“İdeal-İ İnşaat” MMC direktorunun müəmmalı həbsi - Ortada qaranlıq məqamlar var...
Tarix: 8-07-2015, 09:16 | Çap et
«Balansinfo.az»a daxil olan məlumata görə son günlər adı qalmaqallarda hallanan «İdeal-İ-İnşaat» MMC-nin direktoru İsa Məmmədov və onun yaxın qohumu və şəriki Məmmədov Çingiz Əkbər oğlu DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dünən saxlanılıb. Buna səbəb adı çəkilən podratçı MMC-nin 10 ilə yaxındır sifarişçi “Baku Qrup” adlı MMC ilə bağladığı müqavilə şərtlərini yerinə yetirməməsi, sifarişçinin xəbəri olmadan Bakı şəhəri, Xocalı prospekti k. 29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) yerləşən yaşayış binasındakı mənzilləri satıb pulunu mənimsəməsidir. Məlumatlı mənbə bildirir ki, hər iki məsul şəxs barədə artıq bir müddət imiş ki, həm binanın sifarişçisi “Baku Qrup” adlı MMC-nin, həm də həmin binada pulunu tam ödəsə də mənzillərinə köçə bilməyən vətəndaşların İsa və Çingiz Məmmədovların qanunsuz əməlləri ilə bağlı Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova şikayət ərizəsi göndərilibmiş. Həbsin təfsilatı barədə əlavə məlumat veriləcək. *** Qeyd edək ki, İsa Məmmədovun qanunsuz əməlləri barədə «Təzadlar» qəzeti son saylarında vətəndaşların şikayəti əsasında geniş yazı dərc edib. Şikayət məktubunda deyilirdi: «Biz aşağıda imza edən bir qrup Azərbaycan Respublikasının vətəndaşları, Bakı şəhəri, Xocalı prospekti k.29 ünvanında (keçmiş Şüşə zavodunun yerləşdiyi ərazidə) “İdeal-İ İnşaat” MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün bundan təqribən 10 il əvvəl bu MMC ilə müqavilə bağlamışıq və mənzil tikintisinə görə bu MMC-yə mənzilimizin dəyərinı tam ödəmişik. Lakin “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru Məmmədov İsa Əli oğlu artıq 8 ilə yaxındır ki, bizim binamızı tikib bizə təhvil vermir. Dəfələrlə mənzilimizin nə zaman bizə təhvil verilməsi ilə əlaqədar İsa Məmmədovla əlaqə saxlamaq istəmişik. Məlum olmuşdur ki, İsa Məmmədov məsuliyyətdən yayınmaq üçün formal olaraq «direktorluqdan çıxaraq» özünün “İdeal-İ İnşaat” MMC-sinə yaxın qohumu Məmmədov Çingiz Əkbər oğlunu «direktor» təyin etmişdir. Bu qohumlar isə birləşərək, bizim mənzil tikintisinə görə onlara verdiklərimiz pulları öz keflərinə xərcləyirlər, yaşayış binasını isə heç vaxt tikib qurtarmaq niyyətində deyillər. Bizə verilən məlumata görə keçmiş Şüşə zavodunun olduğu bu ərazidə tikilən binalarımızın yerləşdiyi torpaq sahəsi “Baku Qrup” adlı MMC-yə məxsusdur, lakin binaların tikintisi isə, «Baku Qrup»la bağlanmış podrat müqaviləsi əsasında İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si tərəfindən tikilir və bizim mənzil tikintisinə dair müqavilələrimiz də həmin bu “İdeal-İ İnşaat” MMC ilə bağlanmışdır. Mənzillərimizin pullarını da biz bu “İdeal-İ İnşaat” MMC-yə vermişik. “İdeal-İ İnşaat” MMC-nin müdriyyəti isə hər dəfə bizə yalançı vədlər verərək binaları tikib qurtarmır. Bizə verilən məlumatlara görə böyük ehtimal var ki, İsa Məmədov və onun qohumları bizim mənzillərimizi bir neçə dəfə digər vətəndaşlara da sataraq onlardan aldıqları pulları da öz şəxsi keflərinə və uşaqlarının adlarına obyektlər almağa xərcləmişlər. Hazırkı şikayət məktubumuzla biz, halal zəhmətlə qazandığımız pullar İsa Məmədov və onun qohumları tərəfindən dələduzluq yolu ilə aldadılaraq əlindən alınmış vətəndaşlar, «Təzadlar» qəzeti vasitəsilə xahiş edirik ki, bu məsələni araşdırmaqda bizə köməklik göstərilsin. İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si barəsində bu binalardan mənzillər almış və bununla da bizim kimi aldadılmış digər vətəndaşları da qəzetdə bu haqda yazılar dərc etməklə ayıltmaq lazımdır. Çünki sonra gec olacaq. Məktubumuzun surətlərinin ünvanlandığı digər hüqüq mühafizə orqanlarından isə xahiş edirik ki, bizi aldadaraq pullarımızı mənimsəyən İsa Məmmədov, onun qohumları və “İdeal-İ İnşaat” MMC-nin digər məsul işçiləri barədəsində lazımi tədbirlər görərək onların cəzalandırılması üçün zəruri addımlar atılsın. Hörmətlə, Şikayətçılər: Hüseynova Ülviyyə, Abdullayeva Gülarə, Şirəliyeva Firəngiz, Uğurluyev Salman, Rəhimova Aygün, Mirzəzadə Dilşad, Həsənov Rüstəm, Novruzova Sədəf və başqaları».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
• NCQG üzrə real nəticəyə nail olmalıyıq - Attila Ştayner
Dünən, 17:37 |
|
|
|
• “La Gazette du Caucase” fransız siyasətçilərini COP29 ilə bağlı ermənipərəst mövqeyinə görə qınayıb
Dünən, 17:35 |
|
|
|
• Qiymətlər insanları daha kiçik mənzillər seçməyə məcbur edir - NƏ ETMƏLİ?
Dünən, 17:31 |
|
|
|
• Bakıda biznesmenin evindən seyf oğurlandı - Dostu həbs edildi
Dünən, 17:29 |
|
|
|
• Avropa Şurasının Komissarı İlham Əliyevə məktub yazıb... - STRASBURQDAKI SƏFİR CAVAB VERDİ
Dünən, 17:20 |
|
|
|
• Tarixi film istehsalında SÜKUNƏT: - “Kinomuzun xilası onun əlindədir”
Dünən, 17:17 |
|
|
|
• Müharibə ilə bağlı bədbin proqnoz: - Putin üzərindən mesaj verildi
Dünən, 17:16 |
|
|
|
• Paşinyan papa ilə görüşdə: - “Qərarlıyam, Azərbaycanla...”
Dünən, 17:14 |
|
|
|
• Müharibə veteranlarına verilən 80 manat bu tarixdən artacaq - AÇIQLAMA
Dünən, 17:11 |
|
|
|
• Azərbaycan düşməni olan şovinistdən Pezeşkiana təşəkkür
Dünən, 17:10 |
|
|
|
• Azərbaycanda mənzil almaq üçün təxminən 20 il yemədən-içmədən işləmək lazımdır - FAKT BUDUR!
Dünən, 17:03 |
|
|
|
• Ermənistan sülhə addım atmaqdansa, əksinə mövqe nümayiş etdirir -ŞƏRH
Dünən, 17:00 |
|
|
|
• Neft niyə 70 dollardan götürüldü: - Azərbaycanda bir ilkin SƏBƏBİ
Dünən, 16:59 |
|
|
|
• Rusiya Ukraynaya ballistik raketlə zərbə endirib, 8 ölü, 40-dan çox yaralı var - “Unian“
Dünən, 16:57 |
|
|
|
• “Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 16:37 |
|
|
|
• Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Dünən, 16:34 |
|
|
|
|