İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) 10 gün aralıqla təxminən iki eyni məzmunlu tender keçirərək, onların ikisini də eyni şirkətə verib. Tribunainfo.az xəbər verir ki, söhbət “360 dərəcə marketinq – Media yerləşdirilməsi xidmətlərinin satın alınması” və “Tədbirlərin təşkili xidmətlərinin satın alınması” tenderlərindənm gedir. Qeyd edək ki, hər iki tenderin qalibi “ELVİ.M.M. SERVİCES GROUP” MMC olub. Birinci tender üzrə MMC ilə 1.844.192,5 manatlıq müqavilə imzalanıb. Həmin müqaviləyə əsasən sözügedən şirkət ATV, Xəzər, İTV, ARB, Space, AZTV kimi televiziya kanallarında rəqəmsal hökumət fəaliyyəti çərçivəsində məlumatların yerləşdirilməsini həyata keçirməlidir. Bu ilin 12 noyabrında reallaşmış və “Elvi.M.M. Services Group” MMC-nin qalibi olduğu tender üzrə isə 912 449 manatlıq müqavilə bağlanılıb. Bu da 10 gün içində eyni şirkətlə toplam 3 milyon manata yaxın məbləğli müqavilə deməkdir. Bəs, bu şirkət kimindir, daha hansı tenderlərin qalibi olub? Tribunainfo.az-ın “Elvi.M.M. Services Group” MMC ilə bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, bu şirkəti “tender kralı” hesab etmək olar. Həmçinin bu şirkəti Sabirabadda yol çəkən, Bakıda bina tikən, Gədəbəydə yaşıllaşdırma işi görmək də mümkündür. Bir sözlə, hər işlə məşğul olan çoxprofilli şirkətdir. Məsələn, MMC ötən il Sabirabad şəhərində abadlıq işlərinin aparılması tenderinin qalibi olub. Bunun üçün 261 791 manat pul alıb. İndi isə başqa bir maraqlı məsələyə diqqət edək. Tribunainfo.az açıq mənbələrdən müəyyən edib ki, “Elvi.M.M. Services Group” MMC “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC və “İS.M.M.” eyni adamlara məxsusdur. Belə ki, “RASH.M.M.TRADE AND SERVICES-2020” (VÖEN 1303449481) MMC 26.11.2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 406 939.00 manat olan şirkətin hüquqi ünvanı BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 115-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin reyestrinə edilən dəyişiklikliklərdə MMC -nin ilk adı “RESHAD MME”, ilk hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MEHMAN BÜNYADZADƏ, ev 251, mənzil 63 olduğu göstərilir. MMC-yə ayrı ayrı vaxtlarda bir neçə nəfər rəhbərlik edib. İlk qanuni təmsilçisi Sadıqov Ceyhun İsmayıl oğlu olub. Daha sonra Əliyev İsgəndər İsrafil oğlu, İsgəndərov Coşqun Fəxrəddin oğlu, İsgəndərova Şəhanə Əbülfət qızı MMC-yə müxtəlif vaxtlarda rəhbərlik ediblər. Xudiyev Nadir Bilman oğlu həm də “İS.M.M.” (VÖEN 1400006201) Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İS.M.M.” MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin ilk qanuni təmsilçisi Xudiyeva Mürvət Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqov 2023-cü ilə qədər “İS.M.M.” “MMC-ni təmsil edib. “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-nin digər qanuni təmsilçisi olmuş İsgəndərov Coşqun Fəxrəddin oğlu isə “ELVİ.M.M. SERVİCES GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELVİ.M.M. SERVİCES GROUP” (VÖEN 1403580041) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.11.2016-cı ildə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Nizamnamə kapitalı 834 127.00 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZADLIQ PR., ev 70, m. 168-də yerləşir. Bu MMC-nin ilk qanuni təmsilçisi və yaxud təisçisi Həsənov Ülvi Dilqəm oğlu olmuşdur. O, Yevlax rayonunda anadan olmuşdur. 2003-cü ildə Qafqaz Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə; Biznesin təşkili və idarəedilməsi fakültələrini bitirmişdir. Sərbəst auditor kimi fəaliyyətə başlamışdır. “Financial Academy Audit and Consulting” MMC-nin direktor-auditoru kimi fəaliyyətini davam etdirir. MMC-nin ilk hüquqi ünvanı 22-ci ilin yanvarına qədər BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ALI MUSTAFAYEV 3 MKR, ev 11, mənzil 92, həmin tarixdən 23-cü ilin dekabrına qədər BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, NİZAMİ, ev 115 olmuşdur. Hansı ki, bu ünvanda “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC-də yerləşir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Bu gün, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Bu gün, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Bu gün, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Bu gün, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Bu gün, 16:25 |
|
|
|
• Trampın Qarabağla bağlı dedikləri... - “İşə başladıqdan sonra...”
Bu gün, 16:21 |
|
|
|
• Türkiyə ilə sərhədimizdə yük maşınları niyə gözləyir?
Bu gün, 16:18 |
|
|
|
• Xırdalanın abadlaşdırılması 2 milyon manata – BAŞA GƏLƏCƏK
Bu gün, 16:10 |
|
|
|
• “2 gün mən, 2 gün də saxta həkimlər...” - Qənirə Ataşova açıqladı
Bu gün, 16:06 |
|
|
|
• NZS və Keşlənin sökülməsi Qiyamətə qalır? – “Dövlətin maliyyə imkanı yoxdur”
Bu gün, 16:05 |
|
|
|
• Rusiya ABŞ-yə cavab olaraq Asiyada orta və qısa mənzilli raketlər yerləşdirə bilər
Bu gün, 16:03 |
|
|
|
• Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - İcazə verin şübhələnək...
Bu gün, 15:39 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinə HÖKM OXUNUB
Bu gün, 15:38 |
|
|
|
• Aptek müdirinin işçini DÖYMƏ BƏHANƏSİ... - TƏFƏRRÜAT
Bu gün, 15:35 |
|
|
|
• Vilyam Hacıyevə hər ay 3 min AZN ödəyən rəis işdən çıxarıldı - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı - NONSENS MƏHKƏMƏ BAŞLAYIR!
Bu gün, 15:25 |
|
|
|
• Hərbi pilotların peşəkarlığı artırılır - VİDEO
Bu gün, 15:22 |
|
|
|
• Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir - Siyavuş Novruzov
Bu gün, 15:21 |
|
|
|
• Nazirlik Boradigah məktəblilərinə QURU VƏD VERDİ... - "Növbəti illərin dövlət investisiya proqramı çərçivəsində..."
Bu gün, 15:18 |
|
|
|
• Respublika Perinatal Mərkəzində 7 uşağın ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə prosesi təxirə salınıb
Bu gün, 15:14 |
|
|
|
• Bahalı maşınlarınızı satın... işçiyə TEXNİKA ALIN! - ÇAĞIRIŞ
Bu gün, 15:12 |
|
|
|
• Mətləb Bağırovun işi ilə bağlı məhkəmədə xarici kuryer dindirilib - TƏFƏRRÜAT
Bu gün, 15:04 |
|
|
|
• Ermənistanda xarici borcun azalması deyil, artması gözlənilir
Bu gün, 14:02 |
|
|
|
• Mənfur plan: fantaziya ilə həqiqətin toqquşması - ƏSLİNDƏ...
Bu gün, 14:00 |
|
|
|
• TƏBİB-ə 4 zərbə birdən: 303 minlik tender ləğv edilib - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Rusiya dibə yuvarlanır? - Müharibə bitməsə...
Bu gün, 13:21 |
|
|
|
• Qərbi Azərbaycan sadəcə hazırkı Ermənistandan ibarət deyil - REAKSİYA
Bu gün, 13:17 |
|
|
|
• Fransa səfirinin Qərbi Azərbaycan təxribatı nəyə hesablanıb? - FOTO
Bu gün, 13:10 |
|
|
|
• Bakının COP29 TÖHFƏSİ... - ŞƏRH
Bu gün, 13:05 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 13:01 |
|
|
|
• “Kənd Təsərrüfatı və Yeyinti Sənayesi Nazirliyində işləmişəm, - paxıllığımı çəkənlər çoxdur”
Bu gün, 12:57 |
|
|
|
• Cavid Qurbanovdan KƏLBƏCƏR AÇIQLAMASI - "...səbirsizliklə gözləyirlər"
Bu gün, 12:54 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müəmmalı addımı - 10 gündə bir şirkətə 3 milyonluq iki tender...
Bu gün, 12:50 |
|
|
|
• Şərur camaatı Fuad Nəcəflidən NARAZIDIR - ETİRAZA HAZIRLAŞIRLAR
Bu gün, 12:44 |
|
|
|
• “Başqa xalqların mahnılarını sırıyırlar” - ETİRAZ
Bu gün, 12:39 |
|
|
|
• İrəvan geri çəkildi: Missiya sərhəddən çıxarılır - GƏLİŞMƏ
Bu gün, 12:37 |
|
|
|
• Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat - ƏMR
Bu gün, 12:35 |
|
|
|
• Şuşa RMX-nin mebel və inventarla təchizatı 2,3 milyon manata başa gələcək
Bu gün, 12:33 |
|
|
|
• Samirə Bayramovanın Ermənistana girişinə icazə verilməyib - ermənipərəst olsa belə...
Bu gün, 12:25 |
|
|
|
• Uşaqpulu buna görə verilmir - AÇIQLAMA
Bu gün, 12:22 |
|
|
|
• Azərbaycan-İran xüsusi təyinatlılarının "Araz - 2024" birgə taktiki təlimi keçirilir
Bu gün, 12:20 |
|
|
|
• Ermənistanın hərbi xərclərini 70 % artırması militarist büdcənin bariz nümunəsidir - Milli Məclisin komitə sədri
Bu gün, 11:43 |
|
|
|
• ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: - Spirtli içkilər sertifikatlı olmalıdır
Bu gün, 11:27 |
|
|
|
• Baboşun fanatının başı dərddə - Saxta spirt istehsal edib külli miqdarda vergi borcu yaranıb
Bu gün, 11:20 |
|
|
|
• Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
Bu gün, 11:16 |
|
|
|
• Ali Məhkəmə təhqir və böhtana məruz qalan şəxsin hansı məhkəməyə müraciət edə biləcəyinə aydınlıq gətirib - DETALLAR
Bu gün, 11:08 |
|
|
|
• Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb - DİQQƏT
Bu gün, 11:06 |
|
|
|
• Milli Məclisin plenar iclası başlayıb, gələn ilin büdcəsi müzakirə olunacaq
Bu gün, 11:05 |
|
|
|
• Mirdamət Seyidov Bakı şəhərində kəsilən ağacları yenə “yaşıllaşdırır” - İLGİNC FAKTLAR...
Bu gün, 11:04 |
|
|
|
|