19 DÖVLƏT QARABAĞ PROBLEMİNİN HƏLLİNƏ SOYUNUR
Tarix: 7-09-2012, 12:32 |
Çap et
ONLARIN SƏFƏRİ GÖZLƏNİLİR
ATƏT-ə üzv dövlətlərdən 19-nun qurumda daimi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edəcək.
ATƏT-in Bakıdakı ofisindən APA-ya verilən məlumata görə, səfirlərin Azərbaycana səfəri sentyabrın 10-11-nə planlaşdırılır.
Daimi nümayəndələr hökumət üzvləri, siyasi partiya və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcək. Səfərin məqsədi regionla yaxından tanış olmaq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaqdır.