Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-İran münasibətləri barədə suala geniş cavab verib və İranın ünvanına tənqidlər səsləndirib. Ölkə başçısının sözlərindən belə anlaşılır ki, rəsmi Tehran Azərbaycanla bağlı siyasətində hələ ki, dəyişiklik etməyib. Hazırkı İran rəhbərliyi ilə elə də ciddi təmasları olmadığını deyən İ.Əliyev hökumət üzvləri arasında müəyyən təmasların olduğunu söyləyib: “Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi. O məsələlər, hansı ki, prinsipcə bizdə siyasi gündəlikdən ayrıdır və biz heç vaxt bunları qarışdırmamışıq”.
Prezident İranın əvvəlki hakimiyyəti ilə münasibətlərimizin pisləşməsinin “bizim günahımız ucbatından olmadığını” söyləyib. İkinci Qarabağ müharibəsindəki qələbədən sonra İranın Azərbaycanla bağlı siyasətindəki bəzi məqamları sadalayan İ.Əliyev deyib ki, Tehran Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizliklər edib. Prezident həmçinin Azərbaycana qarşı İranın hədə-qorxu addımları, təlimlər, bəyanatlar, hədələrini xatırladıb: “Biz də adekvat addımlar atdıq. Bizim sərhədimizdə əgər hər hansı bir təlim, hərbi təlim keçirilirsə, biz də Azərbaycan-İran sərhədinin bu tərəfində eynisini etdik. Yəni, göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik. Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, - yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, - təhqirə keçirlər. Yəni təhqir edən, əslində özünü təhqir edir”.
“Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu. Bu, bir zəiflik nümayişi idi və Azərbaycan tərəfi də adekvat addımlar atdı. Bilirsiniz ki, biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, - İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, - ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq. Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq. İndi yeni hökumətlə bağlı olan münasibətləri hələ ki, təhlil etmək çətindir. Çünki mənim şəxsən yeni Prezidentlə görüşüm olmayıb. Əgər olsa və nə vaxt olsa, onda mən bu barədə danışa bilərəm”, - Əliyev qeyd edib.
Azərbaycan lideri həmçinin İranın dini lideri Əli Xameneyinin Ərdəbil vilayəti üzrə rəsmi nümayəndəsi Seyid Həsən Cəbəl Amulinin Azərbaycan əleyhinə bəyanatlarına və təhqirlərinə də toxunub: “O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?”
“İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”, - deyə Prezident fikrini tamamlayıb.
Ölkə başçısının İranla bağlı toxunduğu məqamlar və verilən mesajlarla bağlı AYNA-nın suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb. Analitik deyib ki, əslində Prezident iki ölkə münasibətləri ilə bağlı detallı məlumat verib:
- Prezident bütün təfərrüatları açıqladığına görə, hesab edirəm ki, münasibətlərin hansı səviyyədə olduğunu deməyə ehtiyac yoxdur. İran-Azərbaycan münasibətlərində gərginlik məhz İkinci Qarabağ müharibəsindən sonra artdı. Sanki İrandakı mərkəzlər Azərbaycanın öz ərazi bütövlüyünü bərpasını qəbul etmək istəmirdi. Müharibədən sonra İran Azərbaycan ilə sərhəddə nə qədər hərbi təlimlər keçirib, halbuki 30 illik işğal dövründə bir dəfə də olsun Ermənistan ilə sərhəddə hərbi təlim keçirməmişdi. Eyni zamanda, İranın təyyarə qəzasında ölən əvvəlki Prezidenti İbrahim Rəisi Zəngəzur dəhlizini "qırmızı xətt" adlandırmışdı. Bu yanaşma Tehranda hələ də dəyişməyib. Düzdür, Rəisinin ölümündən saatlar əvvəl iki su qovşağının açılışında iştirakı sanki münasibətlərin normallaşmağa doğru getdiyini göstərirdi. Amma bu su qovşaqlarının bünövrəsi çox əvvəllər, 1980-ci illərdə qoyulmuşdu. Sadəcə işğal dövründə Azərbaycan tikintidə iştirak edə bilmirdi. Yəni İbrahim Rəisi olmasa idi, kim olursa-olsun, gəlib o açılışda iştirak edəcəkdi və hər iki tərəf həmin qovşaqlardan faydalanacaqdı.
Bilirsiniz, Azərbaycan münasibətlərin yaxşılaşmasını istəsə də, bunun mümkün olacağını düşünmürəm. Çünki problem burasındadır ki, İranda qərar verəcək bir neçə mərkəz var. Bir mərkəz Azərbaycan ilə münasibətlərin normallaşmasını istəyir, amma onun üstündəki digər hərbiləşmiş və yaxud ali dini liderin ətrafında olan mərkəz Azərbaycan əleyhinə yenidən təxribatçı açıqlamalar verir. Bu isə münasibətlərin yaxşılaşmasına imkan vermir.
- Prezident İlham Əliyev İranın yeni Prezidenti Məsud Pezeşkianla hələ ki, təmaslarının olmadığını bildirdi və bundan sonra ətraflı nəsə danışmağın mümkün olacağına işarə etdi. Bu mesajın şifrələri nələrdir?
- Bu il ərzində Əliyevlə Pezeşkian arasında görüş, danışıqlar ola bilər. Prezident bir növ Pezeşkiana da mesajlar vermiş oldu ki, münasibətlərin düzəlməsi üçün Tehran addımlar atmalıdır. Məsələn, ölkə başçısı səfirliyimizə hücum edən şəxsin cəzalandırılmadığını xatırlatdı. Demək ki, Bakı həmin cinayətkarın layiqli cəzalandırılmasına nail olmaqda israrlıdır. İlham Əliyevin mesajında bu, açıq-aşkar ifadə olundu. Həmçinin Ermənistana dəstəkdən İranın çəkinməli olduğu mesajı verildi. Yəni bir növ, rəsmi Bakı Tehrana başa salmağa çalışır ki, münasibətlərin düzəlməsində maraqlıyıq, amma problemlər var və bunlar bizim günahımızdan yox, İranın günahından yaranan problemlərdir, onlar həll edilməlidir.
- Pezeşkianın bu mesajlara reaksiyası necə olacaq?
- Bəli, Pezeşkian Azərbaycan türküdür, islahata meyilli şəxs kimi tanınır. Amma İran Konstitusiyası onun və onun kimi düşünən rəhbərlərin əl-qolunu bağlayır. Pezeşkian olmasın, başqası olsun, heç nə edə bilmirlər. Neçə aydır İran Prezidenti postundadır, nəyi dəyişə bildi? Heç nəyi dəyişə bilmir, çünki ona imkan vermirlər. Ali dini liderdir, mühafizəkarlardan ibarət ona bağlı SEPAH-dır ki, İran Konstitusiyasına görə əsas qüvvədir. Konstitusiya dəyişməyənədək, rejim dəyişməyənədək münasibətlərin normallaşması gözlənilmir. Düzdür, ortaq layihələr var, biz də istəyirik ki, bu layihələr icra olunsun, daxili işlərə qarışılmasın. Amma İranın mühafizəkar dairələri bunu istəmir.
Çox yalvardılar ki, səfirlik açılsın, cinayətkar cəzalandırılacaq vədi verildi. Amma bu vəd yerinə yetirilmədi. Eyni zamanda, təxribatlar da dayanmır. Hər halda, Pezeşkian səlahiyyətləri daxilində addımlar atmalıdır. Əslində Pezeşkianı COP29-da iştirak etməsini gözləyirdik, amma gəlmədi. Bəhanəsi də bu oldu ki, tədbirdə israillilər iştirak edir. Yəqin ki, bu il Azərbaycana səfər edəcək. Bu zaman qardaşlıqdan, dostluqdan, mehriban qonşuluqdan danışacaq, üstündən bir müddət keçəndən sonra isə yenə də anti-Azərbaycan mövqeli tədbir keçirəcəklər. Bundan sonra yenə də vəziyyət qarışacaq. Tehranın siyasəti məhz budur. İran Azərbaycanla bağlı siyasətində qəti qərar verə bilmir. Tutaq ki, İrandakı islahatçı qanad normal münasibətlərin olmasını, iqtisadi əlaqələrdə inkişafın vacibliyindən danmışır. Amma mühafizəkar dairələr buna qarşıdır. Ona görə də münasibətlərdə heç bir istiləşmə olmur.
Pezeşkian hakimiyyətə gələndə müəyyən qədər ümidlərimiz var idi ki, münasibətlər düzələcək. Amma görünən odur ki, Pezeşkian əsas siyasi kursu dəyişə bilmir. Amma onu da deyim ki, Pezeşkian üçün indi geniş manevr imkanları açılıb. İran HƏMAS-a, “Hizbullah”a, Əsəd rejiminə yüz milyardlarla dollar pul xərcləyib, amma iflasa uğrayıb. İndi Pezeşkian özündə cəsarət tapıb buna etiraz etməli, mühafizəkar dairələri inandırmalıdır ki, xərclənən pullar “batdı”, nəticə olmadı. Hələ o pulların bir hissəsini də Əsəd özü ilə Moskvaya apardı. İran Prezidenti deyə bilər ki, gəlin bu pulları daxilə yönəldək, sosial vəziyyəti düzəldək, qonşularla normal münasibətlər quraq. Pezeşkian bu iradəni nümayiş etdirəcəkmi? inandırıcı deyil.
- Prezidentin Ərdəbil mollasının dediklərinə reaksiyası və İranın dini liderindən tələbnini necə qiymətləndirmək olar?
- Amulinin anti-Azərbaycan bəyanatı ilə bağlı da Prezident kifayət qədər açıq danışdı, mövqeyini bildirdi. Məncə, Prezident nəyin-necə olduğunu, mollanın kim tərəfindən danışdırıldığını açıq bildirdiyinə görə, bu barədə çox danışmağa da ehtiyac yoxdur. Sadəcə Bakının bu tələbinə reaksiyanı gözləmək lazımdır.
Məsələ burasındadır ki, Azərbaycan tərəfi məsələlərə məntiqlə yanaşır, amma İran hakim qüvvələri məntiqsizlik nümayiş etdirir. Baxın, İranın bölgədə mövqeləri zəifləyib. Tehran HƏMAS-a milyardlarla yarım etdi, silah-sursatla təmin etdi, amma bu təşkilat İsrail tərəfindən darmadağın edildi. “Hizbullah”ın arxasında dayandılar, bu təşkilat da məhv edilmiş durumdadır. Suriyada İranın dəstəklədiyi Bəşər Əsəd rejimi devrildi, Əsəd Moskva qaçdı. İran hakimiyyəti xalqın boğazından kəsib ildə milyardlarla dollar yardım etdiyi qüvvələr artıq yoxdur və Tehranın bu siyasəti iflasa uğrayıb. Belə bir şəraitdə məntiqlə İran qonşuları ilə normal davransın, amma İran əksinə addımlar atır. Ərdəbil mollasının Azərbaycan və onun rəhbərliyi barədə səsləndirdiyi fikirlərin Tehran rəsmiyyətə aid olmadığını bəyan edir. Bu, düzgün izah deyil. Azərbaycanı təhqir edən ali dini liderin nümayəndəsidir, sıradan bir şəxs deyil. Ali dini lider də İran Konstitusiyasına görə əsas şəxsdir. Eyni zamanda, Amulinin çıxışını İranın dövlət televiziyası canlı yayımlayır. Bunu necə rəsmi mövqe kimi qəbul etməyək?! Hesab edirəm ki, Amuli göstərişlə danışır, qəsdlə təxribat törədir. Arxasında dayanan şəxsin də kim olduğunu, ali dini lider olduğunu hər kəs bilir. Prezident də mesaj verdi ki, biz hər şeyi görürük, bilirik. Azərbaycan lideri açıq şəkildə bildirdi ki, Amulinin təhqirlərinə görə üzr istənilməli, bu əyalət mollası da ən azı vəzifəsindən azad edilərək cəzalandırılmalıdır. İndi necə deyərlər, “top” İran tərəfdə, daha doğrusu Xameneyidədir. Xameneyi Azərbaycan tərəfinin tələbinə reaksiya verməli, addım atmalıdır. Bu addım atılacaqmı, dəqiq demək çətindir. Çünki birinci dəfə deyil ki, Amuli Azərbaycan və onun rəhbərliyi haqqında təhqir və təxribat xarakterli açıqlama verir. Bundan sonra da dini rəhbər nümayəndəsinin belə açıqlamalarına reaksiya verməyib, ona hansısa xəbərdarlıq etməyib. Amma onu da nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi bu dəfə Prezident səviyyəsində qəti tələb irəli sürmüş oldu. Yəni əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində izahat tələb edilirdi, məsələyə aydınlıq istənilirdi. Bu dəfə isə ölkənin birinci şəxsi üzr tələbini və mollanın vəzifəsindən qovulmasını istədi. İndi görək Xameneyi hansı addımı atacaq. Dini liderin, ümumiyyətlə Azərbaycana qarşı olan mühafizəkarların atacağı addımlardan çox şey asılıdır. Bu addımlar Azərbaycan-İran münasibətlərinə təsir edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyə Silahlı Qüvvələri Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığına gətirilib - KİV
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycan İdman Akademiyasının işçiləri kütləvi ixtisar edilib? - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
• Simonyanın əri kliniki ölüm keçirdi, komadadır
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin növbəti tələbini bu gün qəbul etdi - Xaçatryan
Bu gün, 10:12 |
|
|
|
• Özünü qatarın altına atan oğlan Şəhid qardaşı imiş... - VƏFAT ETDİ...
Bu gün, 09:55 |
|
|
|
• Rusiyanın ardından İrandan da ÜZR TƏLƏBİ... - GƏLİŞMƏ
Bu gün, 09:52 |
|
|
|
• Əməliyyat zamanı həkimin ad gününü qeyd etməsi ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 09:46 |
|
|
|
• Hər şeyə pul tapan başçıdan Şəhidin ruhuna SAYĞISIZLIQ - Elə "Şuşa" restoranından aldıqları bəs edər ki...
Bu gün, 09:41 |
|
|
|
• 20 ildən çoxdur icra başçısı işləyən məmurlar - SİYAHI
Bu gün, 09:30 |
|
|
|
• "Bunların mənim 25 manatıma ehtiyacları var?" - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• İlham Əliyev bölgənin siyasi mərkəzinin Bakı olduğunu Makrona çatdırdı - Görüş yeri nə Parisdir, nə də Bürüssel...
Bu gün, 09:06 |
|
|
|
• Gürcüstanda 7 universitetin tələbələri İvanişvili rejimindən yeni seçkilərin keçirilməsini tələb edirlər... - "Kavkazskiy uzel"
Bu gün, 09:04 |
|
|
|
• MTN-nin həbs etdiyi adamın qardaşı NECƏ DİPLOMAT OLUB Kİ? - İLGİNC FAKT
Bu gün, 09:01 |
|
|
|
• Petrosyanın etirafı baş naziri də pis vəziyyətdə qoyur - ÇÜNKİ...
Bu gün, 08:51 |
|
|
|
• Paşinyan ölkəsində faşizmi məhv etməsə... - "Dəmir yumruq" yenə işə düşə bilər!
Bu gün, 08:49 |
|
|
|
• Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir - Görünəni odur ki...
Bu gün, 08:44 |
|
|
|
• Sülh müqaviləsi hər iki ölkə sərhədində imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 08:42 |
|
|
|
• Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:40 |
|
|
|
• Başçı icra hakimiyyətinin səhifəsini ŞƏXSİ BLOQUNA ÇEVİRİB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:32 |
|
|
|
• Türkiyə və İsrail SAVAŞACAQMI? - ŞƏRH
Bu gün, 08:25 |
|
|
|
• "Bu sahədə dürüst məmur və tikinti şirkəti yoxdur" - Hüquqşünasdan UYARI!
Bu gün, 08:22 |
|
|
|
• Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Bu gün, 07:15 |
|
|
|
• Azərbaycanın önəmi: Ağ Evdə bunu anlayacaqlar - İNCƏLƏMƏ
Bu gün, 07:13 |
|
|
|
• Rusiya-Azərbaycan münasibətlərində “qış dövrü” - BUNDAN SONRA...
Bu gün, 07:10 |
|
|
|
• Dünyada yeni virus həyəcanı: HMPV də COVID kimi Çindən başladı - NƏ BAŞ VERİR?
Bu gün, 07:08 |
|
|
|
• İrəvandan Bakıya “yeni il mesajı” - İki lider geri çəkildi, ermənilər təşvişə düşdü
Bu gün, 07:06 |
|
|
|
• Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir? - Ümid etməyin özü belə çətindir...
Bu gün, 07:02 |
|
|
|
• "Global STM" və "Aksaray" vətəndaşlardan pul toplayıb saxta qəbul sənədi verdi - Xaricdə təhsil FIRILDAĞI
Bu gün, 07:00 |
|
|
|
• "Bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?" - ÇAĞIRIŞ
Bu gün, 06:45 |
|
|
|
• 'Azercell' 2023-cü il üzrə maliyyə hesabatını niyə açıqlamır? - ŞOK İDDİA
Bu gün, 06:40 |
|
|
|
• Ermənistan Naxçıvan istiqamətində fəallaşdı: Yeni müharibə başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 06:31 |
|
|
|
• Bakıda bizi Qarabağın azadlığı ilə təbrik edən Əhmədian İrəvanda... - erməniləri nə ilə TƏBRİK EDİR?
Bu gün, 06:23 |
|
|
|
• Milli Qəhrəman Salatın Əsgərovanın anım günüdür
Bu gün, 01:11 |
|
|
|
• "Ali təhsilli qızıma xadimə işi təklif olunur" - BU NƏDİ BELƏ?
Bu gün, 00:59 |
|
|
|
• Paşinyan Qərbi Azərbaycana qayıdışdan imtina edə bilməyəcək... ÇÜNKİ... - Öhdəliyi var...
Bu gün, 00:55 |
|
|
|
• “Cəmi 2 ay 170 manat aliment ödəyən biri ata sayıla bilərmi?” - QARADAĞ SAKİNİ NƏVƏSİNİN QƏYYUMLUĞUNUN ONA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 00:53 |
|
|
|
• Azərbaycanda dövlət müəssisəsində kütləvi ixtisar: 100-ə yaxın əməkdaş işdən çıxarıldı - HƏLƏ DAVAM EDƏCƏK...
Bu gün, 00:51 |
|
|
|
• ATƏT-in yeni sədri Kiyevdə Zelenski ilə görüşüb
Bu gün, 00:49 |
|
|
|
• Vətəndaş AZƏRİQAZ-dan narazılıq edir - MÜRACİƏT
Bu gün, 00:47 |
|
|
|
• Dələduzlar tərəfindən 100 minlərlə vətəndaş aldadılıb: İşə düzəltmə agentlikləri ləğv olunmalıdır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:40 |
|
|
|
• Tıxacda “boğulan” Bakı: “Yol infrastrukturundan kiçik məmurlara qədər...” - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı sözləri Avropada təşviş yaradıb - Bild
Bu gün, 00:31 |
|
|
|
• "Bütün müraciətlərimə rədd cavabı verilir" - GİLEY
Bu gün, 00:29 |
|
|
|
• Azərbaycanın yeni dünya vizyonu - İNCƏLƏMƏ
Bu gün, 00:21 |
|
|
|
• “Liv Bona Dea Hospital”-da müəmmalı ölüm işi - Abbasəli Abbasəliyev Şahini səhv müalicə etdi
Bu gün, 00:19 |
|
|
|
• Ermənilər sərhədimizdə daha bir dayaq məntəqəsi tikir - "Bez Tormozov"
Bu gün, 00:17 |
|
|
|
• "El üçün yox, ev üçün yaşamaq lazımdır"
Bu gün, 00:14 |
|
|
|
• Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Bu gün, 00:10 |
|
|
|
• Bu şirkət tikinti işlərindən 683 min manat - QAZANC GÖTÜRƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Nazirlik 9 milyonluq mühafizə xidmətini bu şirkətlərdən alacaq – MƏBLƏĞLƏR
Bu gün, 00:02 |
|
|
|
|