsənovun həbsində adı hallanıb. Hətta bəzi saytlarda bu haqda məlumat da dərc olunub. İddialara görə Yasamalda yeni tikilmiş binalara verilən “Texniki şərt”lərdən alınan pulların böyük hissəsi mənimsənilib. Bu isə o qənaəti yaradır ki, istintaq dərinləşərsə, Qorxmaz Hüseynovun xalası oğlu və digər qohumları da ilişə bilər”. Redaksiyamıza daxil olan məlumatda həmçinin qeyd olunur ki, əslində ASC-də aşkarlanan mənimsəmə faktı üzrə müəyyən edilmiş məbləğ, mətbuat səhifələrində əks olunan məbləğdən bir neçə dəfə artıqdır. Belə ki, təkcə Mahir Məmmədovun bu maxinasiyalar sayəsində paytaxtın Montin qəsəbəsində aldığı torpaq sahəsinin 1,5 milyon manat qiyməti olduğu bildirilir.
Qorxmaz Hüseynovun qələmi qırılıb?
Bizi bilgiləndirən mənbənin sözlərinə görə məsuliyyət daşımalı olan şəxslərdən birinin də ASC sədri Qorxmaz Hüseynovun xalası oğlu Şakirin olduğu müəyyən edilib. Məlumatları nəzərdən keçirdikdə aydın olur ki, Babək Həsənovun “əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç də yuxarıda adları keçən şəxslərlə məhdudlaşmır. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb. Məsələnin kifayət qədər ictimailəşməsi və aşkarlanan korrupsiyaya bir dövlət qurumunun ən yüksək vəzifə sahiblərinin bulaşması prosesə daha yüksək səviyyədə müdaxiləni zəruri edib. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Qorxmaz Hüseynovun vəzifədən alınmasına artıq qərar verilib: “Vəziyyət hakimiyyətin üst qatının da diqqətindədir və yaxın vaxtlarda Q.Hüseynovun yerinə təyinat verilməsi gözlənilir. Bu səbəbdən də artıq bir neçə qruplar aktivləşməyə başlayıb. Azərsu kimi böyük məbləğdə pulların dövr etdiyi bir qurumu ələ keçirmək üçün hakimiyyətdaxili böyük güclər belə hərəkətə keçib”.
“Azərsu” ASC-də Etibar Məmmədov qruplaşması
Mənbəmizin sözlərinə görə ASC-yə rəhbərlik uğrunda mübarizə aparan qruplaşmaların sayı üçdür. Amma hazırda ən real şansa malik qrup MM sədri Oqtay Əsədova bağlı şəxslərdir. Xatırladaq ki, spiker uzun illər “Azərsu”yun sədri olub və bu dövrdə ətrafına topladığı komanda hələ də qurumda çalışır. Həmin komandanın indiki liderinin isə Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun olduğu bildirilir. Onu da bildirək ki, Q.Hüseynov və E.Məmmədov yaxın dostluq münasibətləri ilə seçilirlər. Belə ki, bu iki vəzifə sahibi İstanbulun “zənginlər məhəlləsi” kimi tanınan ərazisində (Floriya səmtində) də qonşudurlar. Bundan başqa isə bu gün Azərbaycanın bir çox rayonunda Qorxmaz Hüseynova məxsus 2 hektar torpaq sahəsi var ki, bu ərazilər həmin rayonda “Azərsu” ASC tərəfindən hər hansı bir irimiqyaslı (dövlət sifarişli) layihənin həyata keçirilməsi zamanı Etibar Məmmədovun təşəbbüsü ilə yerli su-kanal idarə rəhbərliyi tərəfindən ASC sədrinə hədiyyə olunur. Yeri gəlmişkən, E.Məmmədov özü də vaxtaşırı Qorxmaz Hüseynova bu kimi “hədiyyə”lərdən təqdim etməyi unutmur. Buna misal olaraq Bakının Saray qəsəbəsində, Xətai rayonunda və digər ərazilərində inşa olunaraq ASC sədrinə təqdim edilmiş villaları göstərmək olar.
Spikerin müdaxiləsi və iki namizəd
Amma bütün yaxın münasibətlərə baxmayaraq E.Məmmədov hazırda Q.Hüseynovun yerinə yeni bir şəxsin gətirilmə prosesində aktiv iştirakçılardandır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə bir müddət öncə spiker O.Əsədova bağlı qruplaşmanın gizli bir toplantısı keçirilib. Mənbəmiz toplantının O.Əsədovun bağ evində keçirildiyini və burda E.Məmmədovdan başqa spikerin Nazim adlı qardaşının və əmisioğlunun iştirak etdiyi bildirilir. Sözügedən toplantıda “Azərsu” ASC-nin sədr müavini Mirkamil Seyidovun iştirakı gözlənilsə də, bizə məlum olmayan səbəblərdən o müzakirəyə qatılmayıb. Məlumatda o da göstərilir ki, müzakirə olunan əsas məsələ “Azərsu” ASC-yə rəhbər şəxs kimi kimin namizədliyinin üzərində dayanmaq olub. Əsasən, Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun və Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin namizədliyinin üzərində dayanıb. Məlumat üçün bildirək ki, A.Qocayev spikerin qudasıdır və uzun müddət “Azərsu” sistemində müxtəlif vəzifələrdə çalışmış və 2004-2005-ci illərdə isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti olmuşdur. Ehtimal etmək olar ki, spiker üçün daha əlverişli variant məhz A.Qocayevin bu posta gətirilməsidir. Amma nəzərə alsaq ki, A.Qocayev Binəqədi rayon icra hakimiyyətinin başçısı postundan Samuxa göndərilib, onda onun “vurulmuş” kadrlardan olduğunu düşünmək olar. Çox güman ki, spiker də qohumunun hakim komanda daxilindəki durumundan xəbərdardır və bu səbəbdən ikinci namizədini də hazırlayıb.
“Təzadlar”dan: Əlavə olaraq bildirək ki, “Azərsu” ASC-də baş verən bu korrupsiya əməllərinin acı nəticəsi sadə insanların başında çatlayır. Belə ki, “Azərsu” ASC-dən müqavilə əsasında işləyib bir tikə çörəyə göz dikən yüzlərlə insan, məhz yuxarıda göstərilən korrupsiya faktlarına görə iki aydan artıqdır ki, əmək haqqı almırlar. Bunların arasında iri dövlət müəssisələri də var. Bu müəssilərin rəhbərləri yaranmış problemlə bağlı dəfələrlə “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynova müraciət ediblər, lakin rəhbərlik müxtəlif bəhanələrlə problemin həllindən yayınıb. Q.Hüseynov gah deyib ki, vergi hesablarına həbs qoyulub, gah deyib hesablarında pul yoxdur və s. Verginin əmək haqqı hesabına həbs qoymasına bələkdəki uşaq da inanmaz. Çünki vergi qurumları heç vaxt belə qanunsuzluğa getməzlər. Sadəcə Q.Hüseynov “Əli papağı Vəli başına, Vəli papağı Əli başına” üsulu ilə mənimsədiyi pulların yerini tapıb, doldurmaq üçün yeni mənbələr axtarışındadır. Əgər vəzifə ömrü buna imkan versə, Q.Hüseynov “Əli-Vəli” oynunu davam etdirməklə sadə insanları əmək haqqı üzünə həsrət qoymaqda davam edəcək. O ki, qaldı hesabda pul olmaması məsələsinə, bax, Q.Hüseynov bunu düz deyir. Bütün qohum-əqraba ilə birlikdə hesaba qarğa- quzğun kimi daraşaraq, basıb yeyəndə, əlbəttə hesabda pul olmaz. Növbəti saylarımızda “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun müqavilə ilə əmək haqqı kimi müxtəlif idarə və təşkilatlara ödəməli olduğu yüz min manatlarla pulu dolayısı ilə necə mənimsəməsi barədə şok məlumatlar verəcəyik. Bizi izləyin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Dünən, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Dünən, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Dünən, 16:15 |
|
|
|
• Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Dünən, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Dünən, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Dünən, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Dünən, 16:02 |
|
|
|
|