KEÇMİŞ PREZİDENTLƏR PULLARINI NECƏ ALACAQ?
Tarix: 20-09-2012, 10:23 |
Çap et
MEXANİZM ARTIQ MÜƏYYƏNLƏŞİB
Nazirlər Kabineti “Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişikliklər edib.
Lent.az-ın verdiyi məlumata görə, qərar “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 376-IVKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 iyun tarixli 664 nömrəli fərmanının icrasını təmin etmək məqsədi ilə verilib.
“Büdcə xərclərinin funksional təsnifatı”nın “Digər sosial təminat tədbirləri” paraqrafına “Azərbaycan Respublikasının keçmiş Prezidentinə, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan ailə üzvlərinə verilən təminatlar” sözləri əlavə edilib.
Qərara əsasən, Azərbaycan Respublikasının keçmiş Prezidentinə, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan ailə üzvlərinə verilən təminatlar təqaüdlər və sosial müavinətlərə daxildir.