İRAN VƏ ABŞ ARASINDA MƏXFİ DANIŞIQ
Tarix: 4-09-2012, 13:52 |
Çap et
MÜZAKİRƏ MÖVZUSU İSRAİL OLUB
ABŞ və İran dövlətləri arasında gizli görüş keçirilib. Bu iddia ilə İsrail mediası çıxış edib. İsrail KİV-lərinin məlumatına əsasən, rəsmi Vaşinton və Tehran israil mövzusunda razılığa gəlib. İsrailin İrana hücum edəcəyi təqdirdə Amerika buna müdaxilə etməyəcək. Əvəzində İran isə Fars körfəzində ABŞ-a rahat hərəkət etməsi üçün şərait yaradacaq.
Qeyd edək ki, Təl-Əvivdə amerikalı və iranlı diplomatların razılığa gəlməsi, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Martin Dempsinin İsrailin İrana qarşı hərbi müdaxiləsini pisləməsindən sonra gündəmə gətirilib. \ Faktxeber.com \