AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... .....                     “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” .....                     "Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə .....                     "Aqronom küskün həyat tərzi yaşayır..." .....                     “Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” .....                     Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər .....                     Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər .....                     BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... .....                     FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu .....                     "Bu heç şeytanın da ağlına gəlməzdi..." .....                     Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək .....                     Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN .....                     Bu ifadə generalın sonunu gətirə bilər .....                     Tiktokda əxlaqsızlıq təbliği… .....                     "Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... .....                     Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb .....                     Əhali arasında yayılan dəhşətli 'VİRUS'... .....                     Mərkəzi bankın 3 qəpiklik ŞOUSU .....                     “Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? .....                     İran elitası silkələnir: Pezeşkian istefa verir? .....                     Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? .....                     İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında .....                     DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... .....                     Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir .....                     5 dəqiqəyə 20 minin xərclənməsi... .....                     Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... .....                     Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir” .....                     Minimum əməkhaqqı ARTIRILDI .....                     Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? .....                     "Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib .....                     “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” .....                     Bundan sonra utanıb siçan deşiyinə girsinlər .....                     Fransanın yerini hansı dövlət tutub? .....                     Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb .....                     Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri .....                     Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... .....                     1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı .....                     Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam .....                     Xaos davam edir: .....                 

Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Tarix: Dünən, 14:58 | Çap et
Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq
Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam edir.

Musavat.com xəbər verir ki, cinayət işini araşdıran tərkibdə hakim Siyavuş Hacıyev qəfil vəfat etdiyindən tərkibə yeni hakim daxil edilib.

Bu səbəbdən məhkəmə araşdırmaları təzələnib. Hazırda iş üzrə zərərçəkənlərin yenidən dindirilməsi həyata keçirilir.

Tahir Qədəşov ötən iki prosesdə də şahid qismində dindirilib. Hakim qarşısına onun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları Tahir Qədəşova “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir.

Tahir Qədəşov məhkəmədə ifadə verərkən deyib ki, “Atlant” mənfəət gətirməyib, ziyanla işləyib. Lakin çıxışının davamında məlum olub ki, “Atlant”da illik 10 milyona yaxın gəlir əldə olunur. Tahir Qədəşov həmin gəlirlərin banklardan alınmış kreditlərə yönəldiyini bildirib. Nofəl Hacıyevin vəkili “Atlant”da müvəkkilinin 40 faiz payı ilə bağlı Tahir Qədəşova sual verib. Qədəşov suala ümumi cavab verib, bildirib ki, Nofəl Hacıyev ildə iki dəfə “Atlant”a gəlib-gedib. Deyib ki, Nofəl Hacıyev şərik olsaydı, “Atlant”a ildə iki dəfə deyil, daha çox gələrdi. Hakim Nofəl Hacıyevdən Tahir Qədəşovun sualına cavab veriməsini istəyib.

Nofəl Hacıyev bildirib ki, “Atlant”ın təməli qoyulandan o və komandası orada olub:

- Telekanallardan birinə müsahibəsində deyir ki, mən onunla qohum olana qədər imkansız olmuşam. Övladlarıma da demişəm, mən 88-ci ildə geyindiyim kostyumları, dublyonkanı, plaşı...

Hakim müdaxilə edərək bu məsələnin işə aidiyyəti olmadığını bildirib:

- Sizin nə geyindiyinizin bu işə nə dəxli var?

Müttəhim:

- Mən gecə-gündüz orada işləmişəm.

- 1 dəqiqə dayanın. Siz Bakıya 1 pencəklə gəlib milyoner olmusunuz.

Bunun məsələyə nə dəxli var? Konkret araşdırılan cinayət işi üzrə danışın! Sizə konkret ittiham irəli sürülüb ki, 2018-2022-ci illərdə aldığınız pulları dələduzluq yolu ilə ələ keçirmisiniz. 171 nəfərdən 115 nəfərindən pul almısınız.

- Həmin pulları hara yönləndirmisiniz?

- Mən “Atlant”da şərik olmuşam. Həm Bakıdakı, həm Sumqayıtdakı tikintidən aldığım pulları da ora yönləndirmişəm.

- Sumqayıtda hansı tikintidir?

- “Halal” MTK-da mənim 33 faiz payım var. Təsisçisi və 33 faiz payın sahibi Tahir müəllimdir, 33 faizi də Ağaşirinov Şamxalındır.

- Ötən prosesdə dediniz ki, bəzi şəxslərin pulunu qaytarmısınız. Kimlərdir həmin şəxslər?

- Qoy bunu Tahir müəllim desin. Əgər şəriklik yoxdursa, “Təbriz” MTK-dan ev alan vətəndaşlardan bir qisminin pulları qaytarılıb. Pulların bir qismini Tahir müəllim qaytarıb. Əgər şərik deyildiksə, niyə o pulları qaytarırdı? Tahir müəllim, əgər mən şərik olmamışamsa, “Atlant”da o kotlavanları kim qazdırıb? 3 manata kvadratı beton tökdürmüşəm. Orada 150 nəfər işçi işləyib. 2 nəfər dünyasını dəyişib o adamlardan. Qalanları sağdır axı.

- Hacıyev, dayandır. Konkret suala cavab ver - sizinlə bərabər 115 nəfərin aldadılmasında kimlər iştirak edib?

- Tahir müəllimlə ikimiz “Təbriz” MTK-da olmuşuq.

- Dayan, sualı başa düşdünüz? 115 nəfərin aldadılmasında sizinlə bərabər kimlər iştirak edib? Pulu kiminlə bölmüsünüz?

- Qədəşov Tahir. Başqa kim ola bilər? Bu kişi kooperativin sədri olub. Orada 3-cü şəxs iştirak etməyib.

Bundan sonra Tahir Qədəşova bir neçə zərərçəkənlər sual verib.

Zərərçəkənlərdən Məmmədəli İsmayılov Tahir Qədəşova sual verib.

Bildirib ki, iş üzrə ona 98 min manat zərər dəyib:

- Mən 2002-ci ildən dəyirmanın yanındakı 6 mərtəbəli binada oluram. Mən 10 dəfə Nofəl Hacıyevin yanına adam aparmışam. Rusiyadan gəlib mağaza, ev almaq istəyənlər olub. Orada sizi görməmişəm. Alıb-satan, bütün işləri görən kimi Nofəl Hacıyevi tanımışam. Siz orada yaxşı pullar qazanmısız. Oradakı binadan xoşunuza gələn xanımlara ev bağışlamısınız. Ailəsi olanları var, adlarını çəkmirəm.

Necə oldu ki, qazananda siz MTK sahibi olursuz, ziyana düşəndə Nofəl Hacıyevi qabağa verirsiz?

Tahir Qədəşov:

- Siz məni tanıyırsınız? Bir dəfə salam vermisiz?

Hakim:

- Konkret sualı olan zərərçəkən varmı?

Zaldan zərərçəkənlərdən biri deyir ki, Tahir Qədəşov suallara konkret cavab verməkdən yayınır.

Hakim konkret sualı olan zərərçəkənlərdən tribunaya yaxınlaşmasını istəyib.

Nofəl Hacıyev deyib ki, Tahir Qədəşov “Atlant”da qazanc olmadığını deyir, bir tərəfdən də orada tikinti aparılmasını inkar etmir. Belədirsə, qazanc yoxdursa, “Atlant”a 40 milyon manat hansı hesabdan qoyulub? Haradan ödənilib? Mənə özü şəxsən deyib ki, bankdan kredit götürürəm ki, kənardan baxanlar elə düşünsünlər ki, “Atlant”ı kreditlə tikirik. Mən 10 il susmuşam, danışmamışam, daha susmayacağam.

Bir neçə müqavilə araşdırılıb və zərərçəkənlərin fikirləri dinlənilib.

Müttəhim Nofəl Hacıyev də fikirlərini açıqlayıb:

- Ötən dəfə Tahir müəllimə 3 sual verdim. Birincisi alınan kreditlərlə əlaqəli idi. Kreditlər götürüləndə “Atlant”da vəziyyət başqa cür idi. Materiallara borclar vardı, özünün şəxsi borcları vardı. Tahir müəllim, siz həyətdə oturduğunuz ofisi, 2200 qeyri-yaşayış sahəsini 2 milyon 300 min manata satdınız.

Niyə “Accessbank”ın borcunu ödəmirdiz? Söhbət “Təbriz”, “Halal” və “Ruslan” MTK-lardan gedir. Qardaşı Mamed müəllim də orada MTK-da sədr olub. Onun 1 sənəddə imzası varsa, sorğu verin alın, mən də əlimi geri çəkirəm. Elşad baş mühasib olub orada. Ötən dəfə də tələb etdim. Qara mühasibatlığı gətirin bura. Bütün binalarda bloklar ayrı-ayrılıqda yazılıb, hər il dekabrın 31-də “otçot” eləmişik. Elşadı işdən çıxardız. 18-ci ildən 21-ci ilə qədər olan bütün “otçot”lar kameraya düşüb. Maşın-maşın sənədləri daşıyıb apardız. Niyə sənədləri itirmisiz? Burada yalandan deyir ki, guya mən “Atlant”da ildə iki dəfə olmuşam. Orada 5 sürücü olub. Onlar da şahiddirlər. Oradakı işçilərdən soruşun, öyrənin ki, onlara əməkhaqqını kim paylayıb? Dəfələrlə ən müxtəlif şəxslərdən pul almışam oraya görə.

Həyətdəki 2200 kvadratlıq qeyri-yaşayış sexini satıb gedib Sabunçu xəstəxanası yanında araq sexi almadın? Ayıb deyil? Mənim ailəmlə işin olmasın! Mənim uşaqlarımı şantaj edirsən. Müraciət edirəm ki, uşaqlarımın təhlükəsizliyi təmin olunsun. Mən bu adamdan hər şey gözləyirəm. “Təbriz” MTK-da 50 min kvadrat ev, qeyri-yaşayış sahəsinin müqaviləsinə kim qol çəkib? Təhvil-təslimi mən etmişəm. “Halal” MTK-da binanın 8-ci mərtəbəsində tikinti dayanmışdı. Mən canımı vermişəm bu işlərə. Bəzi şayiələrə, şeytan olub zəhər verənlərə inanırsız.

Hakim:

- Hacıyev, sizin işinizə baxırıq, Qədəşovun işinə baxmırıq.

- “Təbriz” MTK-ya, “Halal” MTK-ya sorğu göndərilməlidir. Qoy aydınlaşsın ki, sənədlərə kim imza atıb? Möhür kimdə olub? Pullar kimdə olub? Pullar kimə verilib? Mən qara mühasibatlığı tələb edirəm! Baş mühasib bura gəlsin. 5 blok, qeyri-yayış, yaşayış, yaşayış-mansard satılıb və 15 milyon 900 min manat xalis gəlir olub. Hələ mən ən aşağı qiymətlə hesablamışam. Məndə bütün hesabatlar var. Ötən dəfə dedim, adam var 2007-ci ildə 1 milyon manatlıq armatur verib, 2012-yə qədər pulunu ödəyə bilmədim.

Ona evlər verdim, evlər də gəlib bu vəziyyətə düşdü. Mənim armatur, beton əvəzi verdiyim evləri siz götürüb satmısınız! 3-cü blokda 1500 kvadrat qeyri-yaşayış saxlamışdım bu borc-xərci ödəmək üçün. Kimə satdız onu? İndi ora “Bravo” marketdir. Ora kimin imzası ilə məndən xəbərsiz satılıb? Suallarım çoxdur.

“Bərəkətli” MMC-nin 8 hektar torpağı var. Oranı kim və neçənci ildə özəlləşdirib? “Bərəkətli” MMC-nin direktoru mən ola-ola oranı 3 milyona kimin imzası ilə satmısan? 10 dəfə adam gətirdim, yalvardım ki, sataq, borcları bağlayaq. Dedin ki, ora mənim cavanlığımdır, oranı sata bilmərəm, ora qalacaq. Özəlləşdirəndən sona oradakı parnikləri, quş damlarını yerlə-bir etdilər. Ramanada yerləşirdi. “Aynur” MMC-nin 5 hektarını satdınız. Borcdan 1 manat ödədiz?

“Təbriz” MTK-da rəsmi şərik olmuşuq. Bütün işçilər, qonşular şahiddir, mən Nofəl gecə-gündüz orada işləmişəm, tikintidə olmuşam. Mən Allah qarşısında, bu camaatın qarşısında deyirəm, mənim “Təbriz”, “Halal” və “Ruslan” MTK-lardakı payıma düşən pulu verin, mən də bu camaatın evini tikim təhvil verim. Oranı hansı yuvaya döndərdiyinizi də qəşəng bilirsiniz! İnsan alveri idarəsinə sizə görə dəfələrlə getmişəm. Niyə görə? Hər ay 1 milyon, 1 milyon 300 min rəsmi gəliri olub bu adamın. Hər dəfə də başımın altına yastıq qoyub. Özünü də, qardaşını da Kürdəxanıya yanıma çağırdım, dedim ki, düşdüyümüz vəziyyətdən çıxış yolu var.

Camaatın pulunu da verərik, evi də tikib təhvil verərik, “Atlant” da qalacaq. Siz isə qərəzçiliyə keçdiz. Mənimsə sizlə düşmənçiliyim yoxdur. Siz bu pulları oraya çıxarın. “Təbriz”in, “Halal”ın pulları “Atlant”dadır. İbtidai istintaq zamanı da xahiş etdim ki, məni Tahir müəllimlə görüşdürsünlər. Dedilər ki, Tahir müəllim gəlmir. Mən ömür boyu bu adamın qulluğunda olmuşam. Məni bu cinayət bu adam sürükləyib. Qeyd edək ki, hazırda “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev həbsdədir.

O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər.

Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub.

İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər.

Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib.

Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.

“Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.

Xatırladaq ki, ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.

Proses yanvarın 16-da davam etdiriləcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZƏRİQAZ MÖCÜZƏSİ: Evinə TULLAN KEÇ... - "600 manat rüşvət istəyirlər..."
Bu gün, 09:10
“Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur” - Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir
Bu gün, 09:06
"Məşədi Dadaş"ın imamına sui-qəsd təşkil etməkdə təqsirləndirilən şəxsə HÖKM OXUNUB
Bu gün, 09:01
"Aqronom küskün həyat tərzi yaşayır..." - Şəhid anasından PREZİDENTƏ MÜRACİƏT
Bu gün, 09:00
“Mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:56
Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər - İsrafil Kərimovun yazısı
Bu gün, 08:51
Azərbaycanla münasibətlərdə Tramp üçün geri dönüşü çətin olacaq vəziyyət yaratmaq istəyirlər - FAKT BUDUR!
Bu gün, 08:50
BONA DEA HOSPİTAL-da peyvəndi RED BULL soyuducusunda saxlayırlar... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:48
FHN şefinin ŞÜBHƏLİ TENDER oyunu - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
"Bu heç şeytanın da ağlına gəlməzdi..." - GİLEY
Bu gün, 08:32
Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak etməyəcək - camaata xəstəlik keçirə bilər, deyə...
Bu gün, 08:25
Naxçıvan eli səndən narazıdır, cənab CANİŞİN - BU DA BELƏ...
Bu gün, 08:24
Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Bu gün, 07:07
Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi
Bu gün, 07:01
"Gəncə-Quşçuluq" ASC də dövlətə borclu imiş... - FOTO
Bu gün, 06:56
Nazirlik Sevinc İsgəndərovadan 262 min manata ofis icarəyə götürüb - TƏFƏRRÜAT
Bu gün, 06:51
Əhali arasında yayılan dəhşətli 'VİRUS'... - Azərbaycan üçün böyük TƏHLÜKƏ
Bu gün, 06:48
Mərkəzi bankın 3 qəpiklik ŞOUSU - baha başa oturdu....
Bu gün, 06:40
“Bakı Abadlıq Xidməti MMC” AYRILAN PULLARI YEYİB? - NARAZILIQ VAR
Bu gün, 06:36
İran elitası silkələnir: Pezeşkian istefa verir? – Son durum
Bu gün, 06:22
Qanuna tabe olub, qanunsuzluqla üzləşən vətəndaş problemi necə həll edə bilər? - NƏ ETMƏLİ?
Bu gün, 00:14
İrəvanda Qarabağ mübahisəsi: yenidən günahkar axtarışında - GƏLİŞMƏ
Bu gün, 00:11
DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin... - ÇAĞIRIŞ
Dünən, 23:27
Zəngəzur dəhlizi ilə bağlı müzakirələr davam edir - Uraloğlu
Dünən, 23:24
5 dəqiqəyə 20 minin xərclənməsi... - “TikTok”da çirkli pullar necə yuyulur?
Dünən, 20:27
Azərbaycan da `D-8` üçün ASAN YEM DEYİL... - FAKT BUDUR!
Dünən, 19:00
Deputat: “ABŞ səfirliyinin qərəzli fikirləri diplomatiyaya ziddir”
Dünən, 18:58
Minimum əməkhaqqı ARTIRILDI - "1000 manat da ola bilər amma..."
Dünən, 18:05
Azərbaycan üzən məzənnə rejiminə KEÇİR? - Dolların kursu və manatın məzənnəsi isə...
Dünən, 18:00
"Ziraat Bank Azərbaycan" ASC-nin Müşahidə Şurasına müstəqil üzv təyin edilib
Dünən, 17:58
“Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Dünən, 17:16
Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Dünən, 17:09
Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Dünən, 17:04
Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Dünən, 17:02
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 16:58
Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Dünən, 16:56
Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Dünən, 16:54
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Dünən, 16:46
Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Dünən, 16:40
Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Dünən, 16:29
Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Dünən, 16:25
Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Dünən, 16:00
Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Dünən, 15:55
Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Dünən, 15:52
General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Dünən, 15:51
Ramil Usubovun ailəsində xoş gün
Dünən, 15:49
Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Dünən, 15:46
“Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Dünən, 15:44
“Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Dünən, 15:42
Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru