AFAQ BƏŞİRQIZI ÜRƏYİNDƏN ƏMƏLİYYAT OLUNACAQ
Tarix: 25-09-2012, 10:47 |
Çap et
XALQ ARTİSTİ HƏLƏ DƏ REANİMASİYADADIR
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, xalq artisti Afaq Bəşirqızı sabah əməliyyat olunacaq. Bu barədə məlumatı Lent.az-a açıqlamasında xalq artistinin oğlu Səmral Təhməzov deyib.
Onun sözlərinə görə, xalq artisti sabah ürək-damar sistemindən əməliyyata alınacaq. Xalq artistinin hələ də reanimasiyada olduğunu söyləyən Səmral bildirib ki, Afaq xanımın vəziyyəti yaxşılığa doğru dəyişib.
Qeyd edək ki, aktrisa sentyabrın 23-də “Yeddi məhbusə anası” tamaşasında oynadıqdan sonra halı pisləşib. Daha sonra xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.