DÜNYA BANKININ EKSPERTLƏRİ BAKIDADIR
Tarix: 16-09-2012, 12:11 |
Çap et
RƏSMİ MÖVQE: “SƏFƏR İCMAL XARAKTERİ DAŞIYIR”
Dünya Bankının (DB) daşınmaz əmlakın qeydiyyatı layihəsi üzrə missiyası Azərbaycandadır. Bu barədə Trend-ə bankın Bakı nümayəndəliyindən bildiriblər.
"Səfər dünən başlayıb və sentyabrın 22-dək davam edəcək. Səfər icmal xarakteri daşıyır", - bankdan qeyd ediblər.
Missiya Əmlak Məsələləri Dövlət Komitəsində görüşlər keçirəcək.
Qeyd edək ki, layihənin DB-dən olan koordinatoru Geyvin Adlinqtondur.