MÜĞƏNNİ SAMİRƏ VƏTƏNƏ DÖNÜR
Tarix: 16-09-2012, 12:47 |
Çap et
ONUN SƏHNƏDƏN GETMƏSİ XƏBƏRLƏRİ YAYILIB
DİA.AZ: - Gənc müğənni Samirə Hüseyenova vətənə dönməyə hazırlaşır. Bildirək ki, qardaş Türkiyədə ailə həyatı quran Samirə uzun müddətdir ki, görünmür və bu da bəzi söz-söhbətlərin yayılmasına nədən olub.
DİA.AZ-a daxil olan informasiyalara görə, Türkiyədə iş adamlarından biri ilə ailə həyatı quran Samirə birdəfəlik olaraq sənəti tərk edib və hətta ona oxuma yasağı da qoyulub.
Bu məlumatımızı dəqiqləşdirə bilməyimiz üçün gənc müğənninin yaxınları ilə əlaqə saxladıq və onlar Samirənin sənətdən ayrılması ilə bağlı deyilənləri təkzib etməklə yanaşı, onun yaxın günlərdə Bakıda olacağını da bildirdilər.