ƏRDOĞANDAN QƏRBƏ SƏRT MESAJ
Tarix: 17-09-2012, 10:48 |
Çap et
“İSLAMOFOBİYA İNSANLIĞA QARŞI GÜNAHDIR”
"Qərb hələ də islamofobiyanı insanlığa qarşı günah olaraq görmür".
SalamNews-un “Zaman”a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
O, Sarayevodan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Türkiyənin antisemitizmi cinayət olaraq qəbul etdiyini vurğulayan baş nazir deyib: “İnsanların müqəddəslərinə hücumların tənzim edilməsi mövzusunda beynəlxalq və milli səviyyədə tədbirlər görülməlidir. Sentyabrın 25-də BMT-dəki çıxışımda İslam dünyasının reaksiyasına səbəb olan filmlə bağlı vacib ismarıclar verəcəm”.