Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: .....                     Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb .....                     Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq .....                     DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var .....                     "Balalarımız təcrübə dovşanı deyil..." .....                     ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır .....                     “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” .....                     "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam" .....                     "Qarabağ"da ən bahalı futbolçu kimdir? .....                     Qaradağın rəisi Suraxanıya təyinat aldı .....                     Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar .....                     Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... .....                     “Ferrum Kapital”ın departamentinin rəhbəri .....                     Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? .....                     Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? .....                     "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? .....                     Biz o terrorçunun edamını istəyirik .....                     Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... .....                     Zelenski Trampla görüşə razı deyil .....                     İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? .....                     36 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi .....                     Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, .....                     Şəmsi Səmədzadə azadlığa buraxılıb .....                     Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB .....                     Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... .....                     Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU .....                     Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB .....                     Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... .....                     Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... .....                     Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır .....                     Ekstrasensdən qorxunc proqnoz: .....                     Ermənistan-Azərbaycan sərhədində son durum: .....                     Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? .....                     Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib .....                     “USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” .....                     "Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi .....                     Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub .....                     Əyalət mollasının XƏYALƏT İDEYASI... .....                     Deputatlar nə fikirləşir, hara baxırlar? .....                 

Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Tarix: Bu gün, 09:00 | Çap et
Ermənistan dörd kəndi də təhvil verəcək
“Azərbaycanla anklavlar məsələsinin müzakirəsində heç bir problem görmürük”.
Bu fikirləri Ermənistan parlamentinin sədri Alen Simonyan şimaldan delimitasiya və demarkasiya davam edərsə, Azərbaycanın anklavlarının təhvil verilib-verilməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib. “Anklavların müzakirəsində heç bir problem görmürük, problem yoxdur. Heç bir mərhələdə o müzakirəyə başlamaqda problem görmürük. Düşünmürük ki, bu, bizi narahat edən və ya narahat etməli olan bir gündəm məsələsidir”, - spiker bildirib.

Simonyan qeyd edib ki, bütün bu ərazilərlə bağlı hüquqi sənədlərin olması vacibdir. Bununla belə, o iddia edib ki, sərhədin delimitasiyası ilə bağlı imzalanan və ikitərəfli qaydada təsdiq edilən sənəddə anklavlar məsələsi yoxdur. Həmçinin spiker əlavə edib ki, demarkasiya şimaldan cənuba doğru davam edəcək. Ermənistanın Azərbaycana qaytarmalı olduğu 4 anklav var. Söhbət Sofulu, Barxudarlı, Yuxarı Əskipara (Qazax) və Kərki (Naxçıvan) kəndlərindən gedir.

“Ermənistanın Tavuş vilayəti istiqamətində yeni ərazilərin sərhədlərin delimitasiya və demarkasiyası prosesi çərçivəsində Azərbaycana təhvil verilməsi gözlənilir”. Ermənistanın “Hraparak” nəşri belə yazıb. Nəşrə danışan Tavuşun sərhəddə yerləşən Kirants kəndinin sakini Andranik Nazaryan deyib ki, proses çərçivəsində Kirants-Voskepar bölgəsində yeni ərazilərin verilməsinə hazırlıq görülür: “Burada söhbət bizim üçün strateji əhəmiyyətə malik "Qızıl üçbucaq" adlanan ərazidən gedir. Həmin bölgədəki ərazilər Azərbaycana təhvil verilərsə, oradan keçən qaz kəməri də Bakının nəzarəti altına düşəcək. Ötən il baş tutan demarkasiya prosesi zamanı “Vətən üçün Tavuş” hərəkatının iştirakçıları çox aktiv idilər, buna qarşı çıxırdılar. Əhali indi də qətiyyətlidir, boş oturmaq istəmirlər, etiraz etməyə və mübarizə aparmağa çalışırlar. Lakin bizim çox ciddi lider problemimiz var, mübarizəyə rəhbərlik edəcək kimsə yoxdur".

A.Nazaryan konkret hansı ərazilərin təhvilinə hazırlıq getdiyini açıqlamasa da, onların Azərbaycana məxsus anklavlar - Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri olduğu ehtimal edilir. Ötən il baş tutan demarkasiya prosesi çərçivəsində Qazağın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd divarı çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib.

Yada salaq ki, yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib.

Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

Qazağın anklav olan 3, Naxçıvanın isə Kərki kəndi delimitasiya prosesi çərçivəsində Azərbaycana nə zaman qaytarıla bilər?

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva əslində bu fikirlərlə Ermənistan tərəfinin vaxt uzatdığını qeyd etdi: “Ermənistan parlamentinin sədri Alen Simonyan deyir ki, işğalçı ölkənin hələ də nəzarətində qalan Azərbaycanın 4 kəndinin geri qaytarılmasında İrəvan heç bir problem görmür. İlk baxışdan belə başa düşmək olar ki, Ermənistan işğal altındakı kəndlərimizi qaytarmaq istəyir. Amma alt qata baxdıqda görürük ki, qonşularımız bu məsələdə də vaxt uzatmaq istəyirlər. Deyirlər ki, delimitasiya və demarkasiya işləri aparılsın. Bu da uzunmüddətli prosesdir və illərlə vaxt aparan bir məsələdir. Üstəlik, Sofulu, Barxudarlı, Yuxarı Əskipara (Qazax) və Kərki (Naxçıvan) kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı danışarkən iddia edib ki, "sərhədin delimitasiyası ilə bağlı imzalanan və ikitərəfli qaydada təsdiq edilən sənəddə anklavlar məsələsi yoxdur". Bu cümlədə Azərbaycana qarşı İrəvanın yenə də ərazi iddiası irəli sürdüyünü görmək mümkündür. Eyni zamanda həmin kəndlər sovet dövründə rəsmi Bakının, eləcə də Azərbaycanın razılığı olmadan verilib. Simonyanın haqqında danışdığı sənəddə ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsi ön plandadır. Deməli, Azərbaycan ərazisi kimi tanınan bütün yaşayış məntəqələri, otlaq sahələri ölkəmizə geri qaytarılmalıdır. Ermənistan bunu nə qədər tez edərsə, bir o qədər yaxşı olar. Azərbaycanın səbr kasasını daşırmaq olmaz. Bu, İrəvan üçün baha başa gələ bilər. Üstəlik, Ermənistan həmin kəndlərin işğalına görə də təzminat ödəməlidir. Həmin kəndlər Qarabağ bölgəsindən yüzlərlə kilometr uzaqdadır və işğala görə təzminat məsuliyyətini İrəvan heç bir halda üzərindən ata bilməz".

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev təcili şəkildə bu məsələnin razılaşdırılmalı olduğunu diqqətimizə çatdırdı: “Ermənistan-Azərbaycan sərhədinin Qazax rayonu istiqamətində 12 km hissəsi delimitasiya olunandan sonra proses demək olar ki, dayanmışdı və ikitərəfli komissiyanın görüşləri ilə bağlı məlumatlar da yox idi. Prosesin yenidən başlaması ona ümid verir ki, tərəflər delimitasiya prosesinin davam olunması ilə bağlı yenidən əməli işə keçə bilərlər. Əslində burada indiyədək problemi yaradan Ermənistan tərəfi olub və bütün vasitələrlə özü üçün strateji hesab etdiyi, amma əslində Azərbaycana məxsus olan ərazilərin qaytarılmasını istəmirdi. Ermənistan-Azərbaycan sərhədi təxminən 1000 km məsəfadə uzanır və bu sərhədin hər metrinin müəyyənləşdirilməsi vacib şərtdir. Amma belə görünür ki, bütünlükdə sərhəd boyu delimitasiya prosesi elə də asan həyata keçməyəcək. Hesab edirəm ki, birinci etapda hər iki tərəfin razılaşdırmada problem yaratmayan sərhəd hissələri tez bir zamanda delimitasiya olunmalıdır. Razılaşdırıla bilməyən ərazilər isə əlavə müzakirələr və sənədlərlə öz həllini tapa bilər. Yəni problemli ərazilərlə bağlı qərarın verilməsi uzun müddət vaxt apara bilər. Bildiyim qədər sərhəd boyu belə ərazilər elə də çox deyil. Yəni 1000 km-lik sərhəd xəttinin az hissəsini əhatə edir. O səbəbdən ciddi mübahisə predmeti olmayan rahatlıqla razılaşdırıla bilən ərazilərin tez bir zamanda delimitasiya edilməsi mübahisəli ərazilərin razılaşdırılıb delimitasiya olunmasına təkan verə bilər. Belə bir situasiyada Ermənistan yenə cığallıq edəcəksə, bu o anlama gələ bilər ki, delimitasiya danışıqlarında iştirak rəsmi İrəvan üçün vaxt qazanmaq üsuludur. Bu hal isə Azərbaycanı birmənalı qane etməyəcək və problemin həlli üçün alternativ üsullardan istifadə hüququndan istifadə edək. Hazırda Ermənistanın nəzarətində olan anklavlara gəlincə isə həmin ərazilərin də delimitasiya və demarkasiyası paralel olaraq aparılmalıdır. Yəni ən azından həmin kəndlərin ərazilərinin konturları dəqiqləşdirilib razılaşdırılmalıdır və Ermənistan sərhədləri daxilində konkret ölçüdə ərazilərimizin olması təsdiq olunmalıdır. Həmin ərazilərin Azərbaycana qaytarılması yolları, üsulları isə sonra da müzakirə oluna bilər. Çünki anklavların qaytarılması prosesi daha çətindir. Belə ki, onlar qaytarılacağı halda Azərbaycanın əsas hissəsi ilə hansısa vasitə ilə birləşdiriləcək, birləşdirilməyəcəksə, əlaqələrin necə saxlanılacağı üzərində ciddi işlər getməlidir. Hətta ərazi mübadiləsi fikrini irəli sürənlər də var. Odur ki, ilk növbədə təcili şəkildə anklavlarımızın sərhədlərini müəyyənləşdirib imzalı razılaşdırmaq lazımdır ki, zamanı gələndə problem yaşanmasın”.

“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03
DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55
"Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52
ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
"Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38
"Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37
Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36
Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34
Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31
“Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28
Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18
"Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15
Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05
Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01
Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40
İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38
36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35
Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32
Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30
Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27
Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24
Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17
Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01
Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54
Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52
Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46
Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36
Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32
Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30
Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28
Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25
“USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 10:19
"Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
Bu gün, 10:10
Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:06
Əyalət mollasının XƏYALƏT İDEYASI... - VİDEO-ARAŞDIRMA
Bu gün, 10:05
Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55
“Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44
“Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37
MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29
Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24
Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17
Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09
Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01
Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru