JURNALİST XANIMIN TOYU OLDU
Tarix: 6-09-2012, 12:58 |
Çap et
MƏHSƏTİ ŞƏRİF TÜRKİYƏLİ İLƏ AİLƏ QURDU
Dünən ANS-in keçmiş aparıcısı, hazırda “Səs” internet televiziyasının “Xəbərlər” bölümünün baş redaktoru Məhsəti Şərifin toyu olub.
“Qafqazinfo”nun məlumatına görə, Türkiyə vətəndaşı Rəmzi Özyüreklə ailə həyatı quran jurnalistin toyu Bakı restoranlarının birində keçirilib. Türkiyədə isə sentyabrın 15-də nikah olacaq.
Qeyd edək ki, Məhsəti Şərifin həyat yoldaşı Türkiyənin özəl şirkətlərinin birində çalışır və jurnalist bundan sonra İstanbulda yaşayacaq.