ERMƏNİYƏ SİLAH SATAN NAZİRİN “TÖVBƏSİ”
Tarix: 17-09-2012, 10:33 |
Çap et
SALAMATİN İNDİ AZƏRBAYCANLA DANIŞIQ APARIR
Azərbaycanın və Ukraynanın müdafiə nazirləri Səfər Əbiyevlə Dmitri Salamatinin görüşündə müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub.
APA-nın Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş D. Salamatinin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub. Nazirlər regional təhlükəsizlik məsələləri və S. Əbiyevin Ukraynaya nəzərdə tutulan rəsmi səfərini də müzakirə ediblər.
DİA.AZ bildirir ki, Salamatinin idarəsinin bu günlərdə Ermənistana böyük silah partiyası satması faktı ifşa olunmuşdu. Odur ki, son məlumatı ukraynalı nazirin “tövbəsi” kimi də qəbul etmək olar...