ERMƏNİLƏR FHN ŞEFİNƏ DƏ İLİŞDİLƏR
Tarix: 2-09-2012, 18:20 |
Çap et
FHN-NİN SAYTINDAN MƏLUMATLAR 13 AVQUST TARİXİNƏ QƏDƏR SİLİNİB
DİA.AZ: - Məlum olduğu kimi, erməni hakerlər son iki gündə portallarımıza hücuma başlayıblar. Onların arasında ayrı-ayrı xəbər agentliklərinin saytı ilə yanaşı, həmçinin dövlət qurumlarının veb-səhifələri də var.
DİA.AZ-a verilən məlumata görə, zərər görən dövlət saytları arsında fövqəladə hallar nazirliyinin saytı da var. Belə ki, nazirliyin saytı haker hücumu nəticəsində bir neçə saat ərzində qeyri-işlək vəziyyətə düşüb. FHN-nin veb saytının texniki işçiləri portalı qorumağa müvəffəq olsa da, saytda yeni xəbərlər itib və yalnız 13 avqust tarixinə qədər olanlar qalıb.