AVROPANIN SONUNCU QURBANI
Tarix: 3-09-2012, 13:04 |
Çap et
SLOVENİYA DÖVLƏTİ MÜFLİS OLMA HƏDDİNDƏ
DİA.AZ: - Beş il əvvələ qədər Avropa Birliyinin iqtisadi baxımdan ən nümunəvi ölkələrindən biri kimi göstərilən Sloveniya da Avropada yaşanılan iqtisadi böhranın son qurbanı oldu. Bu barədə DİA.AZ əcnəbi mətbuata istinadən xəbər verir.
Məlumatda deyilir ki, ölkədə yaşanılan iqtisadi böhranla bağlı Sloveniyanın baş naziri Janes Jansa açıqlama verib: «Ölkə xərclərini ödəyə biləcək bir neçə həftəlik pulumuz qalıb. Sloveniya oktyabr ayında tam iflasa çatacaq».
Siol.net intirnet portalına açıqlama verən baş nazir bildirib ki, həmin tarixdən etibarən pul ödəyə bilməz hala düşəcəklər.