"SEÇKİLƏR GƏRGİN KEÇƏCƏK"
Tarix: 5-09-2012, 15:09 | Çap et
İSA QƏMBƏR VƏ ƏLİ KƏRİMLİ BİR-BİRİNƏ GÜZƏŞTƏ GEDƏCƏKMİ?
Növbəti prezident seçkilərinə bir ildən bir qədər artıq vaxt qalır. Qələbə əldə etmək üçün hər iki düşərgə - istər müxalifət, istərsə də iqtidar tərəf seçkilərə hazırlaşır. Hakim partiyada hazırlığın səviyyəsi həqiqətdə olduğundan xeyli zəif görünsə də, əks cəbhənin hazırlığı kifayət qədər səs-küylüdür. Hətta xeyli siyasi partiyanın cəmləşdiyi İctimai Palatada (İP) yekdil rəy ortaya qoyulub ki, heç bir mühüm ictimai-siyasi məsələ, o cümlədən 2013-cü il prezident seçkiləri ilə bağlı məsələlər İP-in mövqeyi nəzərə alınmadan həll edilə bilməz. Amma təcrübə göstərib ki, həmin düşərgə yaratdığı birliyi sona qədər qoruyub saxlaya bilməyiblər. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucovla söhbətimiz də istiqamətdədir.
- Əli bəy, ölkədəki mövcud ictimai-siyasi durumun və bir sıra beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Azərbaycan hakimiyyətinə münasibəti fonunda 2013-cü il prezident seçkiləri necə görünür? - Fikrimcə, 2013-cü il prezident seçkiləri çox gərgin şəraitdə keçəcək. Nəzərə almaq lazımdır ki, seçkilərə müxalifət də ciddi hazırlaşır, beynəlxalq təşkilatların da dtqqəti Azərbaycana və bütövlükdə Cənubi Qafqaza yönəlib. Müxalifət və hakimiyyətdən əlavə cəmiyyətin özündə də müəyyən qüvvələr var ki, seçkilərə hazırlıq görürlər. Yəni bu baxımdan seçkilərin gərgin keçəcəyini bəri başdan söyləmək olar. Hesab edirəm ki, mövcud qanunvericilik və seçki komissiyalarının tərkibi seçkilərin saxtalaşdırılmasına geniş imkan yaradır. Bu isə təbii ki, seçkilərin demokratik nəticələri ilə bağlı pessimist fikir söyləməyə əsas verir. Yeri gəlmişkən, AMİP də həmişə seçkilərdə iştirak ed. Siyasi sistemdəki dəyişiklikləri də elə həmin seçkilərdə görmüşük. Amma partiyanın seçkilərə hansı formatda və kimin namizədliyi ilə qatılacağı dəqiq deyil. Bunlar tam dəqiqləşməlidir. Əsas məsələ isə 2013-cü il seçkilərinə qədər ölkədəki seçki mühitini, seçki qanunvericiliyini, seçkilərə münasibəti dəyişməkdən ibarətdir. Əgər müxalifət bu məsələlərin həllinə nail ola bilsə, o zaman uğurlarımızın əsasını qoymuş olarıq.
- Müxalifət hər seçki dönəmində yeni birlik formaları yaratsa da, həmişə həlledici məqamlarda haçalanıb. Bu baxımdan İctimai Palatanın gələcəyini necə görürsünüz? - Biz çalışdıq ki, müxalifət bundan əvvəlki parlament seçkilərinə də vahid komanda və platforma ilə getsin. Amma əfsuslar olsun ki, alınmadı. İndi yenə də həmin ideyanın üzərində işləyirik. Bir sıra partiyalar demokratik qüvvələrin məşvərət məclisinin yaradılması ilə bağlı fikir irəli sürdülər. Artıq onun əsasnamə, nizamnamə və strukturlarının formalaşdırılması üzərində ciddi iş gedir. Ancaq Azərbaycanda müxalifət spesipik və çoxşaxəlidir. Həm ideoloji baxımdan, həm yönümündən, həm hökumətə münasibətindən, həm də maliyyə asılılığı baxımından müxalifət partiyaları çoxşaxəli olduğundan bütün siyasi qüvvələri bir araya gətirmək mümkün deyil. Ona görə də çalışmaq lazımdır ki, seçki mühiti demokratik bir mənzərəyə yönəlsin. Digər tərəfdən, seçkilərdə namizədlərin sayı minimum olsun, səslər parçalanmasın. O ki qaldı İctimai Palataya, bu qurum cəmiyyətin güc formalaşdıran bir hissəsidir. Amma bütün müxalif qüvvələri təmsil etmir. Yaxşı olardı ki, ayrı-ayrı təmərküzləşən qüvvələr arasında yaxın münasibətlər qurulsun. Onlar bir-birilərinə alternativ missiya yerinə yetirməsin. Belə olarsa müəyyən məsələlərdə uğur əldə etmək mümkündür. Bu, gələcəkdə seçki saxtakarlığının qarşısının alınmasına stimul verərdi. Amma İctimai Palatanın seçkilərdə vahid namizədlə iştirak məsələsi müəmmalı olaraq qalır. İstər İsa Qəmbərin, istərsə də Əli Kərimlinin bir-birilərinə güzəştə getmələri o qədər də real görünmür.
- Seçki komissiyalarının tərkibi məsələsi də həmişə mübahisə doğurub. Müxalifətin bir qanadı komissiyada digərindən daha çox təmsil edilməli olduğunu bildirir. Belə iddialar necə, müxalifətin parçalanmasında rol oynayırmı? - Əvvəla, komissiyalarda müxalifətin iştirakı vacibdir. Seçki Məcəlləsində qeyd olunur ki, yerlər parlamentdə təmsil olunan partiyalar arasında bölünməlidir. Amma bu da mübahisəlidir. Çünki seçkilər açıq və şəffaf keçirilmədiyindən, müxalifətin parlamentdə hansı formada təmsilçiliyi də mübahisə doğurur. Yəni bu əsasa görə seçki komissiyalarında təmsil olunmaq ədalətsizlikdir. Bəlkə də onların 80-90 faizinin bütün komissiyaları əhatə etmək gücləri yoxdur. Sadəcə olaraq hökumət dairələri belələrini müxtəlif adlar altında parlamentdə yerləşdirirlər ki, nəzarətdə saxlaya bilsinlər. Amma əsas müxalif qüvvələr seçki komissiyalarından kənarda qalıblar. Müxalifətin iddiaları ilə yanaşı bu faktor tda seçkilərə ciddi təsir göstərir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23 |
|
|
|
• USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15 |
|
|
|
• “Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12 |
|
|
|
• ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08 |
|
|
|
• "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59 |
|
|
|
• Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51 |
|
|
|
• AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47 |
|
|
|
• İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42 |
|
|
|
• “Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32 |
|
|
|
• Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30 |
|
|
|
• BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27 |
|
|
|
• Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22 |
|
|
|
• Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20 |
|
|
|
• "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18 |
|
|
|
• Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16 |
|
|
|
• Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14 |
|
|
|
• "Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12 |
|
|
|
• Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33 |
|
|
|
• BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22 |
|
|
|
• Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18 |
|
|
|
• “Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19 |
|
|
|
• Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00 |
|
|
|
• Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58 |
|
|
|
• Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17 |
|
|
|
• Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15 |
|
|
|
• Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14 |
|
|
|
• “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12 |
|
|
|
• Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07 |
|
|
|
• Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04 |
|
|
|
• "Sənətkar satılmamalıdır"
Dünən, 17:56 |
|
|
|
• “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53 |
|
|
|
• 4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51 |
|
|
|
• Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49 |
|
|
|
• Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45 |
|
|
|
• Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43 |
|
|
|
• Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58 |
|
|
|
• "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55 |
|
|
|
• Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52 |
|
|
|
• “Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49 |
|
|
|
• Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42 |
|
|
|
• "Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38 |
|
|
|
• Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35 |
|
|
|
• “Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30 |
|
|
|
• Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25 |
|
|
|
• Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21 |
|
|
|
• Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19 |
|
|
|
|