Bu, qumar deyil, bəs nədir? - Həm də dövlət adına...
Tarix: 8-01-2016, 08:47 | Çap et
Dünyada tendensiya mövcuddur ki, iqtisadiyyat tənəzzül edəndə üç sahə – nəqliyyat, rabitə, lotereya biznesləri çiçəklənir. Səbəb də insanların vurnuxması, necə deyərlər, saman çöpündən yapışmalarıdır. Hamı, ailənin az qala bütün üzvləri qazanc yeri tapmaq ümidi ilə evdən çıxır, bir-biri ilə zəngləşir, bəxtini sınamaq üçün boğazından kəsib bilet, kupon alır və nəhayət etibarilə günün axırında uduzduğunu anlayır. Mövcud reallıq isə sabah ona eyni şeyləri təkrarlamaqdan savayı heç bir işıqlı yol göstərmir. Başqa bir tendensiya da budur ki, dünyanın inkişaf etmiş ölkələrində əvvəllər lotereya ilə məşğul olmuş iş adamlarını biznesin digər sahələrinə baş vuranda heç də məmnun qarşılamırlar, bir sözlə, əliəyri, qumarbaz hesab edib onlardan ehtiyatlanırlar. Qumar dedikdə isə bəziləri yalnız təmirsiz otaqda, sinəsi açıq, ağzında siqaret, söyüş söyən lotuların iştirak etdiyi oyun başa düşürlər. Halbuki lotereyanın özü də mədəni qumardır. Gerçəklik bundan ibarətdir ki, Azərbaycanda lotuların təqib olunan qumarında, qeyri-leqal kazinolarda hətta xam iştirakçının belə udmaq şansı lotereyada qazanmaq şansından yüksəkdir. 2004-cü ildə «Lotereyalar haqqında» Qanun qəbul olunandan sonra bu sahədə qayda-qanun yaradılacağına ümid edilirdi. Qanunun qəbulundan qabaq lotereya bazarında baş-alıb gedən xaosu «Azərlotereya» Açıq Səhmdar Cəmiyyətinin timsalında monopoliya əvəz etdi və başqa bazar iştirakçılarını sıxışdırıb məhv elədi. Və özbaşına qaldı, rəqabətsizlik mühitində meydan suladı, lotereya həvəskarının isə seçim etmək imkanları qalmadı. Oxucularımız sırasından lotereya həvəskarları gileyənirlər ki, ümumiyyətlə, lotereya tirajları çox hay-küylü və yorucu musiqi sədaları ilə keçirilir və həddən artıq boş danışıqlara yol verilir ki, bu da çox yorucudur. Aşkar etmişik ki, bu hay -küyün özü də məqsədli şəkildə yaradılır. Məqsəd heç də yalnız şən atmosfer yaratmaq deyil, həm də televiziya seyrçilərinin diqqətini təşkilatçıların tirajda tətbiq etdikləri hoqqabazlıqlardan yayındırmaqdır. Buna bəlkə də inanmazdıq, ta ki öz gözlərimizlə şahid olmasaydıq. Biz – “Azərbaycan” informasiya agentliyinin təmsilçiləri başda olmaqla bir qrup kütləvi informasiya vasitələri işçiləri qərara gəldik ki, indiyədək “Azərlotereya”nın ədalətsizliyindən gileylənən loto həvəskarlarının bu oyuna inamsızlıqlarını əks etdirən rəy və şərhlərini ümumiləşdirib həqiqətə nə qədər uyğun gəldiyini yoxlayaq. Bir araya gəlib hamımız eyni məkanda ardıcıl bir neçə tirajı geniş ekranlı televiziya qarşısında izlədik. 6 yanvar 2016-cı il tarixində saat 19.30-da “Space” telekanalında yayınlanan “Azərlotereya”nın “Klassik loto” oyununun 168-ci tirajında müşahidə etdiklərimiz bütün qaranlıq məqamlara aydınlıq gətirdi. Təsəvvür edin, lotereyanın ən bahalı uduşunun aqibətini təyin edəcək axırıncı kürəcik mexanikanın qanunlarına, sərbəst düşmə təcilinə uyğun surətdə bütün yolu qət edib yazıq iştirakçılardan hansınısa sevindirməyə hazır olanda barabanın ağzı kilidləndi, onun fırlanması sanki yenidən təkan aldı. Paralel olaraq, aparıcı da coşqulu səsi ilə araya söz qatıb “əziz lotereya həvəskarları”nın diqqətini özünə cəlb etməyə çalışdı. Və… ekran arxasında izləyicilərdən kiminsə sinəsindən “ah” nidası qopdu, kiminsə qıcanmış dişlərinin arasından “Lyanuşka”nın ünvanına qarğış püskürdü. Barabandan vicdanlı iştirakçının gözlədiyi deyil, başqa nömrəli – təşkilatçıya sərf eləyən kürəcik çıxdı. Bu detalları birmənalı olaraq bütün monitorinq qrupunun üzvləri olan media işçiləri müşahidə etdik və yekdil qənaətə gəldik ki, təşkilatçı iştirakçıları aldadır. Tiraja dəvət olunan münsiflər isə bizim gördüklərimizi görə-görə, bizim bildiklərimizi bilə-bilə tirajın guya ədalətli, qaydalar çərçivəsində, tam şəffaf keçirildiyini müqəvva kimi təsdiqlədilər. Yenə əvvəllər barı iri uduşların qaliblərini növbəti tirajda studiyaya dəvət edib hamıya göstərirdilər. Onlar da öz növbələrində iştirakçılara “uduzduqlarınızı bizə halal edin” demək əvəzinə, “Azərlotereya”ya minnətdarlıq edirdilər. Söz gəzirdi ki, bu şəxslər həqiqətən lotereyası udanlar deyil, təşkilatçının təklif etdiyi müəyyən mükafat qarşılığında sövdələşməyə gedərək efirə çıxan, yalana dəstək verən adamlardı. Görünür, sonradan qalib kimi təqdim olunanların üzlərindəki təbəssümün saxtalığını özü də müşahidə etdiyindən, təşkilatçı daha onları studiyaya çağırmadı. Tamaşaçılardan bir qismini studiyaya yığmaq, torbadan daş çıxarmağı onlara təklif etmək kimi əvvəllər mövcud olmuş ənənədən də vaz keçildi. Aparıcı qismində dəvət olunan nüfuzlu incəsənət adamları da tədricən “Azəırlotereya”dan qaçaq düşdülər. Çox güman, onlar da el içində olan-qalan hörmət-izzətlərinin oyunların ədalətsizliyi, saxtakarlığı fonunda itib-batmaması ilə qayğılanaraq, batan günəş olanadək gözləmədilər, üzüsulu getdilər. İndiyədək KİV-də dəfələrlə ictimai rəylər bidirilib ki, «Azərlotereya»nın fəaliyyətində ən pis cəhət tiraj komissiyalarının hüquqi statusunun qanunla müəyyən olunmaması və heç bir məsələyə müdaxilə etməməsi və formal olaraq orda oturmasıdır. Bu fikir yanlışdır. Münsiflər məsələyə müdaxilə edirlər, həm də kobudcasına. Bir daha təkrar edirik, həyasızcasına, abırsızcasına saxtakarlığı ört-basdır etməyə çalışırlar. “Azərlotereya”nın acgözlüyü o həddə çatıb ki, xalqımızın tarxinə yazılmış təqvimin qara günlərində belə tiraj keçirməkdən utanmır. Buna əxlaqsızlıqdan, özünü millətə yad tutmaqdan başqa nə ad vermək olar? Son olaraq oxucularımıza, onların sırasından lotereya aludəçilərinə üz tutaraq müraciət edirik ki, “Azərlotereya”nın fırıldaqlarına aldanmayın. Olsa-olsa, biletiniz yaxşı halda 1 manat udacaq ki, onun da əvəzinə növbəti bilet götürəcəksiniz. Təşkilatçı bunu yaxşı bildiyindəndir ki, uduşların əksəriyyətini məhz manatlıqlar təşkil edir. Bu suallar barədə düşünün ki, niyə hər tirajın uduş fondu tam olaraq həmin tirajda udulmur? Nə üçün haman pullar və uduşa qoyulan maşın turdan-tura keçməli və başqasına çatmalıdır? Satılmış biletlərin yoxlanılması, satılmayan biletlərlə bağlı hansı addımlar atılır, bu proseslərə nəzarət də ciddi deyil. Müşahidələrimiz davam edir və “Azərlotereya”nın fəaliyyətində qeydə aldığımız digər neqativ halları da irəliləyən saylarımızda oxucuların müzakirəsinə təqdim edəcəyik.aia.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
• Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39 |
|
|
|
• Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37 |
|
|
|
• Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32 |
|
|
|
• “İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28 |
|
|
|
|