Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu .....                     Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən .....                     İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ .....                     AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək .....                     "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb" .....                     ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır .....                     Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? .....                     Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? .....                     Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? .....                     Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib .....                     "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" .....                     Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi .....                     AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi .....                     Bu dövlət qurumu ləğv edilir .....                     Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                     Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ .....                     Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... .....                     ABŞ dərdimizə ŞƏRİK OLDU .....                     Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR .....                     Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib .....                     AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub .....                     AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb .....                     TƏYYARƏMİZİ RUSLAR VURUB! .....                     Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı .....                     Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI .....                     Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına .....                     "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb .....                     "Canlarını qoymağa yer tapmırlar dünəndən..." .....                     Paşinyan Bakıya başsağlığı verdi .....                     Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? .....                     Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib .....                     Kanal kimin olacaq? .....                     Direktor şagirdi formaya görə cəzalandıra bilər? .....                     BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb .....                     "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" .....                     Balaəli məhkəməyə verildi .....                     Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib .....                     “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” .....                     Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? .....                     "Ekipaj üzvləri əllərindən gələni etdilər" .....                 

Trampın eks-köməkçisi Putin haqda elə şey dedi ki... - Azərbaycana da təhdid, yoxsa...
Tarix: 7-12-2024, 09:35 | Çap et
Trampın eks-köməkçisi Putin haqda elə şey dedi ki...
“Trampın prezidentliyi Qərb və Ukrayna üçün yaxşı heç nə vəd etmir”. Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi, Birləşmiş Ştatların BMT-dəki sabiq nümayəndəsi, Tramp dönəmində istefa vermiş Con Bolton deyib.

Boltona görə, Trampın andiçməsindən (20 yanvar) sonra Kiyevə yardım azalacaq, Rusiya ilə danışıqlar sürətləcənək. O, Avropanın da Ukraynaya yardımının azalacağını söyləyib. “Çünki Avropa Birliyinin özü Rusiya ilə kommersiya əlaqələrini yeniləməyə çalışır”, - deyə Bolton sözünə davam edib.

Onun sözlərinə görə, Bayden Ukraynaya üç illik yardım proqramının reallaşdırmasını gecikdirərək ABŞ-ın maraqlarını təhdid altında qoyub: “Tramp dövründə əldə olunacaq sülh razılığı isə müvəqqəti olacaq”.

Bolton Putinin imperiyası tam bərpa olana qədər dayanmayacağını da söyləyib.

Trampın sabiq kadrı haqlıdırmı? Söhbət hansı imperiyadan gedir? Rusiya doğrudanmı “SSRİ-2" qurmaq istəyir? Belə planların Azərbaycana yaxın-uzaq təsirləri varmı?

Xatırladaq ki, Trampın birinci prezidentliyi dövründə Bakı və İrəvana səfər edən Con Bolton Ermənistanı Rusiya orbitindən uzaqlaşmaq üçün Azərbaycan və Türkiyə ilə əlaqələri təcili normallaşdırmağa çağırmışdı.

Milli Məclisin deputatı Azər Badamov Boltonun “SSRİ 2" barədə dediklərini reallıdan tam uzaq sayır: ”Tramp seçki qabağı kampaniyası zamanı prezidentlik səlahiyyətlərinə malik olandan dərhal sonra Rusiya-Ukrayna müharibəsini dayandıracağına söz vermişdi. Bayden hakimiyyəti Ukrayna müharibəsinin dərinləşməsinıə gətirib çıxardı. O cümlədən ABŞ-a qoşulan Avropa İttifaqı da müharibəyə geniş şəkildə dəstək verdi. Amma özləri böyük iqtisadi çətinliklərlə qarşılaşdı. Ona görə də Avropa İttifaqının özü müharibənin tez bitməsini və Rusiya ilə əlaqələrin bərpasında maraqlıdır. Təbii ki, Tramp administrasiyası da Ukraynaya yardımlarını azaldacaq və Kiyevi Rusiya ilə müharibənin dayandırılmasına məcbur edəcək. Bu baxımdan Boltonun açıqlamasında yeni bir fikir yoxdur. Müharibə başa çatandan sonra Rusiyanın “SSRİ-2" yaradacağı barədə onun fikirləri də absurddur və reallıqdan uzaq olduğunu hesab edirəm. ABŞ Liviyada kimyəvi silah olduğunu deyərək müharibəyə başladı. Nəticədə heç nə tapılmadı. Bu baxımdan ABŞ-da səsləndirilən fikirlər reallıqlarla uyğunlaşmır. ”Rusiya MDB Dövlətlər Birliyində əməkdaşlığını genişləndirəcək" deyilsəydi yenə inandırıcı olacaqdı. Çünki MDB qarşılıqlı hörmət və bərabərlik prinsipi üzərində qurulan təşkilatdır. SSRİ isə tarixin arxivinə göndərilib. Bu baxımdan SSRİ-nin tərkibində olmuş ölkələr öz müstəqilliklərini yenidən heç vaxt qurban verməzlər. O cümlədən Azərbaycan da dövlət müstəqilliyini çox yüksək dəyərləndirir və SSRİ-yə qayıtmaq fikrində deyil".

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva Boltonun dediklərinin hər birinə xüsusi diqqət ayırdı: “Öncə onu xüsusi vurğulamaq lazımdır ki, Birləşmiş Ştatların milli və geostrateji maraqları prezidentlər səviyyəsində yox, daha dərin qatlarda müəyyənləşdirilir. Qısası, Donald Tramp Xəzər regionu və Güney Qafqazda gələcək oyun quruculuğunu təyin edən əsas fiqur deyil. Tramp Administrasiyası müəyyən olunmuş siyasi cizgilərə sadəcə hərəkət və yön verməklə mükəlləfdir. Yəni, müəyyənləşmiş siyasi kursun görünən moderatoru prezidentdir. ABŞ kimi superdövlətin çoxqütblü siyasi kursu təyin etmək missiyası prezidentin hüquqi iradəsindən kənardadır. O ki qaldı Con Boltonun fikirlərinə, düşünürəm ki, yanlış məqamlar çoxdur. Çünki, cənab Bolton uzun müddətdir ki, qalstuksuzdur, xeyli zamandır ki, aktiv siyasətin içərisində deyil. Ona görə də söylədiyi fikirlər real gedişata yox, fərziyyələrə söykənir. Bəli, qarşıdakı dörd il Avropa və Ukrayna üçün çətin keçəcək. Çünki Avropa Rusiya qarşısında uzunmüddətli savaşlara hazır deyil. Artıq tükənmə, yıpranma elementləri hiss olunur. Üstəlik, Rusiya ilə savaş kontekstində Avropa Birliyi ölkələri arasında ciddi fikir ayrılıqları mövcuddur. Başda Macarıstan və digər Şərqi Avropa ölkələri olmaqla Aİ üzvləri qırmızı imperiyaya qarşı çoxqütblü savaşdan boyun qaçırırlar. Digər tərəfdən, Qərb hələ də Rusiyanın neftinə və qazına möhtacdır. Yaşıl enerji hazırda Avropa dövlətlərinin tələbatını tam şəkildə ödəyə bilmir. Bundan başqa, qızıl, dəmir, brilyant, mebel üçün taxta tədarükündə Qərb axsamağa başlayıb. Əvvəllər Qərbin bu ehtiyaclarını şimal qonşumuz qarşılayırdı. İndiki sanksiyalar çətiri altında belə bir əməkdaşlıq sadəcə mümkün deyil. Ukrayna savaşında Qərb öz hərbi gücünü də bir xeyli tükəndirdi. Bolton bu mənada haqlıdır ki, Qərbin yaxın aylarda Ukraynaya yardımı zəifləyəcək. Amma bu zəifləmə indi yox, 2025-ci ilin fevralından başlayacaq.

SSRİ-nin bərpası məsələsinə gəldikdə, Putin Rusiyası bu prosesə hələ 2008-ci ildən, yəni Gürcüstan ərazilərinin işğalı ilə başlayıb. Proses indi də davam edir. Moldovanın Dnestryanı bölgəsi də tezliklə Rusiyanın hüquqi idarəsinə keçəcək. Qərbin Ukraynadakı yanlış siyasəti Moldovada da davam edərsə, biz yaxın dövrdə Moldova ərazilərinin işğalını da görəcəyik. Azərbaycanla bağlı vəziyyət hazırda bir qədər fərqlidir. Çünki Bakı ilə Moskva arasında müttəfiqlik sazişi var. Özü də bu saziş 2022-ci ilin fevralında, yəni Rusiya-Ukrayna savaşının başlanmasından 2 gün öncə imzalanıb. Üstəlik, Türkiyə kimi müttəfiqimiz mövcuddur. Pakistan və İsraillə geostrateji hədəfləri olan bağlar da göz önündədir. Çinin dəstəklədiyi Bir kəmər -bir yol layihəsi də məhz Azərbaycan üzərindən keçir. Bir sözlə, biz Rusiya üçün asan loxma deyilik. Digər tərəfdən, Azərbaycan 30 ildən çoxdur ki, dövlətçilik imtahanı verir və bu imtahandan Bakı hər zaman yüksək qiymətlərlə ayrılıb".

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlı isə bir məqamı xüsusilə vurğuladı: “Təsadüfən deyilmir ki, siyasətdə nə daimi dostluq var, nə də daimi düşmənçilik. Siyasətdə daimi maraqlar var. Tramp prezident seçkiləri dövründə bəyan edirdi ki, ABŞ-ın növbəti prezidenti seçilərsə, Rusiya-Ukrayna müharibəsini bir günə həll edə bilər. Yadınıza salın, Trampın birinci prezidentlik dövrünü. Amerika mətbuatı açıq şəkildə bəyan edirdi ki, Tramp Rusiyanın agentidir. Hətta prezident seçkilərində Trampın xeyrinə Rusiyanın müdaxilə etməsinə görə Trampı ittiham edirdilər. Konkret olaraq Trampın Putinlə normal münasibətlərinin olması həqiqətdir. O seçiləndən sonra kürəkəni mətbuata açıqlama verdi ki, Amerika və Qərb çox böyük səhvə yol verib ki, Ukrayna uzaqvuran raketlərlə Rusiyanın dərinliklərinə zərbələr vurub, bu, 3-cü dünya müharibəsinin başlanması ola bilər. Bu açıqlama onu deməyə əsas verir ki, Tramp hakimiyyəti Rusiya ilə ortaq məxrəcə gəlməyə razılaşacaq. Və o zaman ABŞ gözlənildiyi kimi Ukraynanı qurban verəcək. Nəinki maliyyə azalmaları, silah-sursat təminatı və s. dəstək xeyli azalacaq. Tramp Ukraynanı məcbur edəcək ki, Rusiyaya güzəştlər etsin. Həmçinin Ukraynada prezident seçkiləri keçirilsə, Zelenskiyə Amerika dəstək verməyə bilər. Beləliklə də, Ukrayna alçaldıcı güzəştlərə məcbur ediləcək. Bayden hakimiyyəti Ukraynadan məqsədli şəkildə Rusiyanı zəiflətmək və iqtisadiyyatına böyük zərbə vurmaq və ən əsası sanksiyalara məruz qoymaq üçün istifadə etdi. Bütün hədəflərinə nail oldu. Tramp biznesmendir. O ömür boyu öyrəşib ki, pul qazansın. Və boş yerə Ukraynaya və Qərbə niyə pul xərcləsin? Trampın bu münasibətindən sonra təbii ki, Avropa dövlətləri də Rusiya ilə bütün əlaqələrini, xüsusən ticari əlaqələrini bərpa edəcək. Putinin ”SSRİ-2" bərpa etmək fikri ilə bağlı uzun illərdir ki, bu cür tezis yayırlar. Ancaq bunu mümkün hesab etmirəm. Əslində Amerika Qərbi, Avropa ölkələrini özündən asılı vəziyyətdə saxlamaq üçün, Rusiyanı “xoxan” kimi təqdim edir. Rusiya qorxusunu yaşadırlar. Ukrayna müharibəsindən öncə Amerika NATO-nun üzvü olan ölkələrindən istədiyi maliyyəni ala bilmirdi. Ancaq Rusiya Ukraynaya təcavüz edəndən sonra, Avropa ölkələri Amerikanın tələb etdiyi vəsaiti verdilər. O ki qaldı bunun Azərbaycana təsirinə, bu gün Putin üçün ən inamlı və etibarlı tərəfdaş Azərbaycandır, qardaş Türkiyədir. Bu ölkələrlə münasibətlərin korlanması Putinə qəti sərf etmir. Trampın Azərbaycanla münasibətinə gəldikdə isə xatırlatmaq istəyirəm ki, Azərbaycan 44 günlük Vətən müharibəsini həyata keçirəndə Amerikanın prezidenti Tramp idiE Cənab Prezident İlham Əliyev bu gün Azərbaycanın dövlət və milli maraqlarından çıxış edərək, həm Amerika, həm də Rusiya ilə normal, ikitərəfli əməkdaşlığın olmasının tərəfdarı olduğunu ortaya qoyub".

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05
Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02
İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02
AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58
"AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02
Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00
Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58
Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12
Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11
"Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09
Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55
AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51
Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42
Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37
Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32
Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:29
ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Dünən, 17:23
Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Dünən, 17:20
Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Dünən, 17:15
AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Dünən, 17:13
AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Dünən, 17:09
TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Dünən, 17:06
Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Dünən, 17:02
Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Dünən, 16:53
Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Dünən, 16:51
"Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Dünən, 16:49
"Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Dünən, 16:33
Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Dünən, 16:27
Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Dünən, 16:26
Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Dünən, 16:25
Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Dünən, 16:22
Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Dünən, 16:16
BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Dünən, 16:14
"Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Dünən, 16:11
Balaəli məhkəməyə verildi
Dünən, 16:08
Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Dünən, 15:59
“Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Dünən, 15:32
Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Dünən, 15:25
"Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Dünən, 15:18
Daha iki "TikToker" həbs edildi - FOTO
Dünən, 15:17
NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Dünən, 15:14
Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 14:02
Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Dünən, 14:00
Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Dünən, 13:11
Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Dünən, 13:09
Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Dünən, 13:07
Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Dünən, 13:01
Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:55
Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Dünən, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru