ZİYA MƏMMƏDOVA SEÇKİ ÖNCƏSİ ŞOK ZƏRBƏ
Tarix: 30-08-2012, 12:46 | Çap et
NAZİRƏ MƏXSUS BİZNES İMPERİYASI ÇÖKDÜRÜLÜR: NAZİRİN BANKI BAĞLANIR
DİA.AZ: - Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov oliqarxların təzyiqi ilə üzləşib. Redaksiyamıza daxil olan məlumatlara görə, baş bankirin hədəfə gəlməsinin birinci səbəbi son zamanlar bank sektorunda müşahidə olunan çaxnaşma ilə bağlıdır. Məlumdur ki, Mərkəzi Bank bir müddət əvvəl bir neçə bankın faəliyyətini dayandırdı ki, həmin bankların hər birinin arxasında ayrı-ayrı məmurlar dayanır. Bu barədəd danışan qaynaq iddia edir ki, MB şefinə oliqarx qəzəbinin yüklənməsinin ikinci əsas nədəni onun bir müddət əvvəl verdiyi təkliflə bağlıdır.
Bu təklif bank faizlərinin aşağı salmaqla kapitalın ucuzlaşması barədədir. Elman Rüstəmov hesab edir ki, bank faizlərinin aşağı salınması və kapitalın ücüzlaşması qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi üçün vacibdir. “Bundan ilk növbədə yerli kiçik və orta müəssisələr faydalana bilər” deyə baş bankir kapitalın əsas mənbəyinin bank kreditləri olduğunu bildirib: “Biz yaxın illərdə inflyasiyanı stimullaşdırmamaqla və iqtisadi sabitliyi qorumaq şərti ilə bank faizlərini aşağı salmağı düşünürük”.
Azərbaycanda bank sektorunun əhəmiyyətli hissəsi oliqarx məmurların nəzarətindədir. Ölkədə fəaliyyət göstərən əksər iri banklar Kəmaləddin Heydərov, Ziya Məmmədov kimi məmurlara məxsusdur. Elman Rüstəmovun bu təklifi isə onların maraqlarına ciddi zərbədir. Bu baxımdan oliqarx məmurlar baş bankirə qarşı birləşərək onu mövqeyindən çəkindirməyə başlayıblar.
Bank sahəsi üzrə ekspertlər hesab edir ki, Elman Rüstəmov heç bir halda təklifi reallaşdıra bilməyəcək. Onların fikrincə, baş bankir israr edəcəyi təqdirdə oliqarxların ona qarşı təzyiqləri daha da şiddətlənəcək. Digər tərəfdən hakim ailə də ban sektorunda əhəmiyyətli paya malikdir. Ona görə də bu məsələdə onların Elman Rüstəmovun tərəfində dayanacaqları inandırıcı görünmür.
Digər tərəfdən Elman Rüstəmov artıq özünə çox ciddi düşmənlər qazanmağa da “müvəffəq olub”. Məsələn, bu günlərdə lisenziyası ləğv edilən “Royal Bank”ın arxasında Bəylər Əyyubovun, konkret olaraq onun yaxın qohumu Robert Əyyubovun dayanması bir faktdır. Hətta Robert Əyyubovun “Royal Bank”la bağlı yaranmış borc qalmaqallarında adı da hallandırılır ki, bu da təsadüfi deyil. Belə ki, Robert Əyyubov dəfələrlə banka borcu olan ayrı-ayrı vətəndaşlarla “razborka” çürüdüb və yaxud da onun adından bu kimi qalmaqallarda istifadə olunub.
Odur ki, oliqarxların hədəfində olan MB şefinin düşdüyü situasiyada özünə güvənli dəstək qazana biləcəyi o qədər də ağkabatan görünmür. Çünki Elman Rüstəmov son zamanlar iri akulaların quyruqlarını tapdayır. Və təbii ki, o, bu kimi fəaliyyətlərində müstəqil deyil və hər bir addımını siyasi hakimiyyətlə razılaşdırılmış şəkildə atır. Amma bu halda belə, yəni arxasında hakimiyyətin yuxarı eşalonunun dəstəyini hiss etdiyi şəraitdə belə Elman Rüstəmovun hədəfdən yayınması olduqca çətindir.
Bildirək ki, son zamanlar bank sektorunda yaşanılan təlatümlər bəziləri tərəfindən fərqli formada izahlansa da, burada hakimiyyətiçi savaşın izlərinin apaydın şəkildə olması da nəzərdən qaçmır. Məsələn, bir çox çevrələr “Royal Bank”ın fəaliyyətinin dayandırılmasını rəsmi Bakının İrana qarşı cavab addımı kimi dəyərləndirməyə çalışdılar. Çünki 2010-cu ilin oktyabr ayında məşhur “WikiLeaks” təşkilatı tərəfindən açıqlanan məxfi sənədlərdə “Bank of Baku” və “XalqBank”la yanaşı “Royal Bank”ın da adı İranın xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunurdu və qeyd olunurdu ki, bu bank da Tehrandan ötürülən çirkli pulların yuyulmasında istifadə olunan vasitələrdən biridir.
Amma bütün bunlara baxmayaraq, “Royal Bank”ın lisenziyasının ləğvi heç də YAP iqtidarının İrana diş qıcaması kimin qəbul oluna bilməz. əgər rəsmi Bakı həqiqətən də fars-molla rejiminə qəzəbli idisə və “Royal Bank” məhz bu qəzəbin qurbanı olubsa, o zaman gərək aşkar surətdə İranın xüsusi xidmət orqanlarına bağlı olan “Bank of Baku” da eyni aqibəti yaşasın, yəni bu məntqilə ailə üzvlərindən biri İran İslam İnqilabı Keşikçiləri Korpusunun istefada olan generallarından olan məşhur Oromi qardaşlarına məxsus “NAB Dış Ticaret”in payçısı olduğu “Bank of Baku” “Royal Bank”da əvvəl bağlanmalı idi.
Yəni bu məsələdə hansısa milli dövlətçilik faktoruna söykəniş inandırıcı deyil və imkansızdır. Hər halda bu çağacan rəsmi Bakının belə bir üsluba müraciət etmədiyi də aşkar surətdə görünür. Deməli, MB-nin bank sektorundakı “fırtınası” birbaşa olaraq oliqarxlara qarşı atılan addımdır. Bu barədə danışan məlumatlı mənbə izahlayır ki, əslində Elman Rüstəmov heç də bu yöndəki fəaliyyətini sistemsiz və təlimatsız şəkildə həyata keçirmir. Yuxarıda da vurğuladıq ki, bütün bunlar siyası qərardır. Mənbəni söylədikləri: “Təbii ki, prosesin davamı olmalıdır və olacaq da. Məsələn sırada Ziya Məmmədovun bankı kimi tanınan “Bank of Azerbaijan”dır”. Xatırladaq ki, “ZQAN” holdinqə aid olan bu bankla holdinq arasında ciddi kadr alış-verişi işi də həyata keçirilir. Bu günlərdə isə aydın oldu ki, “ZQAN” Holdinqə mediada möhkəmlənməsi və təmsil olunması üçün SİYASİ RAZILIQ verilməyib. Halbuki keçən ilin əvvəlində öz holdinqinin toplantısının ardından “ZQAN” şefi, Ziya Məmmədovun madar oğlu Anar Məmmədov bildirmişdi ki, onlar media sahəsi ilə bağlı çox ciddi layihələrin icrasına start verməyi düşünürlər. Sonradan nazir oğlunun bu açıqlaması mətbuatda “Anar Məmmədov telekanal açır” başlıqlı məlumatların yayılmasına qədər inkişaf etsə də, “ZQAN” Holdinqə aid nəinki bir telekanal açılmadı, hətta divar qəzetinə də rast gəlinmədi. Son xəbərlərdə isə net şəkildə vurğulandı ki, “ZQAN” Holdinqə qarşı ciddi fəaliyyət məhdudlaşdırıcı sanksiyalar tətbiq olunmaqdadır ki, onların da sırasında mediada görünmə məsələsi də var. Bu isə o demək idi ki, “ZQAN” Holdinq ən azından nizamnaməsinin bir müddəası üzərə fəaliyyətsiz duruma salındı.
Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbənin sözlərindən belə aydın olur ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun növbəti hədəfi məhz Anar Məmmədovun başında dayandığı və Ziya Məmmədovun biznes imperiyasının əsas sütunlarından biri kimi tanınan “Bank of Azerbaijan”dır. Qaynaq iddia edir ki, artıq bu bankın çökdürülməsi üçün bütün hüquqi prosedurların tədarükü görülməkdədir və yuxarıda vurğuladığımız məqam – Elman Rüstəmovun bank faizlərinin aşağı salmaqla kapitalın ucuzlaşması barədə etdiyi təklif müstəsna rol oynayacaq. Belə ki, “Bank of Azerbaijan” bu yolla zərərsiz duruma salınacaq vəa MB-nin tələblərinə cavab verməməkdə ittiham olunaraq lisenziyadan məhrum ediləcək.
Onu da bildirək ki, bu qərarın da NN şefinə qarşı atılacaq son addım olmadığı bildirilir. Mənbəmizin iddialarına görə, əslində hakimiyyət içində Ziya Məmmədovun dışlanması prosesinə start verilib ki, bu da tədrici olaraq həyata keçirilir. İlk əvvəl NN şefinin qol-budağı budanır, ardından isə həlledici zərbənin vurulacağı istisna deyil...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Dünən, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Dünən, 11:16 |
|
|
|
|