GÖYGÖLDƏ ÖLÜM İŞİNİ KİMLƏR ÖRT-BASDIR EDİR?
Tarix: 16-09-2012, 11:55 | Çap et
OĞLUNU İTİRƏN BİÇARƏ ANA SON ÜMİD KİMİ ÖLKƏ BAŞÇISINA MÜRACİƏT ETDİ
"Oğlum bədbəxt hadisə nəticəsində ölməyib, onu qətlə yetiriblər"
DİA.AZ: - Əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan, hazırda Göygöl rayonunun Quşçu kəndində yaşayan Eyyubova Zeynəb İsmayıl qızı redaksiyamıza ünvanladığı müraciətində 5 ay bundan öncə faciəli şəkildə dünyasını dəyişmiş oğlu Toğrul Eyyubovun döyülərək öldürüldüyündən söhbət açır: "Oğlum Toğrul Gəncə Texniki Kollecində oxuyurdu. 29 aprel 2012-ci ildə axşam evdə olan zaman telefonuna mesaj gəldi. Oğlum mesajı oxuyub dedi ki, ana, Vəfadardı, (Vəfadar Orucov Z.Eyyubovanın ögey nəvəsidir - red) deyir Tiflisdən gəlmişəm, gəl görüşək.
Ertəsi gün səhər tezdən Toğrulu dərsə yola saldım. Ondan sonra bir daha oğlumun üzünü görmədim. Vəfadar yolda Toğrulla rastlaşıb. Onu dərsə getməyə qoymayıb, Gəncə çayının sahilinə aparıb. Orada "Çaybağı" adlanan ərizədə oğlumun bir neçə şəklini çəkib.
Vəfadar tək olmayıb. Vəfadarın yanındakılar Toğrulu ölüncəyə qədər döyüblər, sonra da Gəncə çayı üzərində quraşdırılmış platinaya atıblar.
"Nəvəm oğlumun qatillərini tanıyır"
Hadisədən bir müddət əvvəl Vəfadarın bacısı Vəfa oğluma zəng vurub, bir nəfər oğlanın onun dalınca düşdüyünü, əl çəkmədiyini, onu izlədiyini deyib. Toğruldan xahiş edib ki, dayı, gəl buna de, bir də dalımca gəlməsin, məni narahat etməsin. Toğrul da gedib həmin oğlanı tapıb, onunla mübahisə edib. Vəfanın arxasınca gələn oğlan kimdirsə, Toğrulun onunla mübahisəsi olub. Bir neçə gündən sonra isə bu hadisə baş verib. Vəfadar da, bacısı da hər şeyi bilirlər, amma demirlər. Çünki Vəfadar oğlumu bu məsələyə son qoymaq üçün çağırmışdı. Vəfadar oğlumu vurub çaya atanları yaxşı tanıyır, ancaq qorxusundan bu məsələni heç kimə açıb demir".
Məhkəmə qərarı
Eyyubovlar ailəsində yaşanan bu ağır faciə ilə bağlı Göygöl rayon prokurorluğunda müvafiq araşdırma aparılıb. Meyitin daxili və xarici müayinəsi keçirilib. Tibbi ekspertin rəyindən belə məlum olub ki, Toğrul Eyyubovun ölümünə səbəb mexaniki asfiksiya - suda batma olub. Zeynəb Eyyubova oğlunun ölümündə təqsirli hesab etdiyi Vəfadar Orucovun və başqalarının təqsiri sübuta yetirilməyib.
Göygöl rayon prokurorluğunda Toğrul Eyyubovun ölümünün cinayət hadisəsi olmadığı əsas gətirilərək cinayət işinin başlanması rədd edilib. Mərhumun anası həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət edib.
O, Göygöl rayon Məhkəməsində şikayətini müdafiə edərək göstərib ki, oğlu Toğrulun mexaniki asfiksiya, suda batma nəticəsində ölməsi ilə razılaşmır. Vəfadar Orucovun oğlunu aprel ayında çayın kənarına aparması, Toğrulun soyuq havada paltarını soyunub suya girməsi, Vəfadarın dediyi kimi əgər suda batmışsa, valideynlərinə vaxtında xəbər verməməsi, habelə oğlunun meyitinin üzərində xəsarətlərin olması onda Toğrulun öldürülməsi şübhəsini yaradır.
Şikayətçi ana məhkəmədən qərarın ləğv edilməsini və iş üzrə əlavə istintaq aparılması üçün materialın ibtidai araşdırmaya rəhbərliyi həyata keçirən prokurora qaytarmasını xahiş edib.
Amma Göygöl rayon Məhkəməsində Zeynəb Eyyubovanın şikayəti təmin edilməyib.
"Müstəntiq ölüm işini ört-basdır etmək istəyir"
Mərhumun anasının sözlərinə görə, müstəntiq ölüm işini ört-basdır etmək üçün xüsusi qərar çıxarıb: "Prokurorluğun müstəntiqi Rövşən Əhmədov heç SMS məsələsini də araşdırmadı. Müstəntiq müvafiq mobil operatoruna heç bir sorğu göndərmədi, Vəfanın izahatını almadı. Vəfadarın izahatı alınarkən isə bu məsələ ilə bağlı ona heç bir sual verilmədi. Rayon sakinləri oğlumun Vəfadarla və bir neçə nəfər həmyaşıdları ilə həmin gün mübahisə etdiyini görüblər. Oğlumla Vəfadarı digər şəxslərlə həmin yerdə görənlərdən izahat alınmadı. Şahidlərin izahatı alınmadan qeyri-obyektiv araşdırma aparılıb. Bununla sübut olunur ki, müstəntiq işin həqiqi və faktiki hallarına hüquqi qiymət vermədən, dolayısı ilə ölüm işini ört-basdır etmək niyyəti ilə belə bir qərar çıxarıb.
"Ekspert rəyi ilə razı deyiləm"
Mən məhkəmə tibbi ekspertin rəyi ilə də razı deyiləm. Məhkəmə tibbi ekspert mərhum oğlumda yaranan xəsarətlərin oğlumun çaya yıxılmamışdan qabaq yaranıb-yaranmamasına, həmin zədə və xəsarətlərin hansı yolla yaranmasına, daxili orqanların zədələnib-zədələnməməsinə öz rəyində hüquqi qiymət verməyib. Həmçinin müstəntiq tərəfindən tibbi ekspert qarşısına həmin məsələlərə tibbi qiymət verilməsi üçün suallar qoyulmayıb. Göstərdiklərim bir daha təsdiq edir ki, müstəntiq qeyri-obyektiv olmaqla kobud prosessual pozuntulara yol verərək qanunsuz qərar qəbul edib.
Müstəntiq R.Əhmədov qərarda cinayət hadisəsinin olmamasını heç nə ilə izah edə bilməyib. Qanuna müvafiq araşdırma aparmayaraq cinayət işinin başlanmasını rədd edib. Həmin qərardan narazı olduğuma görə Göygöl rayon Məhkəməsinə şikayət etmişdim və müstəntiqin qərarının ləğv edilərək həmin qərarın qanuniliyinin yoxlanılması və əlavə istintaqın aparılmasını məhkəmədən xahiş etmişdim. Lakin Göygöl rayon Məhkəməsi 7 avqust 2012-ci il tarixli qərarı ilə əsassız olaraq şikayətimi təmin etməyib. Müstəntiq araşdırma apararkən şikayət ərizəmdə göstərdiyim faktlar və dəlillər əsasında deyil, öz şəxsi mülahizələrinə əsaslanıb araşdırma aparmamaqla, hadisəyə səthi yanaşmaqla heç bir qanuni əsas olmadan cinayət hadisəsinin olmaması qənaətinə gəlib. İstintaqın hərtərəfli aparılmaması ilə razılaşa bilmirəm. Ona görə də iş üzrə əlavə istintaq aparılmasını xahiş edirəm.
Baş vermiş hadisə ciddi və ağır cinayət hadisəsidir və həmin cinayət hadisəsinin baş verdiyini əsaslandıran kifayət qədər sübutlar var. Mənim şikayətim üzrə araşdırma zamanı bir sıra prosessual normalara riayət edilməyib. Cinayətin açılması, işin hərtərəfli tam obyektiv araşdırılması üçün zəruri tədbirlər görməyib.
Göygöl rayon Məhkəməsi öz üzərinə düşən vəzifələri qərəzli şəkildə yerinə yetirməyərək qeyri-obyektiv şəkildə araşdırma aparıb.
"Oğlumun ölümünü bilərəkdən gizlədirlər"
Oğlumun meyiti yuyularkən başında küt alət zədəsi, çiyinlərində beli uzunu təpik izləri vardı. Düz bağırsağı 10-12 sm çölə çıxmış vəziyyətdə idi. Bu şəkillərdən də açıq-aydın görsənir. Mənim oğlumu dava-dalaş zəminində döyüb öldürüblər.
Oğlumun ölümünü bilərəkdən gizlədirlər. Bu cinayətin ört-basdır edilməsinə dözə bilmirəm. Oğlumun qatilinin tapılıb qanun qarşısında cavab verilməsini tələb edirəm.
Yeganə oğul övladım əgər suya düşüb boğulubsa, niyə vaxtında polisə məlumat verməyiblər? Hadisə 17:00 radələrində olubsa, niyə gecə saat 2-də məlumat verilib? Məqsəd işin üstünü ört-basdır etmək olub".
Prezidentə müraciət
Məlumat üçün onu da bildirək ki, 5 aydan bəri prokurorluq və məhkəmə qapılarında qalan Zeynəb Eyyubova Göygöl rayon Məhkəməsinin qərarından Gəncə Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi isə Göygöl rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Əli hər yandan üzülən biçarə ana ümidini ölkə başçısına bağlayıb. O, işin təkmili istintaqa qaytarılmasını, meyitin eksqumasiya olunmasını və oğlunun qatilinin tez bir zamanda istintaqa cəlb edilməsini xahiş edir: "Cənab Prezident! Bir ana kimi üzümü Sizə tutub yalvarıram. Oğlumun qanını yerdə qalmağa qoymayın!"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|