MEYXANAÇIMIZIN DURUMU AĞIRDIR
Tarix: 6-09-2012, 12:56 |
Çap et
ELŞƏN XƏZƏR ƏMƏLİYYAT OLUNA BİLƏR
Meyxana ustası Elşən Xəzər əməliyyat oluna bilər.
Publika.Az-a danışan meyxanaçı bildirib ki, hazırda Su-Tikinti Xəstəxanasında müalicəsini davam etdirir. O, bu günə qədər səhhətində belə bir problemlə üzləşmədiyini deyib:
“Mədəaltı vəzidə yaranan ağrılara görə həkimlər güclü müalicə prosedurları aparırlar. Hazırda müayinənin cavabını da gözləyirik. Müayinənin nəticəsindən çox şey asılıdır. Ola bilsin ki, əməliyyat olunum. Müalicəylə də sağalmaq ehtimalı var”.
E.Xəzər onu da qeyd edib ki, xəbəri eşidənlər yanına gəlirlər, əlaqə saxlayırlar:
“Həmkarlarımın hamısı gəlirlər. Sağ olsunlar! Gündüzləri anam, axşam da ya prodüserim, ya da qardaşım yanımda olurlar. Allahın köməkliyilə tezliklə ayağa qalxaram”.