BARAK OBAMA YENİDƏN PREZİDENT OLACAQ
Tarix: 20-09-2012, 09:31 |
Çap et
ONUN ŞANSLARININ YÜKSƏK OLDUĞU MƏLUM OLUR
DİA.AZ: - Əgər bu gün seçkilər keçirilərsə, ABŞ-ın hazırki prezidenti Barak Hüseyn Obamanın qələbəsi şəkksizdir. DİA.AZ-ın əcnəbi KİV-lərə istinadən verdiyi xəbərdən aydın olur ki, Amerikadakı 6 noyabr seçkiləri ilə əlaqədar həyata keçirilən sorğu kampaniyasının son anketlərinin nəticələrindən də aydın olur ki, Obama özünün əsas rəqibi hesab olunan Respublikaçılar Partiyasının namizədi Mitt Romnini ciddi şəkildə qabaqlayır.
Bildirək ki, Amerika seçki sisteminə görə hansısa namizədin bütün ölkə miqyasında səs çoxluğu əldə etməsi önəm daşımır. Önəmli olanı ştatlardan qazanılan nümayəndə sayısının rəqiblərdən üstün olmasıdır.
Onu da bildirək ki, Obama ən kritik ştatlar hesab olunan Virciniya, Kolorado və Visconsində də öndədir və onun ümumi reytinq faizi ölkə miqyası üçün artıq 47 faizə yetişib.