DİNLƏR BMT TƏRƏFİNDƏN QORUNMALIDIR
Tarix: 16-09-2012, 11:03 |
Çap et
MİSİRDƏN BAN Kİ MUNA MƏKTUB ÜNVANLANDI
DİA.AZ: - Misirin Əl-Əzhər Universiteti Birləşmiş Millətlər Təşkilatından dinlərin müqəddəs simvollarına həqarət etmənin cinayət əməli kimi qəbul edilməsini təsdiqləyən bir qərarın çıxarılmasını tələb edib. Bu barədə DİA.AZ əcnəbi KİV-lərə istinadən xəbər verir.
BMT-nin rəhbəri Ban Ki Muna Məhəmməd peyğəmbəri təhqir edən filmlə əlaqədar məktub ünvanlayan Əzhər Şeyxi Əhməd Tayyib antiesmitizmin cinayət əməli kimi qəbul olunmasını təsdiqləən qərara bənzər bir qərarın verilməsini tələb edib.
«Dünyada sülhün qorunması BMT-nin bir nömrəli vəzifəsidir» deyən Tayyib məktubunda vurğulayıb ki, İslam dininin müqəddəs dəyərlərinin təhqir olunmasının qarşısının alınması məqsədilə belə bir qərar mütləq verilməlidir və günahkarlar cəzalandırılmalıdır.