"Tender Azər" müftə pendiri tələdən qıraqda da asanlıqla tapır... - Nazir müavininə korrupsiya ittihamı
Tarix: 23-12-2015, 08:37 | Çap et
Azərbaycanda tender saxtakarlığı korrupsiya hallarının içərisində ən populyarıdır desək, yanılmarıq. Korrupsiyanın bu növünün ən çox kök atdığı qurumlardan biri, bəlkə də birincisi isə Maliyyə Nazirliyidir. Məsələ ondadır ki, bu qurumun rəhbərindən daha çox onun müavini Azər Bayramovun adı korrupsiya hallarında çəkilir. AFN.az-ı bununla bağlı məlumatlandıran mənbə A.Bayramovun hansı yollarla neqativ əməllər törətdiyini açıqlayıb. İqtisadçı ekspert olan həmsöhbətimiz deyir ki, tender müsabiqələrini saxtalaşdırmaqda, tenderlərdən gəlir götürməkdə tayı-bərabəri olmayan A.Bayramov məhz bu “məharəti”nə görə kluarlarda “Tender Azər” adlandırılır: “Bildiyiniz kimi, Azərbaycanda keçirilən tenderlərlə bağlı faiz söhbəti ən populyar əməldir. Tenderə çıxarılan xidmət və iş üçün müqaviləyə uyğun olaraq ayrılan vəsaitin bir hissəsi bəri başdan tenderi keçirənlər tərəfindən “qalib” şirkətdən alınır. “Dövlət satınalmaları haqqında” Qanunun 39-cu maddəsinə əsasən tender prosedurları zamanı verilmiş tender təklifi ilə əlaqədar satınalan təşkilatla tenderdə iştirak edən malgöndərən (podratçı) arasında danışıqlar aparılmasına yol verilmir. Qanun yol vermir, amma reallıqda bunun tərsi baş verir. Dövlət satınalmalarında ən təhlükəli məqam da budur. Aydındır ki, tenderdə qalib gələn şirkət verdiyi faizi kompensasiya etmək və daha böyük gəlir əldə etmək üçün keyfiyyətsiz iş görür. Bunu sübut edən bir çox məqamlar var: məsələn, istifadəyə verildikdən qısa müddət sonra yolların, körpülərin bərbad hala düşməsi, çökməsi…” Oxucularımız təbii olaraq sual ünvanlaya bilərlər ki, A.Bayramovun tenderlərlə nə əlaqəsi var? Məsələ ondadır ki, tenderlərin keçirilməsini reallaşdıran dövlət qurumu – Satınalmalar üzrə Dövlət Agentliyi məhz onun nəzarəti altındadır. Bunu da bizimlə söhbətində mənbəmiz bildirdi: “İskəndər Çəndirli agentliyə kağız üzərində rəhbərlik edir, əslində bütün prosesləri Azər Bayramov yönəldir. Bütün saxtakarlıq, korrupsiya hallarından başqa da, normal keçirilən və qazanılan dövlət tenderlərinin ən azı 10 faizi A.Bayramov vasitəsilə əvvəlcədən geri alınır. Əsasən Azər Bayramovun çətiri altında baş verən bu özbaşnalıqların nəticəsidir ki, adı olan və heç bir fəaliyyəti olmayan şirkətlər tenderlərdə “qalib” gəlir. Məsələn, yaxın illərdə Sabirabadda bir maraqlı tender keçirilmişdi: kanalizasiyanın təmiri ilə bağlı tenderin qalibi olan şirkətin nizamnamə fondu 6 manat, işçisinin sayı isə prezident olmaqla bir nəfər olub. Bir işçisi olan şirkətin tenderdə qalib gəlməsi çox şeydən xəbər verir. Əslində satınalma müqaviləsinin icrasını təmin etmək üçün qalib şirkətlərin müvafiq sahədə peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı diqqətə alınmalı idi. Bunu qanunun 6-cı maddəsi tələb edir. Göründüyü kimi, buna da əməl edilmir. İşçisi olmayan şirkətlər layihəni həyata keçirərkən küçələrdən qeyri-peşakar insanları işə cəlb edirlər. Onlar ilə əmək müqavilələri bağlanmır və nəticədə işçilərə görə şirkətlər tərəfindən məcburi sosial sığorta haqları da ödənilmir. Bu azmış kimi, əmək haqqları nəzərdə tutulduğundan bir neçə dəfə az ödənilir. Məqsəd az xərclə daha çox qazanmaq hərisliyidir. Bu cür “ofşor” şirkətlərdən Azər Bayramovda da çoxdur. Bir neçə adda saxta şirkət yaradan nazir müavini çoxlu sayda tenderlərin “qalibi” olur. Xüsusilə də ölkənin qərb regionunda reallaşdırılan layihələr məhz onun büdcəsinin artmasına xidmət edir. Azər Bayramovun Maliyyə Nazirliyindəki nazir müavini və baş xəzinədar kimi fəaliyyəti yalnız onun şəxsi mənafeyinə xidmət edir. O, vəzifə səlayihətlərindən istifadə edərək, ancaq özünə yaxın, şəxsən tanıdığı, dostları, qohumları və yerlilərini şəhər-rayon maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir. Rayonların büdcəsində nəzərdə tutulan xərclər yalnız onun şəxsi tanışları, dostları və qohumları tərəfindən, onların təsis etdiyi firma və şirkətlər vasitəsi ilə aparılır. Bu zaman o nazir Samir Şərifova çatacaq payın üzərinə özünün şəxsi payını da qoyaraq öz niyyətini həyata keçirir. Dünyanın heç bir yerində elə bir sisitem yoxdur ki, bir şəxs həm dövlət büdcəsinin xərclərini həyata keçirsin, həm də ki, aparılmış xərclərin təftişini həyata keçirsin. Azər Bayramov çox ustalıqla Samir Şərifovun etibarını və etimadını qazanaraq həm ölkəmizin büdcə xərclərini aparır, həm aparılmış büdcə xərclərinin təftişini həyata keçirir. Beləliklə də Azər Bayramov dövlət büdcəsində qanunsuz aparılan xərclərin və küllü miqdarda mənimsədiyi vəsaitlərin üstünü ört-basdır edir. Azər Bayramovun səyi və şəxsi təşəbbüsü ilə mal alışı və xidmətlərin göstərilməsi ilə bağlı xərclər bütün şəhər-rayon icra hakimiyyətlərindən ya tamamilə, ya da qismən çıxarılaraq mərkəzi icra hakimiyyəti orqanlarının büdcəsinə əlavə olunub. Bu xərclər də əsasən Maliyyə Nazirliyinin 1 saylı Xəzinədarlığı tərəfindən həyata keçirilir. 1 saylı Xəzinədarlıq İdarəsinin müdiri Azər Bayramovun yerlisi, yaxın qohumu və dostu Nadir Qarayevdir. Nadir Qarayevin rəhbərlik etdiyi xəzinədarlıqda sanki bir “gestapo” rejimi hökm sürür. Tərtib olunan maliyyə sənədləri nə dərəcədə düzgün, qanuna uyğun olsada belə müəyyən etdikləri “taksa” ünvanına çatmalıdır. Əks təqdirdə, günlərlə, həftələrlə hətta aylarla belə təqdim olunan sədlərin icarsı yubadılır, süründürlməçiliyə yol verilir və nəticədə də taksanı ödəmədiyi üçün geri qaytarılır. Bu barədə səsini çıxartdıqda Azər Bayramovun qəzəbinə tuş gəlirsən.” Mənbəmiz bir sıra konkret faktlar da təqdim edib. Həmin faktların doğruluğu tərəfimizdən araşdırıldıqdan sonra təqdim ediləcək. P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
• Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23 |
|
|
|
• "Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21 |
|
|
|
|