SƏUDİYYƏ ƏRƏBİSTANI DA “QUŞDADI”
Tarix: 11-09-2012, 11:42 |
Çap et
"SAUDİ GAZETTE"DƏ RAMİL SƏFƏROV “CİNAYƏTKAR” ADLANDIRILDI
"Dağlıq Qarabağ münaqişəsində kimin haqlı, kimin haqsız olduğundan asılı olmayaraq Ramil Səfərov insan öldürüb. Azərbaycanlı zabitin törətdiyi cinayətə haqq qazandırmaq olmaz." FaktXeber.com-un verdiyi məlumata görə, bu fikirlər Səudiyyə Ərəbistanının "Saudi Gazette" nəşrində dərc edilib. Adını müsəlman qoyan ölkənin nəşr orqanı işğalçı Ermənitanın zabitini qətlə yetirmiş azərbaycanlı Ramil Səfərovu "cinayətkar" adlandıraraq, onun azadlığa çıxmasını qanunsuz sayıb.
Qeyd edək ki, vəhhabi əqidəsində olan qəzetdə həmçinin bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ramil Səfərovu əfv etməklə həm öz etibarını itirib, həm də dünya ictimaiyyətini aldadıb. "Heç kim Budapeştdə azərbaycanlı zabitin əfv edilməsini gözləmirdi. Soyuqqanlı şəkildə törədilən cinayətdə heç bir qəhrəmanlıq yoxdur. Azərbaycan xalqının Ramil Səfərovu qəhrəman kimi qarşılaması da düzgün deyil. Oxşar hadisə ermənilər tərəfindən həyata keçirilsəydi, onda azərbaycanlılar özünü necə hiss edərdi?",-deyə Səudiyyə Ərəbistanının "Saudi Gazette" nəşrində vurğulanıb.