PREZİDENT SOSİAL ŞƏBƏKƏDƏ YAZDI
Tarix: 30-08-2012, 15:11 |
Çap et
ABDULLAH GÜL AYAQDA OLDUĞUNU DEDİ
Bir neçə gün öncə əməliyyat olunan Türkiyə prezidenti Abdullah Gülün xəstəxanadakı şəkilləri yayılıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Gül 30 avqust Zəfər bayramını "Twitter" dən təbrik edib. Şəkilləri məhz o özü paylaşıb.
Gül "Twitter" səhifəsində bunları yazıb:
"-Hamıya salam. Bu gün 30 Avqust Zəfər bayramıdır. Bütün vətəndaşlarımın bayramını təbrik edirem.
Çox istəsəm də həkimlərin məsləhətini dinləyərək bayram tədbirlərinə qatıla bilmirəm. Hacettəpə Universitetindəki müalicəm davam edir. Daha bir necə gün burada qalacam. Sağ olsun bütün işçilər, əlindən gələn hər şeyi edir. Çox şükür ki, vəziyyətin yaxşıdır. Həkimlər gərəkli açıqlamaları edir, gündəmdə olan məlumatları sizinlə paylaşırlar. Salamlarınız və dualarınız mənə çatır. Allah hamınızdan razı olsun. Bu arada, xəstəxanada vaxtımı boş keçirmirəm. İşlərimə davam edirəm, sənədləri və kitablar oxuyuram. Allaha əmanət olun".