“Azərsun Holding”in Təchizat Zəncirinin Biznes Mükəmməlliyi Departamentinə yeni rəhbər təyin edilib.
Banker.az xəbər verir ki, yeni təyin edilən departament rəhbəri Emin Camalovdur.
O, 2024-cü ilin fevralından indiyə kimi “Azərsun Holdinq”in Müştəri Xidmətləri və Proseslərin İnkişafı Departamentinin rəhbəri idi.
Qeyd edək ki, Emil Camalov 2013-cü ildən bəri “Azərsun Holdinq”də Logistika Proseslərinin İnkişafı üzrə rəhbər, logistika proseslərinin İnkişafı mütəxəssisi, göndərmə planlaşdırma mütəxəssisi, nəqliyyat mütəxəssisi kimi müxtəlif vəzifələrdə, Sumqayıt Texnologiyalar Parkında isə mühasib kimi çalışıb.