AAYDA işçilərinə niyə maaş ödəmir? - TƏFƏRRÜAT
Tarix: 28-01-2025, 16:41 | Çap et
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ölkə üzrə fəaliyyət göstərən idarələrinin işçiləri əməkhaqqı ala bilmirlər.
Agentlik işçilərinə dekabr ayının əməkhaqqını ödəməyib, bu isə Yeni il ərəfəsində işçilərin ciddi maddi problemlərlə üzləşməsinə səbəb olub. Artıq yanvar ayı da başa çatmaq üzrədir, lakin maaşlar hələ də ödənilməyib. Bu hal işçilər arasında kütləvi narazılıqlara yol açıb.
Musavat.com-un əldə etdiyi məlumatlara əsasən, AAYDA-nın Bakıda yerləşən idarələrində çalışanların bir qismi maaşlarını alsalar da, rayonlarda fəaliyyət göstərən işçilər hələ də əməkhaqqı gözləyir.
Bu gecikmələr işçilərin maliyyə vəziyyətini ağırlaşdırıb. Bir çox işçi kredit borclarını ödəyə bilmədiyi üçün əlavə faizlər və cərimələrlə yüklənib. Əməkhaqqının vaxtında ödənilməməsi onların ailəvi vəziyyətinə də mənfi təsir göstərib. Fevralın 4-də həm dekabr, həm də yanvar ayının maaşı ödənilməli olsa da, işçilər bu müddətin də keçəcəyi və maaşların yenə gecikəcəyi ilə bağlı narahatdırlar.
İşçilərin narazılığı artır
Mənbələrin bildirdiyinə görə, idarə rəhbərləri maaşların nə zaman ödəniləcəyi ilə bağlı heç bir konkret məlumat vermirlər. Əməkhaqqının gecikməsinin səbəbi və ödəniləcəyi vaxtla bağlı işçilərə hər hansı açıqlama verilməməsi onların narahatlığını daha da artırır.
"Yeni il qabağı maaşsız qalmaq bayram planlarımızı alt-üst etdi. Gündəlik ehtiyaclarımızı qarşılamaq üçün borclanmağa məcbur olduq və bu proses hələ də davam edir", - deyə işçilərdən biri redaksiyamıza bildirib.
İşçilərin maliyyə vəziyyəti daha da ağırlaşıb
Bir neçə işçi artıq iki aylıq maaşlarının ödənilməməsi səbəbindən ailələrini dolandırmaqda çətinlik çəkdiklərini, gündəlik ehtiyaclarını təmin edə bilmədiklərini vurğulayıb. Xüsusilə kredit borcu olanlar əlavə faizlər səbəbindən daha da çətin vəziyyətə düşüblər.
AAYDA-nın bir əməkdaşı adının açıqlanmaması şərti ilə redaksiyamıza bunları deyib:
"Biz hər ayın maaşını növbəti ayın 4-ü alırdıq. Amma artıq yanvar bitir, hələ dekabrın maaşını ala bilmirik. Soruşuruq, deyirlər ki, "büdcə ayrılmayıb". Nə məsələdir, bilmirik. Yeganə bildiyimiz odur ki, işləyirik, amma maaş verilmir. Maaşımız onsuz da çox deyil, ancaq ailəmizin ehtiyaclarını və kredit borclarını ödəməyə çatır. Maaş gecikdiyi üçün banklar hər gün zəng edir, borclarımıza faiz gəlir. Borc alıb evimizə çörək alırıq. Belə nə vaxta qədər davam edəcək? Fevralın 4-də maaşlarımızı almasaq, vəziyyət daha da pisləşəcək".
AAYDA isə deyir ki...
AAYDA rəhbərliyindən bu problemə dair işçilərə heç bir aydın və rəsmi açıqlama verilməməsi işçilərin narazılığını daha da artırır. Problemə təcili həll yolu tapılmaması isə daha böyük gərginliyə yol aça bilər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Musavat.com-a bildirib ki, maaşlar ödənilib:
"Agentlik tərəfindən maaşlar vaxtında ödənilib. Ola bilər ki, hansısa idarə gecikdirib, amma maaşlar biz tərəfdən vaxtında ödənilib".
Maraqlıdır, birdən çox rayonda maaşlarını ala bilməyən əməkdaşlar var. Amma agentik deyir ki, "biz ödəmişik". Onlar ödəyib, maaşları almalı olanlar almayıb.
O zaman ortaya sual çıxır - bu pullar haradadır?
musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30 |
|
|
|
• Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26 |
|
|
|
• Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23 |
|
|
|
• AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19 |
|
|
|
• 7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07 |
|
|
|
• “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02 |
|
|
|
• "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01 |
|
|
|
• Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59 |
|
|
|
• 6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56 |
|
|
|
• Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47 |
|
|
|
• İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43 |
|
|
|
• Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38 |
|
|
|
• 14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36 |
|
|
|
• "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31 |
|
|
|
• “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16 |
|
|
|
• Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13 |
|
|
|
• "Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11 |
|
|
|
• Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08 |
|
|
|
• Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05 |
|
|
|
• Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56 |
|
|
|
• Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53 |
|
|
|
• Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52 |
|
|
|
• Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50 |
|
|
|
• Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49 |
|
|
|
• Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48 |
|
|
|
• Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42 |
|
|
|
• Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31 |
|
|
|
• Ronald Reyqan deyərdi ki... - ŞƏRH
Bu gün, 08:30 |
|
|
|
• Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopter toqquşub - “CNN“
Bu gün, 08:25 |
|
|
|
• Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:21 |
|
|
|
• Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:02 |
|
|
|
• Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər – İlk dəfə
Bu gün, 06:24 |
|
|
|
• Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 06:20 |
|
|
|
• Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir - NƏ BAŞ VERİR?
Bu gün, 02:41 |
|
|
|
• "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:39 |
|
|
|
• "Atamın bir əli işləmir" - Ənvər Həsənovun qızı
Bu gün, 02:36 |
|
|
|
• Geyim mağazası vətəndaşa qarşı dələduzluq etdi - İDDİA
Bu gün, 02:33 |
|
|
|
• Rusiya Azərbaycanla münasibətləri korlamaq yerinə... - AKTUAL
Bu gün, 02:30 |
|
|
|
• Gömrük komitəsində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR
Bu gün, 01:50 |
|
|
|
• Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib - KİV
Bu gün, 01:43 |
|
|
|
• Türkiyə şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda şirkət nizamnamə kapitalını - 1,5 MLN. MANAT AZALTDI
Bu gün, 00:02 |
|
|
|
• Zəngəzur dəhlizində “Sülh kəsişməsi” - Yenə də erməni məntiqsizliyi
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın iradəsi olmadan... bölgədə heç bir layihə reallaşa bilməz!
Dünən, 18:58 |
|
|
|
• Bələdiyyə seçkilərində namizədlərin 50 faizi gənclərdir, bu, keyfiyyətin yüksəlməsində mühüm rol oynayacaq
Dünən, 18:07 |
|
|
|
• Eks-nazir Paşinyanı devirməyə çağırdı
Dünən, 18:05 |
|
|
|
• Ermənistan hərbi ritorikanı artırdı – Paşinyan orduya göstəriş verdi
Dünən, 18:04 |
|
|
|
• Tramp prezidentliyinin doqquz günü ərzində rekord sayda fərman imzalayıb
Dünən, 18:02 |
|
|
|
• Azərbaycanda nazir səs vermək üçün növbədə gözlədi - GÜNÜN FOTOSU
Dünən, 18:01 |
|
|
|
|