AZƏRBAYCAN TÜRKCƏSİ GÜRCÜSTANDA 2-Cİ DÖVLƏT DİLİ OLUR
Tarix: 25-09-2012, 10:52 |
Çap et
İLK ADDIM...
Gürcüstan MSK səsvermə üçün bülletenlərin Azərbaycan dilində də çap edilməsinə başlayıb
Gürcüstan MSK oktyabrın 1-də keçiriləcək parlament seçkiləri üzrə səsvermə üçün bülletenlərin çap edilməsinə başlayıb.
Trend-in məlumatına görə, MSK-nın mətbuat katibi Eka Azaraşvili jurnalistlərə bildirib ki, bülletenlər sentyabrın 23-dən çap olunmağa başlayıb və bu proses yaxın günlərdə başa çatacaq.
Onun sözlərinə görə, bülletenlər gürcü dili ilə yanaşı, Azərbaycan və erməni dillərində də çap edilir.
Bülletenlərin çap edilməsi prosesi bir neçə QHT və müşahidəçi təşkilatlar tərəfindən izlənilir.