ƏSABİL QASIMOV UNUN QİYMƏTİNİ QALDIRIR
Tarix: 31-08-2012, 13:48 | Çap et
DEPUTATIN ŞİRKƏTİ DÜKANLARA QİYMƏT DİQTƏ EDİR
Son bir neçə gündə Azərbaycanda taxılın və unun qiyməti bahalaşıb. Rəsmi şəkildə təsdiqlənən bu məlumat artıq özəl şirkətlərin də qiymət artırmasına səbəb olub. Belə ki, İmişli rayonundan deputat seçilmiş Əsabil Qasımovun rəhbərlik etdiyi «Karat» şirkətinin istehsalı olan «Karmen» unları da bahalaşıb.
Bu məhsulların satışı ilə məşğul olan bir neçə mağazada apardığımız sorğudan məlum oldu ki, «Karmen» unlarının 50 kiloqramlıq kisəsi əvvəllər 18-18 manat 50 qəpiyə satılırdısa, indii satış 20 manatdır. Çünki həmin kisələri «Karat» firmasından topdansatış qiymətlə 19 manata alırlar. Satıcıların sözlərinə görə, artıq 30-35 qəpiyə satılan buğdanın da qiyməti 40 qəpik olub.
«Karat»ın istehsalı olan unun bahalaşması şirkətə rəhbərlik edən deputat Əsabil Qasımovu bərk hiddətləndirib. Satıcılardan aldığımız məlumata görə, iki gün öncə millət vəkili Ə.Qasımov «Karat» firmasına gələrək oradan toptansatış qiymətlə un alan sahibkarlarla görüşüb. Deputat, vəziyyətdən çıxmaq üçün unikal bir təklif də irəli sürüb. O, sahibkarlardan xahiş edib ki, «Karat» firmasından 19 manata aldıqları «Karmen» un kisəsini 20 manata satmasınlar: «O bizdən tələb edir ki, malı baha satırsınız, alver getmir. Axı necə ola bilər ki, özləri malın üstünə istədikləri qiyməti qoyur, amma bizə irad tutur ki, bir kisənin üstünə 1 manat pul qoyub satmaq düzgün deyil. Əsabil Qasımov bizə deyir ki, hələlik, hər kisənin üstünə 20-30 qəpik qoyub satın, sonrasına baxarıq. Amma inanın ki, bu, bizə sərf eləmir. Mağaza icarəyə götürülüb, üstəlik, «Karat»dan mal alanda fəhlə 20-30 qəpiyə malı maşina yükləmir ki, azdır. O zaman biz nə etməliyik? Öz cibimizdən xərcləməliyik? Deputatın iradı haqlı deyil».
Yeri gəlmişkən, satıcıların başqa bir narazılığı da var. Onların sözlərinə görə, «Karat»un və un məhsullarının çəkisi son bir neçə ay ərzində azalıb. Belə ki, 50 kiloqramlıq un kisəsini tərəzidə çəkdikdə 49 və ya 48,5 kiloqram gəlir. 20 kiloqramlıq un və kəpək kisələrində də eyni hal müşahidə olunur. Satıcılar bildirir ki, bu vəziyyət alıcılar tərəfindən narazılıqla qarşılanır: «Biz alıcını qınamırıq. Alıcı deyir ki, kisənin üzərinə yazılıb, 50 kq. Amma tərəzidə çəkəndə 1 kiloqramdan çox əskik gəlir. Onda da malı alan olmur. Biz bu barədə dəfələrlə «Kapat» firmasına iradımızı bildirmişik. Amma eşidən yoxdur».
Yeri gəlmişkən, «Karat» firması ilə bağlı şikayətlər bir neçə aydır ki, artıb. İki ay bundan öncə Milli Məclisin iclaslarının birində əməkdaşımız parlamentin foyesində deputat Əsabil Qasımova yaxınlaşaraq yuxarıda deyilənlərə münasibət öyrənmək istəyib. Lakin millət vəkili jurnalistə qarşı kobud ifadələr işlətməklə yanaşı, «Karat» firmasının ona məxsus olmadığını bildirib: «Gedin işinizlə məşğul olun. Bu şirkətin rəhbəri başqa adamdır». Maraqlıdır, görəsən, şirkətin rəhbəri başqa adamdırsa, nə üçün deputat Əsabil Qasımov «Karat»dan mal alan sahibkarlarla görüşüb onlara qiymət artımı ilə bağlı irad tutub təklif verir? \ günxeber.com \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
|