Səlim Müslümovun Yasamaldakı adamı ilə bağlı gərginlik... - Bəlkə, bu şöbə öz işində yetərincə səriştəli deyil?..
Tarix: 8-08-2015, 10:23 | Çap et
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan şikayət məktubları və digər məlumatlar əsasında hazırladığımız tənqidi materialları qəzetimizdə dərc etməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinin diqqətini Yasamal rayon ƏSMM-nin fəaliyyətində yer almış nöqsanlara yönəltmək istəyirik. Lakin təəssüflər olsun ki, bu cəhdlərimiz hələ bir nəticə vermir. Öz növbəsində Yasamal ƏSMM-nin direktoru Gülnarə Salahova isə, ona bəzi məqamlara aydınlıq gətirməsi xüsusunda sorğu ilə müraciət etdiyimiz zaman, bizə çox qəribə bir “sürpriz” təqdim etdi. Amma bu barədə bir qədər sonra...Hələlik isə, Gülnarə Salahovanın fəaliyyətində müşahidə olunan bəzi məqamların “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət qulluqçularının etik davranış Qaydaları”nın müxtəlif bəndləri ilə uyğunluğunu müqayisəli formada nəzərdən keçirmək istərdik. Beləliklə, “Qaydalar”ın 5-ci bəndində (Əsas dəyərlər) bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi aparatında və bütün struktur bölmələrində çalışan dövlət qulluqçuları öz professional davranışlarında aşağıdakı mənəvi dəyərləri rəhbər tutmalıdırlar:
... 5.1. Öz vəzifəsinə hörmət
Dövlət qulluqçuları Nazirliyin və tutduğu vəzifənin nüfuzunun təmin edilməsi məqsədilə öz vəzifə borcunu vicdanla, məsuliyyətlə, yüksək səviyyədə həyata keçirməlidirlər.Bu xüsusda redaksiyamıza təqdim olunan məlumatlarda isə bildirilir ki, direktor vəzifəsini icra etməyə başlayan kimi, Gülnarə Salahovanın ilk işi mərkəzdə rüşvət bazarını genişləndirməkdən ibarət olub. Belə ki, yeni direktor daha çox rüşvət toplamaq üçün hətta mərkəzdə ünvanlı sosial yardıma aidiyyaatı olmayan digər şöbələrin işçilərini də vətəndaşlardan ünvanlı sosial yardım sənədlərini qəbul etmək və rüşvət toplamaq işinə cəlb edib. Görəsən vətəndaşlar tərəfindən irəli sürülən bu ittihamlar Nazirliyin və ya ƏSMM rəhbərinin nüfuzunun təmin edilməsi məqsədinə nə dərəcədə yardımçı olurlar?
... 5.3. Şəffaflıq
Dövlət qulluqçuları vəzifə borclarını vicdanla, aşkarlıq və şəffaflıq şəraitində yerinə yetirməlidirlər. Nazirliyin nüfuzunu artırmalı, vətəndaşların etimadını qazanmalı, onlarla mədəni davranmalı, korrupsiyaya qarşı mübarizə aparmalı, ictimaiyyətin etimadını qazanmalıdırlar.
Açıqlamalarda xüsusi olaraq vurğulanır ki, plastik kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması təcrübəsi bu gün də Yasamal ƏSMM-də geniş tətbiq edilir. Çətin ki, bu əməli Gülnarə Salahova tərəfindən həyata krçirilən korrupsiyaya qarşı mübarizə tədbiri kimi qiymətləndirmək olsun.
... 5.6. Məsuliyyət hissi
Dövlət qulluqçuları ona aid olan işlərin yerinə yetirilməsini başqasına həvalə etməməli, gördüyü işə görə məsuliyyət daşımalıdırlar.
Məlumatlardan birində oxuyuruq: “korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərindən sığortalanmaq məqsədilə Gülnarə Salahova bəzi ehtiyyat tədbirlərinə əl atıb. Belə ki, əvvəlki dövrlərdən fərqli olaraq bu gün artıq ƏSMM direktoru özü bilavasitə heç bir maxinsiyanın həyata keçirilməsində iştirak etmir. Bu işdə ona idarənin baş mühasibi İlkin Cəfərov yaxından kömək edir”. Əlbəttə ki, rüşvət yığımının həyata keçirilməsi bilavasitə ƏSMM direktorunun vəzifə borcu kimi qanunla nəzərdə tutulmayıb. Amma bu da var ki, qanunla ümumiyyətlə rüşvət yığımı nəzərdə tutulmayıb. Deməli, bu işə qol qoyursansa, məsuliyyəti də özün daşımalısan. İndi də keçək bəzi davranış qaydalarına.
... 6.1. Vətəndaşlarla münasibətdə
Vəzifə borclarını yerinə yetirərkən hər bir müraciət edən vətəndaşı nəzakətlə qəbul etməli, onu səbir və təmkinlə dinləməli, vətəndaşın müraciətinə qanunvericiliyə istinad edərək ona müvafiq izahatların verməsini bacarmalıdırlar. Vətəndaşların problemlərinin öz səlahiyyətləri çərçivəsində həlli üçün dərhal müvafiq tədbirlər görməlidirlər.
Məlumatlarda isə bildirilir ki, Yasamal ƏSMM, məhz Gülnarə Salahovanın öz işində yol verdiyi ciddi qanun pozuntuları və aztəminatlı vətəndaşların problemlərinə biganəliyi sayəsində, analoji qurumlar arasında daha çox seçilən idarələrdən birinə çevrilmişdir. Belə ki, bu mərkəzdə dövlət tərəfindən ayrılan yardımı qanuni yolla, rüşvət vermədən və tam həcmdə almaq istəyənlər o dərəcədə süründürməçiliklə üzləşirlər ki, onların qarşısında elə bürokratik əngəllər yaradılır ki, bir çoxları nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar.
... 6.5. Kütləvi informasiya vasitələri ilə münasibətdə
Kütləvi informasiya vasitələri ilə çıxış edərkən dövlətin həyata keçirdiyi siyasəti təbliğ etməyi bacarmalı, Nazirliyin nüfuzunu aşağı salan ifadələrə yol verməməlidirlər.
Hə, bax “Qaydalar”ın məhz bu bəndinin Gülnarə Salahova tərəfindən pozulduğuna dair heç bir iddiamız yoxdur. Məsələ bundadır ki, Yasamal ƏSMM-nin direktoru hələ dövlətin həyata keçirdiyi siyasəti təbliğ etmək məqsədilə kütləvi informasiya vasitələrində çıxış etmək bir tərəfə qalsın, heç zəhmət çəkib mətbu orqanlarının ona ünvanladığı adi sualları belə cavablandırmaq niyyətində deyil. Həm də bu məqsədlər üçün o, şəxsi vəkil də tutub. Elə yazının əvvəlində qeyd etdiyimiz “sürpriz” də məhz bu məqamla bağlıdır. Belə ki, aldığımız məlumatlarda bəhs olunan bəzi məqamlara aydınlıq gətirmək üçün, əməkdaşımız bu günlərdə Yasamal ƏSMM-nə telefonla zəng vurmuşdu. Mərkəzin əməkdaşı isə, məqsədimizi biləndən sonra bizə bir mobil telefon nömrəsi verdi. Həmin nömrəyə zəng etdikdə məlum oldu ki, bizimlə danışan xanım Gülnarə Salahovanın şəxsi vəkilidir. Daha dəqiq desək, həmin xanım özünü məhz bu cür təqdim etdi: “Mən Gülnarə Salahovanın şəxsi vəkiliyəm və siz bütün suallarınızı mənə ünvalaya bilərsiniz”. Belə çıxır ki, Yasamal ƏSMM-nin direktoru öz vəzifə fəaliyyəti ilə bağlı bütün məlumatları əslində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə heç bir aidiyyatı olmayan bir şəxsə təqdim edir və həmin şəxsə nazirliyin struktur bölmələrindən birinin adından danışmaq səlahiyyəti verir. Çox maraqlıdır, əgər Gülnarə Salahova işi ilə bağlı hansısa bir məsələni məhz hüquqi müstəvidə həll etmək zərurəti duyursa, görəsən o, bu halda nəyə görə nazirliyin Hüquq şöbəsinə müraciət etmir? Bəlkə, bu şöbə öz işində yetərincə səriştəli deyil? Hər halda aydındır ki, biz Yasamal ƏSMM-nə hər hansı şəxsi məsələləri müzakirə etmək niyyətilə zəng etməmişdik.
P.S.Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, bu material artıq çapa hazırlandığı zaman redaksiyamıza Gülnarə Salahovanın daha bir qanun pozuntusuna yol verdiyi iddia olunan növbəti məlumat daxil oldu. Məlumatı təqdim edən mənbə bildirir ki, o, bu yaxınlara qədər Yasamal ƏSMM-də çalışmış və işlədiyi müddətdə öz vəzifələrini vicdanla yerinə yetirmişdir. Lakin bir müddət əvvəl, həmin əməkdaş məhz Gülnarə Salahovanın ona qarşı irəli sürdüyü bəzi qeyri-qanuni tələbləri icra etməkdən boyun qaçırdığı üçün, ƏSMM direktorunun göstərişi ilə işdən azad edilmişdir. Şikayətçi bildirir ki, məsələ ilə bağlı o, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Bu məlumatda təqdim olunan bir çox faktları hələlik araşdırmaq imkanımız olmadığı üçün, onları bu materiala daxil etmədik. Amma düşünürük ki, şikayətçinin irəli sürdüyü ittihamlar öz təsdiqini taparsa, bu halda Gülnarə Salahovanın artıq həqiqətən də bir vəkilə ehtiyacı ola bilər. Hələlik isə Gülnarə xanıma yuxarıda bəhs etdiyimiz “Qaydalar”ın daha bir bəndini də xatırlatmaq istəyirik.
... 8. Peşəkarlıq
Dövlət qulluqçuları bütün şəxslərə, o cümlədən rəhbəri ilə və ya tabeliyində olan şəxslərlə münasibətdə, habelə əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirərkən nəzakətli, qərəzsiz, diqqətli və səbirli olmalıdırlar.
Qarşı tərəfin də (amma vəkilin yox) münasibətini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukrayna COP29 çərçivəsində İqlim Klubu Qlobal Platformasına qoşulub
Bu gün, 09:15 |
|
|
|
• Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA
Bu gün, 09:13 |
|
|
|
• Ermənilər bu ölkənin torpaqlarını ələ keçirir – Hiyləgər plan etirazlara səbəb oldu
Bu gün, 09:11 |
|
|
|
• Nə üzlə gəlmişdi, nə sözlə getdi – Konqresmenin etdiklərinin bədəli
Bu gün, 09:10 |
|
|
|
• Bərdədə QOÇULUQ EDƏN KİMDİR? - GİLEY
Bu gün, 09:08 |
|
|
|
• Göygöldə moruq festifalı təşkil edən “TASK HUB” MMC-nin Zəfər Qurbanovla nə kimi əlaqəsi var - İLGİNC FAKTLAR...
Bu gün, 09:00 |
|
|
|
• Göyçay sakini özbaşınalıqla ÜZ-ÜZƏ... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:56 |
|
|
|
• Kəlbəcərin azad edilməsindən 4 il ötür - MƏQALƏ
Bu gün, 08:53 |
|
|
|
• Kəlbəcərin işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:52 |
|
|
|
• "Mən hardan bilim ki bunlar dələduzluqda, yola verməkdə peşəkardırlar..." - NARAZILIQ VAR...
Bu gün, 08:51 |
|
|
|
• Xaçmazda problemlər BUNA GÖRƏ QALIR... - İLGİNC YANAŞMA...
Bu gün, 08:43 |
|
|
|
• Müştərisindən `Azercell`ə LAYİQLİ QİYMƏT - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri... - Ekspert danışır...
Bu gün, 08:30 |
|
|
|
• Müxalifətin aksiyası dağıdıldı - Tiflisdə SON DURUM
Bu gün, 08:24 |
|
|
|
• İlham Məmmədova ağır itki üz verib
Bu gün, 07:36 |
|
|
|
• Rayonlar öz xərclərini ödəmək üçün pulu nədən qazanacaq? - AÇIQLAMA
Bu gün, 07:33 |
|
|
|
• 2025-ci il büdcəsi üçün riskli neft proqnozu: Qara qızıl kəskin ucuzlaşarsa... - İNCƏLƏMƏ
Bu gün, 07:30 |
|
|
|
• Eskalasiya riski artır: Ermənistan sülhə məcbur ediləcək - "Bu sülh prosesini dalana salır"
Bu gün, 07:23 |
|
|
|
• "Valideynimin səhhətində olan problemə görə buradayam" - VİDEO
Bu gün, 07:09 |
|
|
|
• Mərc oyunları aludəçiliyi: zənginlik arzusu, yoxsa emosional ehtiras? - PROBLEM
Bu gün, 07:04 |
|
|
|
• "Azərbaycan ərazilərinə basdırılan minalar da insan hüquqlarının kobud pozulmasıdır..." - deputat
Bu gün, 06:40 |
|
|
|
• Bu “erməni” Bakıya hansı məqsədlə gəlmişdi? – Bir səfərin pərdəarxası
Bu gün, 06:34 |
|
|
|
• “Başıma o boyda faciə gəldi ölmədim, amma... - bu gün ölürəm, məni öldürürlər”
Bu gün, 06:31 |
|
|
|
• "Bu proses artıq bir neçə ildir ki, başlayıb" - Ekspert deyir ki...
Bu gün, 01:42 |
|
|
|
• Ermənistan işgəncə ilə öldürdüyü əsirlərimizi BUNA GÖRƏ GİZLƏDİR... - BƏLLİ OLDU
Bu gün, 01:38 |
|
|
|
• SAXTA HƏKİM ƏLİNDƏ QALMIŞIQ... - NƏ ETMƏLİ?
Bu gün, 01:32 |
|
|
|
• Kanslerin “telefon diplomatiyası” və: Putinlə danışıqların mənasızlığı - NƏ BAŞ VERİR?
Bu gün, 01:29 |
|
|
|
• Rusiya vurularsa: Kim nə qazanacaq? - Görünəni odur ki...
Bu gün, 00:24 |
|
|
|
• Şikayət indeksinə görə yuxarı pillədə qərarlaşan BANKLAR - - Səbəb nədir?
Bu gün, 00:02 |
|
|
|
• Sülh, kommunikasiyalar və Gürcüstanın strateji rolu - Cənubi Qafqazda yeni diplomatik dövr
Dünən, 23:39 |
|
|
|
• Ermənistanın çıxış yolu: qazı Azərbaycandan almalıdır - GƏLİŞMƏ
Dünən, 23:35 |
|
|
|
• Paşinyan arvadı və qızı ilə muzeydə - FOTO
Dünən, 22:50 |
|
|
|
• Azərbaycanda tanınmış müğənni vəfat etdi
Dünən, 22:47 |
|
|
|
• Ukraynaya 300 km-ə qədər mənzilli raketlərdən istifadəyə icazə verilib
Dünən, 22:45 |
|
|
|
• Özəlləşdirmə çekləri yenidən istifadə olunacaq? - AÇIQLAMA
Dünən, 22:16 |
|
|
|
• Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi - DETALLAR
Dünən, 22:02 |
|
|
|
• "Patı" çəkdi, məktəbli qıza seksual hərəkətlər etdi: - "Bilirəm, binamusluqdur..."
Dünən, 21:59 |
|
|
|
• Bakı Olimpiya Stadionuna avtomobillə qanunsuz daxil olmağa cəhd göstərən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 21:56 |
|
|
|
• “Trampın kadrları onun tapşırıqlarını yerinə yetirəcək” - ŞƏRH
Dünən, 21:09 |
|
|
|
• Dollarla bağlı HANSI QƏRAR VERİLİR? - AKTUAL
Dünən, 21:07 |
|
|
|
• Dünya iqtisadiyyatı təhlükə ilə üz-üzə: - Dərin dəyişikliklər qaçılmazdır
Dünən, 19:08 |
|
|
|
• Kənd təsərrüfatı: Subsidiyalar özünü niyə doğrultmur? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Qızların evlənmə yaşının 9 -a salınması istismarçı ruhani təbəqənin nəfsi istəkləri naminədir - DƏHŞƏTDİR, VALLAH...
Dünən, 18:58 |
|
|
|
• “Xəstəxana nədir bilmirəm, heç kimə pislik etməmişəm”
Dünən, 18:05 |
|
|
|
• Türk dünyası üçün ortaq valyuta YARADILA BİLƏR - AÇIQLAMA
Dünən, 18:02 |
|
|
|
• Fransa meydan oxudu – “Açıq şəkildə bildiririk ki...”
Dünən, 18:00 |
|
|
|
• “Sirab”la bağlı sirli məqam: hara yoxa çıxdı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:55 |
|
|
|
• BOKT “İnternational”ın istiqrazlarına üç investor müştəri çıxıb
Dünən, 17:51 |
|
|
|
• "Onlar korrupsiyaya görə istefaya məcbur edilib" - deputat
Dünən, 17:46 |
|
|
|
• Çağırışçını qətlə yetirən Ərəstun Ərəbov HƏBSDƏ ÖLDÜ
Dünən, 17:43 |
|
|
|
|