Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir .....                     Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi .....                     21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” .....                     Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? .....                     Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR .....                     Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib .....                     USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi .....                     Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur .....                     Müharibə bitir: Fevralın 14-də... .....                     `Batıgöz Klinikası` pasiyentləri aldadır .....                     “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında .....                     Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... .....                     ""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." .....                     Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? .....                     "Heç bir şoudan və performansdan söhbət gedə bilməz" .....                     Tenderlərlə bağlı SİRLİ OYUNLAR .....                     Paşinyan Qarakilsədən dəhliz versə... .....                     Paşinyan o sənədləri yaysa... .....                     ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... .....                     Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? .....                     Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... .....                     "Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı .....                     Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər .....                     Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin .....                     USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür .....                     Bu gün Ruben Vardanyanın məhkəməsi .....                     Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə .....                     Ermənistan növbəti təxribata hazırlaşır .....                     Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM .....                     Erməni general Bakıya görə separatçıları təhdid etdi .....                     Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı .....                     Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? .....                     Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: .....                     Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: .....                     “Casuslar” regionu xaosa sürükləyir .....                     Gömrük Komitəsində təqaüd QALMAQALI .....                     AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ .....                     “Kapital Bank” hər yerdə etimadı itirib .....                     Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir .....                     Azərbaycanda 29 illik şirkət .....                 

Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Tarix: Bu gün, 07:08 | Çap et
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin mətnində razılaşdırılmamış iki bənddən birinin hüquqi strukturlarda qarşılıqlı şikayətlərlə bağlı olduğunu bildirib.

“Cebheinfo.az”-ın məlumatına görə, Paşinyan bu barədə Vaşinqtonda Atlantika Şurasının direktoru Con Herbstin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, 17 bənddən 15-i barədə razılıq əldə olunsa da, ikisi mübahisəli qalır.

Bunlardan biri Ermənistandakı Avropa müşahidə missiyasının Azərbaycanla şərti sərhəddən çıxarılması ilə bağlıdır. Digəri isə Azərbaycanın və Ermənistanın beynəlxalq məhkəmələrdə bir-birinə qarşı məhkəmə iddiasından imtina etməsinə dair təklifi nəzərdə tutur.

“İdeya bütün bu şikayətləri ləğv etməkdən ibarətdir. Ümumiyyətlə, biz də bu fikrin əleyhinə deyilik. Amma təklifimiz ondan ibarətdir ki, nəinki bu şikayətlər ləğv edilsin, həm də ikitərəfli münasibətlərdə bu məsələlər gündəmə gətirilməsin. Əks halda, qəribə bir vəziyyət yarana bilər.

Tutaq ki, hansısa məsələ beynəlxalq strukturun məhkəməsində baxılmaqdan çıxarılır. Lakin tərəflərdən biri bu məsələni ikitərəfli münasibətlərdə masaya çıxarmağa çalışır və tərəflərdən birinin bu məsələdən istifadə etməsi eskalasiyaya səbəb ola bilər. Belə olan halda artıq bu iddianı beynəlxalq strukturlara ötürmək mümkün olmayacaq.

Biz də bu fikrin əleyhinə deyilik. Biz təklif edirik ki, münaqişə ilə bağlı gələcək müzakirələrə son qoyulsun və yeni, təmiz səhifədən başlayaraq ikitərəfli münasibətlərdə yeni dövr açılsın. Əgər fikir vermisinizsə, bu, o deməkdir ki, sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb. Bu layihədə çox dərin və həssas mövzular var idi, lakin bütün bu məsələlərdə artıq razılıq var.

Məsələn, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşıblar. Biz razılaşdıq ki, elə bir vəziyyət olsun ki, Ermənistan və Azərbaycan bir-birinə ərazi iddiası irəli sürməsin və gələcəkdə də belə iddialarla çıxış etməyək.

Bu, əslində gələcək sülhün təməl daşıdır və hər şey onun ətrafında razılaşdırılır. Bunu niyə deyirəm? Ona görə ki, bu, indi sülhün əvvəlkindən daha yaxın olduğuna dəlalət edir. İndi yalnız sülh müqaviləsi layihəsini yekunlaşdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq üçün siyasi iradə lazımdır”,-deyə Ermənistanın Baş naziri bildirib.

Qeyd edək ki, Nikol Paşinyanın açıqlamasında həqiqəti əks etdirməyən fikirlər yer alıb. İlk növbədə, Paşinyan beynəlxalq strukturlarda tərəflərin bir-birinə qarşı məhkəmə iddiasından imtina etməsini mühüm şərtlərdən biri kimi irəli sürür. Rəsmi İrəvan bununla Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiasından və təzminat davasından geri çəkilməsinə nail olmaq niyyəti güdür.

Yəni Ermənistan sülh razılaşmasına imza atmaqla işğal dövründə törədilmiş cinayətlərə görə məhkəmə məsuliyyətindən yayınmağa çalışır. Ermənistanın özünün isə Azərbaycana qarşı məhkəmə iddiası qaldırmaq üçün hər hansı hüquqi əsası yoxdur. Çünki bu prosesdə yeganə zərər çəkən tərəf Azərbaycandır.

Paşinyanın çıxışındakı digər yalan məqam Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmaması barədə razılaşma ilə bağlıdır. Ermənistan konstitusiyasının preambula hissəsində istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiası qalır. Yəni orada Qarabağ Ermənistan ərazisi kimi qeyd edilir.

Azərbaycanın bütün tələblərinə baxmayaraq, Paşinyan hökuməti referendumdan yayınır və konstitusiyaya dəyişikliyi qəbul etmir. Sülh müqaviləsinin mətnindəki mübahisəli qalan iki bənddən birincisi məhz konstitusiyaya dəyişikliklə bağlıdır. Paşinyan isə açıqlamasında diqqəti digər məsələlərə yönlətməklə bunu gizlətməyə çalışıb. Həmçinin, Ermənistan hazırda Azərbaycanın dörd anklav kəndini işğal altında saxlayır. Bu da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir.

Beləliklə, Ermənistan 2022-ci il oktyabrın 6-da Azərbaycanla ərazi bütövlüyünün qarşılıqlı tanınmasına dair imzalanmış Praqa Bəyannaməsini pozub.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir - TƏFƏRRÜAT
Bu gün, 09:59
Vüqar Qurbanovun qardaşına yüksək vəzifə verildi - FOTO
Bu gün, 09:49
21-ci əsrdə uçmaqda olan məktəblərdə şagirdlər TƏHSİL ALIR: “BURA AFRİKADIR?” - VİDEO
Bu gün, 09:44
Səhiyyə Nazirliyinin lisenziyasını ləğv etdiyi və adlarını gizli saxladığı 35-ə yaxın plastik cərrah KİMLƏRDİR? - AKTUAL
Bu gün, 09:40
Siyəzən və Göyçay məktəblərində müəllimlərin MAAŞI GECİKİR - NARAZILIQ VAR...
Bu gün, 09:38
Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 09:31
USAİD separatizmi və Ermənistanın daxilindəki revanşist qüvvələri təşviq edirdi - FAKT BUDUR!
Bu gün, 09:28
Xaos və siyasi provokasiya mənbəyi olan USAID tarixə qovuşur - İsrafil Kərimovun yazısı
Bu gün, 09:24
Müharibə bitir: Fevralın 14-də... - “Bloomberg”
Bu gün, 09:15
`Batıgöz Klinikası` pasiyentləri aldadır - Pulsuz müayinə, yoxsa fırıldaqçılıq?
Bu gün, 09:11
“Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 09:07
Nərimanov rayon icra şöbəsinin də ÖZ ƏRKÖYÜNÜ VAR İMİŞ... - NARAZILIQ VAR...
Bu gün, 09:01
""Rus evi"ni qeydiyyata alıb nəzarətdə saxlamaqla humanitar fəaliyyətini davam etdirməsinə ehtiyac var..." - REAKSİYA
Bu gün, 08:55
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:47
"Heç bir şoudan və performansdan söhbət gedə bilməz"
Bu gün, 08:46
Tenderlərlə bağlı SİRLİ OYUNLAR – Azərbaycan Türkiyə metoduna keçə bilər
Bu gün, 08:44
Paşinyan Qarakilsədən dəhliz versə... - İran heç nə edə bilməyəcək
Bu gün, 08:41
Paşinyan o sənədləri yaysa... - Sülhlə bağlı İLGİNC GƏLİŞMƏ
Bu gün, 08:35
ŞOK: AZƏRİQAZ-da metal dəyəri 200 min manatdan çox olan borular YOXA ÇIXIB... - Təkcə bir idarədə... təkcə bir fakt...
Bu gün, 08:24
Müəllimlərin maaşına əlavələr əmək pensiyasına təsir etməyəcək? - İddialara RƏSMİ CAVAB
Bu gün, 08:16
Bu halda işsizlikdən sığorta ödənişi almaq hüququ var... - Ekspert danışır...
Bu gün, 08:14
"Byron Medical"ın dövlətə vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:14
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər - İNCƏLƏMƏ
Bu gün, 07:08
Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi KEÇİRİLƏCƏK
Bu gün, 07:07
USAİD-in fəaliyyətində bəşəri cinayətin izləri görünür - deputat
Bu gün, 07:05
Bu gün Ruben Vardanyanın məhkəməsi DAVAM EDƏCƏK
Bu gün, 07:03
Ovannisyanın açıqlamasında Bakını narahat edən iki ifadə - "İrəvan bundan faydalana bilər"
Bu gün, 06:35
Ermənistan növbəti təxribata hazırlaşır - SON DURUM
Bu gün, 06:33
Deputatdan Naxçıvan rəhbərliyinə SƏRT İTTİHAM - VİDEO
Bu gün, 06:28
Erməni general Bakıya görə separatçıları təhdid etdi - "Ya 8 min manat ödəyin, ya da..."
Bu gün, 06:25
Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı - VİDEO
Bu gün, 00:33
Dollar sürətlə bahalaşır: Azərbaycan manatına necə TƏSİR EDƏCƏK? - AKTUAL
Bu gün, 00:28
Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: - Torpaq qalmaqalına yenidən baxılacaq
Bu gün, 00:25
Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: - təslim olan hərbçilər yerindəcə öldürülür
Bu gün, 00:22
“Casuslar” regionu xaosa sürükləyir – Sonra çox gec olacaq
Bu gün, 00:20
Gömrük Komitəsində təqaüd QALMAQALI - 250 nəfərin aqibəti necə olacaq?
Bu gün, 00:15
AQTA-da sahibkarlarla MƏXFİ GÖRÜŞ - NƏ BAŞ VERİR?
Bu gün, 00:11
“Kapital Bank” hər yerdə etimadı itirib - BU DA FAKT...
Bu gün, 00:06
Eyni hüquqi ünvanda fəaliyyət göstərən 2 şirkət ləğv edilir
Bu gün, 00:05
Azərbaycanda 29 illik şirkət - YENİDƏN TƏŞKİL EDİLİR
Bu gün, 00:02
"Fikirləşdim ki, susum, danışmayım, amma..."
Dünən, 23:56
Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Dünən, 23:54
Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Dünən, 23:52
Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Dünən, 23:50
Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Dünən, 20:00
"Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Dünən, 19:56
Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Dünən, 19:53
Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Dünən, 19:51
"Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Dünən, 19:02
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru