İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                     Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik .....                     "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" .....                     Dövlətin dərmanları qara yollarla apteklərə verilir .....                 

OĞURLAYIRLAR - QORXMADAN VƏ ÇƏKİNMƏDƏN!..
Tarix: 20-09-2012, 08:37 | Çap et
OĞURLAYIRLAR - QORXMADAN VƏ ÇƏKİNMƏDƏN!..

TƏHSİLİMİZ ÜZƏRİNDƏ “PLAGİAT” KABUSU

Qarşımda Rusiyanın “Avanta+” nəşriyyatının 2003-cü ildə “Uşaqlar üçün ensiklopediya” seriyasından çap etdiyi bir kitab var: “Matematika” ensiklopediyası. Yüksək zövq və professionallıqla işlənmiş bir nəşrdir. Onu orta məktəb şagirdlərinin stolüstü kitabı da hesab etmək olar. Hər şeyi yerli-yerində, ən başlıcası isə ensklopediya tərtibi prinsiplərinə tam cavab verir. Görünən odur ki, nəşriyyat 688 səhifəlik iriformatlı bu kitabı ərsəyə gətirmək üçün böyük həcmdə maddi və elmi-pedaqoji resurslardan istifadə edib. Kitabın ərsəyə gəlməsi üçün işə yüzlərlə mütəxəssis cəlb olunub. Başqa cür düşünmək də olmaz, çünki belə kitablar bir-iki nəfərin yox, çoxlu sayda mütəxəssisin birgə əməyinin məhsulu kimi yaranıb ortaya çıxır...
Budur, qarşımda başqa bir ensklopediya da var: Respublikamızın “Çaşıoğlu” nəşriyyatında 2011-ci ildə işıq üzü görmüş “Riyaziyyat ensiklopediyası”. “Məktəbli kitabxanası” seriyasından iki cilddə buraxılmış bu ensklopediyanın, Rusiya ensiklopediyasından fərqli olaraq, bəzi “özəllikləri” var. Belə ki, bunu böyük bir kollektiv yox, cəmi iki nəfər “ərsəyə” gətirib: fizika, riyaziyyat və informatika təmayüllü liseyin müəllimləri İlham Hüseynov və Məhəmməd Kərimov. Ərsəyə gətirib demək də düz çıxmır, daha doğrusu, bu adamlar rusların yuxarıda adıçəkilən ensklopediyasını dədə-baba malı kimi tamam-kamal (?!) tərcümə edərək öz adlarına çıxıblar. Dəhşətin dərəcəsinə baxın, onlar vicdanları ağrımadan, nə köçürdükləri mənbənin, nə “Avanta+” nəşriyyatının, nə də ki, kitabın içərisindəki məqalə müəlliflərinin adlarını öz “ensiklopediyalarının” bir yerində belə göstərməyiblər. Belə çıxır, bu “əsər” bütövlükdə onların əməyinin məhsuludur. Üzdəniraq “ensiklopediyaçıların” gözləri o dərəcədə qızışıb ki, hətta onlar mənbənin ikinci səhifəsindəki “oğurlayanlar hüquqi məsuliyyət daşıyır” xəbərdarlığını da “görməyiblər”. Faciənin digər, həm də ən dəhşətli tərəfi isə odur ki, bu oğurluq ensiklopediya, nə az, nə çox, düz 70 min nüsxə tirajla (iki cild birlikdə) od qiymətinə dövlət vəsaiti hesabına çap olunaraq məktəb kitabxanalarına paylanılıb. Deməli, Azərbaycan dövləti Təhsil Nazirliyinin simasında kitab oğurluğuna ortaq edilib. Yəqin ki, sabah “Avanta+” ölkəmizi məhkəməyə verib dəyən ziyanı asanlıqla ala biləcək. Nəyə və necə etiraz edəcəyik? Kor kor, gör gör, oğurluq ortadadır...
İndi yəqin hörmətli oxucular gözləyir ki, mən hər iki kitabdan sitatlar gətirib tutuşdurmaqla müqayisələr aparacaq və bu oğurluğu əyani surətdə nümayiş etdirəcəm. Mənə elə gəlir buna ehtiyac yoxdur, məsələ sitatdan, səhifədən, fəsildən keçib: Demək olar, kitab “köklü-köməcli” yağmalanıb! Ona görə də söhbətimin istiqamətini bir az başqa səmtə yönəltmək istərdim.
Diqqətli oxucuların yadından çıxmamış olar, bir neçə ay öncə “Azadlıq”da “Təhsilimizdə görünməmiş biabırçılıqlar” başlıqlı yazı ilə çıxış etmişdim. Yazıda qosqoca ali məktəblərimizdən birində çalışan professorun moskvalı alimin kitabını necə oğurlayıb öz adına çap etdirməsindən bəhs etmişdim. Bildirmişdim ki, nazir Mərdanov ondan əvvəl bu oğurluğun “izinə düşübmüş”. Daha doğrusu, professor Nurəddin Kazımovun təkidli tələblərindən sonra Mərdanov Müəllif Hüququları Agentliyinə (MHA) müraciət edərək əməkdaşının oğurluq eləyib-eləmədiyini araşdırmasıını istəyibmiş. Agentlik də rəsmi cavab veribmiş ki, “cənab nazir, kitab plagiatdır”. İşçisinin doğrudan da oğruluğuna rəsmən əmin olduqdan sonra gözünə döndüyüm Misir müəllim də bilirsinizmi nə “tədbir” qılıb? – Heç nə, həmin professora əməkdar elm xadimi adı verdirib...
Başqa bir misal. Bu ilin iyununda “Yeni Müsavat”da “Təhsilimizdə “plagiat” xəstəliyi” başlıqlı başqa bir yazım dərc olundu. O da oğurluqdan bəhs edirdi. Amma budəfəki oğrulardan biri Misir müəllimin yaxın çevrəsində olan adam – nazirlikdə məsul vəzifə tutan xanım, digəri isə fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktoru idi. Əlqərəz, bu adamlar əlbir olub rus alimi M.Çelışkovanın “Teoriya i praktika konstruirovaniya pedaqoqiçeskix testov” kitabını yağmalayaraq öz adlarına çıxmışdılar. Ən qəribəsi də o idi ki, filoloq ixtisaslı xanımın oğurladığı kitab riyazi statistika və ehtimal nəzəriyyəsinə (?!) aid idi. Yəni şeytanın yatıb yuxusuna girmədiyi oğurluq! Elə bilirsiniz Misir müəllim oğruları çağırıb danladı? Bunu ağlınıza da gətirməyin, onlar nazirlərindən elə üz gördülər ki, hətta televiziya ekranına çıxıb heç bir mənəvi diskomfort keçirmədən dedilər: Doğrudur oğurluqdur, amma...

OĞURLAYIRLAR - QORXMADAN VƏ ÇƏKİNMƏDƏN!..
OĞURLAYIRLAR - QORXMADAN VƏ ÇƏKİNMƏDƏN!..

Amması budur ki, xanım müəllif kitabın oğurluq olduğunu etiraf etdi, amma bu işdə əli olmadığını bildirdi: “Adımın kitabın müəllifləri siyahısına düşməsini təsadüfi saymıram. 198 səhifəlik kitabın 3 səhifəlik giriş hissəsini və sonda 8 səhifəlik sahə terminləri lüğətini mən hazırlamışam. Bu işdə heç bir təmənnam olmasa da kitab çapa verilərkən həmkarım əməyimi qiymətləndirmək məqsədilə məni də müəllif kimi təqdim edib. Eyni zamanda, ədalət naminə (?!) onu da qeyd edim ki, kitabın plagiatlıqda ittiham olunan hissəsi, məhz riyazi düstur və təhlillər olan hissəsidir ki, o da o biri müəllif tərəfindən işlənilib”. (İnternetdə izlə: YouTube, “Plagiatlıq”)
Dəyərli oxucular, diqqət yetirdinizmi bu xanım öz “müəllif” həmkarını bir saniyənin içərisində necə baqaja qoydu. Nə qədər ki, plagiatlıq üzə çıxmamışdı, yəqin ki, o, sinəsinə döyərək “mənim belə kitabım var” – deyirdi. Elə ki, iş bərkə düşdü, az qaldı deyə ki, adımı xəbərim olmadan kitaba yazıblar. Bu xanım deyir: “Kitabın 3 səhifəlik giriş hissəsini mən yazmışam”. Ayıbdır, vallah ayıbdır! Ondan soruşuram: Bir adam ki, kitabın içərisindən bir şey anlamaya o, necə ön söz yaza bilər? Hələ də ona əyan deyil ki, ön sözü kitabın məzmunundan az-çox başı çıxan adam yaza bilər! Onun “kitabın sonundakı 8 səhifəlik sahə terminləri lüğətini yazması” iddiası isə lap gülünc görünür. Belə ki, burada elə terminlərdən söhbət gedir ki, onlar ehtımal nəzəriyyəsi və riyazi statistikanın dar bir sahəsinə aid olmaqla, son zamanların terminləridir. Onları respublikamızda bir əlin barmaqlarının sayı qədər mütəxəssis bilə bilməyə, Allah bilir, o ki, qala hansısa filoloq. Maraqlı olacağını nəzərə alaraq həmin terminlərdən bir neçəsini oxucuların nəzərinə çatdırıram: çiy bal, stanayn, sten, T-göstərici, Z-göstərici, konstrukt validlik, proqnostik validlik, dixotomik korrelyasiya əmsalı, Spirmenin ranq korrelyasiyası, nöqtəvi-biserial korrelyasiya, Kronbax etibarlılıq əmsalı, Küder-Riçardson-20 düsturu, prosentil ekvivalenti, reprezentativlik, j-korrelyasiya əmsalı və s. Dəyərli oxucular, mətbuat vasitəsilə elan edirəm: Əgər həmin filoloq xanım bir ilə bu terminlərdən bircəciyini öyrənib izah edə bilsə, bundan sonra əlimə qələm almayacam! Mənə elə gəlir, onun səmimi şəkildə: “kitabın çapından xəbərim yoxdur” deməsi daha yaxşı idi, nəinki özündən ağ yalanlar uydurması...
O biri müəllifinsə öz oğurluğuna münasibəti belə oldu: “Kitab Əlövsət Osmanlının iddia etdiyi kimi yüz faiz oğurluq deyil, yarımplagiatdır. Çünki kitabda mənim də müəyyən əməyim var. Hamı müxtəlif mənbələrdən köçürür, izi elə azdırırlar ki, bilən olmur. Mən sadəcə olaraq, burada nə var həmin ardıcıllıqla eləmişəm, çünki o adam (professor M.Çelışkovanı nəzərdə tutur – Ə.O.) orada yeni heç nə eləməyib”. (İnternetdə izlə: Yenə orada). Hətta çıxışının başqa bir yerində o, belə deyib: “Ağdamdakı müəllimin nə vecinədir, kitabın müəllifi kimdir, ona vəsait lazımdır, götürüb oxusun!” Fikir verirsinizmi, nə qədər rüsvayçı haldır. Üzdəniraq müəllifin deməyindən belə çıxır ki, oğru evdəki əşyaların bir qismini oğurlayıbsa, onun bu əməli “oğurluq” kimi yox, “yarımoğurluq” kimi qiymətləndirilməlidir. Digər tərəfdən, o, M.Çelışkovanın adıçəkilən kitabının da haradansa oğurlandığını iddia edir. Əvvəla, mənbəni göstərmədiyinə görə bu iddianın heç bir əsası yoxdur. İkincisi isə görünür, yağmaçı müəllif bu yolla öz oğurluğuna haqq qazandırmaq istəyir, bir el məsəlində deyildiyi kimi: “oğrudan oğruya halaldır”. Onun məntiqinin gülünclüyünə diqqət yetirin: müəllfin oğru olub-olmamasının müəllim üçün heç bir əhəmiyyəti yoxdur, əsas odur ki, oxumağa vəsait olsun!...
Qurani-Kərimdə deyilir: “Etdikləri əməlin müqabilində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin!”. (Maidə surəsi, 38-ci ayə). El arasında isə belə bir deyim var: “Oğrunun yeri məhbəsdir”. Əlbəttə, mən oğru-plagiatların əllərinin kəsilməsinin və ya zindana atılmasının tərəfdarı deyiləm. Amma onu da qəbul edə bilmərəm ki, bu yağmaçılar Təhsil Nazirliyi kimi strateji əhəmiyyət daşıyan bir qurumun çatısı altına toplaşıb bildiklərini eləsinlər. Misir müəllim də ekspertlərin acığına desin: “Onların yeri mənim ətrafımdır. Siz tənqid etməyinizdə olun, mən də onları mükafatlandırmaqda”...
Əziz oxucular, oğurlayırlar, özü də heç bir abır-həya hissi keçirmədən, qorxmadan və çəkinmədən oğurlayırlar! Kimdən qorxacaqlar, kimdən çəkinəcəklər?! Əllərinə vuran, dur deyənmi var?! Yəqin ki, eşitmisiniz, bir neçə gün öncə MHA plagiat əsərlərin statistikasını açıqladı: “Hesabat dövrü ərzində 30 nəşrin plagiat olması aşkarlanıb. Onlardan 6-sı elmi əsər, 5-i ədəbi əsər, 2-si lüğət, 1-i ensiklopediya, 1 fakt mətbuatla əlaqədardır. Qalanları isə ali və orta məktəb dərsliyi, dərs vəsaiti və metodik vəsaitdir. Ümumilikdə, plagiat dərsliklərin 95 faizini ali məktəb dərslikləri təşkil edir”. Bu, hələ haqqında agentliyə məlumat daxil olan və üzərində araşdırma aparılan nəşrlərdir...
İndi biz ağzını açanda doğruluqdan, düzlükdən, halallıqdan danışan təhsil nazirindən, eləcə də onun dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıdan soruşmalı deyilikmi ki, bu oğurluq dərsliklərə, dərs vəsaitlərinə necə qrif vermisiniz? Dövlətin sizə etibar elədiyi belə bir məsul işi niyə oyuncağa, Azərbaycan xalqının və dövlətinin oğrular siyahısına salınması üçün vasitəyə çevirmisiniz? Məqsədiniz nədir?
Misir müəllim də, Şahbazlı da “dərsliklərimiz qüsurludur” deyən mütəxəssislərin ağzından vurur, “biz dərslik işinə qarışmırıq, müstəqil (?!) Dərslikləri Qiymətləndirmə Şurası (DQŞ) var, bütün şikayətlərinizi ora bildirin” – deyirlər. Tutalım, doğrudan da belədir. Bəs onda MHA kimi ciddi dövlət qurumunun yaydığı məlumatda adıçəkilən ali məktəb dərslikləri necə? Onları ki, DQŞ yox, nazirliyin Elmi-Metodik Şurasının müvafiq bölmələri təsdiq edib. Həmin dərsliklərin müəlliflərini, rəyçilərini, redaktorlarını, naşirlərini niyə bir yerə yığıb bu biabırçılığa son qoymaq istəmirlər? Bunu ki, nazirlikdən “incik” ekspertlər demirlər?!

Sözardı...

Bəli, əziz oxucular! Gördüyünüz kimi, təhsilimizin başı üzərində bir kabus dolaşmaqdadır: “Plagiat” kabusu. Gəlin bu utancverici duruma qarşı elliklə təpki göstərək. Bəlkə ictimai qınaq yolu ilə “plagiat” bəlasından qurtula bildik!

Əlövsət Osmanlı,
riyaziyyat üzrə fəlsəfə doktoru









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19
Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18
Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16
Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru