Hansı müəllimlər işdən azad OLUNACAQ? .....                     Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır .....                     AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası .....                     Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                     Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik .....                     Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... .....                     “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib .....                     Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? .....                     Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı .....                     Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub .....                     "Dəfələrlə müdriyyətə demişik, amma..." .....                     Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin .....                     Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı .....                     Təhsilimizdə evimizi yıxan məqamlar .....                     “Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır .....                     Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub .....                     "Köçəryanın etirafından sonra Ermənistanda .....                     Çağırış edildi: Rusiyaya səfərdən çəkinin .....                     “Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” .....                     Sərhəddə savaş hazırlığı başladı .....                     “Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır .....                     6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub .....                     Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... .....                     Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: .....                     “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik .....                     Xalq artisti xəstəxanadan EVƏ APARILDI: .....                     Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb .....                     Xəstə anasını döyə-döyə qətlə yetirən oğul .....                     Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı .....                     Ukrayna ordusu əks-hücuma keçib .....                     Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü .....                     Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub .....                     Novruz bayramında əfv olacaq? .....                     "Mirkamil daşı ətəyindən töksün efirə çıxsın" .....                     Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib .....                     Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür .....                     Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir .....                 

Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Tarix: Dünən, 13:32 | Çap et
Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb:
Cənubi Qafqaz yeni dövr başlanmaq üzrədir. Üstəlik, bu dövrün regionda artıq önəmini itirmiş "erməni faktoru"nun tamamilə gömüldüğü mərhələ olacağı gözlənilir. Çünki Ermənistanın və erməni diasporunun əsas beynəlxalq himayədarı olan Bayden administrasiyası artıq mövcud deyil. Və Ağ Evin bundan sonra uydurma erməni narrativlərinə əhəmiyyət verib, vaxt itirəcəyi qətiyyən inandırıcı görünmür.

Onu da qeyd etmək lazımdır ki, Tramp adminstrasiyasının ABŞ-da hakimiyyətə gəlişi Ermənistan üçün mövcud durumda baş verə biləcək ən uğursuz hadisə idi. Bu baxımdan, Ermənistan siyasi dairələrinin olduqca ciddi sarsıntı keçirərək, xof içində olması qətiyyən təəccüblü deyil. Üstəlik bu xof o qədər güclüdür ki, Ermənistan baş naziri Nukol Paşinyan Tramp adminstrasiyasının Ağ Evə köçməsindən dərhal sonra ABŞ-a səfər etmək məcburiyyətində qaldı. Və erməni baş nazir bu dəvətsiz səfəri dini tədbirlərdə iştirak etmək adı altında pərdələməli oldu.

Əslində isə baş nazir ABŞ-a qeyri-rəsmi kəşfiyyat səfərinə çıxmışdı. Çünki rəsmi İrəvanın və erməni lobbi qurumlarının bütün israrlı cəhdlərinə baxmayaraq, baş nazir Nikol Paşinyana prezident Donald Trampın andiçmə mərasiminə "dəvət" almaq mümkün olmamışdı. Yəni, Tramp adminstrasiyası ABŞ-ın Ermənistana ehtiyacı olmadığını elə bəribaşdan anlatmağa çalışmışdı. Sadəcə, özünü hər kəsə lazım olduğuna inandırmış qüsurlu erməni düşüncə sisteminə bunu qəbul etdirmək o qədər də asan məsələ deyil.

Təbii ki, baş nazir Nikol Paşinyan ABŞ-da olduğu müddətdə Ermənistanın Ağ Evin strateji hədəfləri üçün əvəzolunmaz material olduğunu sübut etməyə çalışdı. Buna baxmayaraq, Prezident Donald Trampdan, eləcə də, Ağ Evin yüksək rütbəli təmsilçilərindən qısamüddətli də olsa, görüş qopa bilmədi. Görüş üçün müraciət etdiyi hər kəsdən imtina cavabı aldı. Ona görə də, erməni baş nazir indi yalnız ABŞ-ın vitse-prezidenti ilə çəkdirməyə nail olduğu fotonu bu kəşfiyyat səfərinin yeganə təskinlik predmeti olaraq, təqdim etmək məcburiyyətində qalıb. Və bu, Ermənistanın necə aciz durumda olduğunu göstərir.

Maraqlıdır ki, erməni baş nazir ABŞ-ın vitse-prezidenti ilə qısamüddətli söhbətdə Ağ Evin prioritetləri sırasında Cənubi Qafqazda sülhün bərqərar olmasının da yer alacağına böyük ümidlər bəslədiyini bildirib. Onun fikrincə, bu, ABŞ-ın Ermənistanı dəstəkləməsi üçün ən effektiv metod olardı. Üstəlik, erməni baş nazir Bayden adminstrasiyasının son günlərində tez-tələsik imzalanan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sazişini də qarşı tərəfə xatırlatmağı unutmayıb. Və bununla da, erməni baş nazir ABŞ-ın himayəsi altına sığınmağa can atdığını biruzə verib.

Ancaq bu kəşfiyyat səfərinin nəticələrində erməni baş naziri məyus edəcək məqamlar hətta onun gözlədiyindən belə, qat-qat çoxdur. Belə ki, ABŞ-ın xarici siyasətini müəyyən edən heç kimin qapısı erməni baş nazirin üzünə açılmayıb. Bəzi məlumatlara görə, elə ABŞ vitse-prezidenti ilə qısamüddətli görüşdə onun gündəmə gətirdiyi mövzulara da laqeyd reaksiya verilib. Yəni, baş nazir Nikol Paşinyan regional sülh mövzusunda daha manipulyasiyalar etməyin mümkün olmayacağını daha yaxşı anlamış oldu.

Məsələ ondadır ki, ABŞ-ın Ermənistandan daha önəmli hədəfləri mövcuddur. Yəni, Ağ Ev ABŞ-ın strateji planları üçün faydasız olan Ermənistanı öz yanında boşuna sağa-sola sürüyüb, vaxt itirmək niyyətində deyil. Deməli, əgər, Paşinyan hakimiyyətinə doğrudan da regional sülh lazımdırsa, onda, Ağ Evin deyil, məhz rəsmi Bakının qapısına gəlməlidir. Rəsmi Bakının yekun sülh sazişinin imzalanması üçün prinsipial xarakter daşıyan şərtləri isə məlumdur və dəyişməz qalmaqdadır. Və rəsmi İrəvan həmin şərtlərin hamısını qeyd-şərtsiz icra edərsə, regional sülhə nail ola bilər.

Belə anlaşılır ki, Paşinyan hakimiyyətinin gündəmə gətirdiyi manipulyativ sülh narrativləri Ağ Evin diqqətini çəkmir. Digər tərəfdən, Ağ Evin diqqətini heç ümumiyyətlə, Ermənistan da çəkmir. Yəni, Ermənistan üçün ABŞ-ın himayəsi altında hərbi-siyasi təxribatlar törətməyə cəhd göstərdiyi dövr artıq sona çatdı. Ağ Evdə ABŞ-Ermənistan strateji tərəfdaşlıq anlaşmasını ciddiyə alacaqlarına indi heç baş nazir Nikol Paşinyan belə, inanmır. Və ABŞ-a son dəvətsiz səfərində o, buna artıq əmin olmağa imkan tapıb.

Digər tərəfdən, ABŞ-da erməni diasporu ilə yaxın təmasları olan bəzi siyasi dairələrin baş nazir Nikol Paşinyana ciddi xəbərdarlıq mesajları çatdırdıqları barədə olduqca önəmli məlumatlar da var. Artıq Qərb media qurumlarına qızdırılmış həmin məlumatlara görə, Tramp adminstrasiyası dönəmində Ermənistan Ağ Evin strateji planlarında ümumiyyətlə, yer almayacaq. Və əsas səbəb ondan ibarətdir ki, Tramp adminstrasiyasının nə Cənubi Qafqaz, nə də qlobal siyasəti üçün Ermənistan yararlı tərəfdaş deyil.

Məsələ ondadır ki, Tramp adminstrasiyası Cənubi Qafqazda əsas strateji tərəfdaşlıq üçün Azərbaycan və Gürcüstan üzərində seçim etməyə üstünlük verir. Çünki bu iki ölkə, xüsusilə də, Azərbaycan ABŞ-ın həm regional, həm də qlobal hədəfləri baxımından, strateji tərəfdaşlıq potensialına malikdir. Ona görə də, ABŞ-ın Cənubi Qafqaz, Xəzəryanı və Orta Asiya regionları üzrə strateji planlarında Azərbaycana xüsusi yer ayrılacağı gözlənilir. Ən azından ona görə ki, Azərbaycan bu üç regionda kifayət qədər həlledici təsir mexanizmlərinə sahib ölkədir. Və Ağ Ev Azərbaycan kimi olduqca dəyərli strateji tərəfdaşlıq potensialına malik dövləti Ermənistan ucbatından itirmək niyyətində deyil.

Belə anlaşılır ki, Ağ Evdə Ermənistanla bağlı müəyyən qərarlar artıq verilib. Ermənistan ABŞ-ın geopolitik planlarında böyük ehtimalla yer almayacaq. Bu isə Ermənistanın ABŞ-ın "himayə çətiri"ndən kənarda qalma təhlükəsi deməkdir. Üstəlik, Ağ Evin Ermənistana münasibətdə gözlənilən dəyişiklik barədə baş nazir Nikol Paşinyana məxfi şəkildə məlumat ötürülüb. Və bu səbəbdən də, Ermənistanın gələcək taleyinin təhlükədə olduğunu artıq anlayan erməni baş nazirin tezliklə sülh sazişi üçün rəsmi Bakının qapısını daha israrla döyməyə başlayacağı qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Bu gün, 18:04
Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Bu gün, 18:00
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Bu gün, 17:53
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Bu gün, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Bu gün, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Bu gün, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Bu gün, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Bu gün, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Bu gün, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Bu gün, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Bu gün, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Bu gün, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Bu gün, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Bu gün, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Bu gün, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Bu gün, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Bu gün, 16:56
“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır
Bu gün, 16:52
Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
Bu gün, 16:51
"Köçəryanın etirafından sonra Ermənistanda siyasətçilərin özünü "qəhrəmanlaşdırma" dönəmi başladı"
Bu gün, 16:39
Çağırış edildi: Rusiyaya səfərdən çəkinin - Sərhədlər bağlana bilər
Bu gün, 16:38
“Valuyevin səsləndirdiyi fikirlər başından aldığı zərbələrin nəticəsidir” - deputat
Bu gün, 16:35
Sərhəddə savaş hazırlığı başladı - Ermənilər hücuma keçir?
Bu gün, 16:33
“Baboşa”a maşın hədiyyə edən Emin Hüseynovun vergi borcu artır - İLGİNC...
Bu gün, 16:31
6 nəfər öz vəzifə borcunu yerinə yetirmədiyi üçün belə bir hadisə olub - Perinatal Mərkəzində yanğınla bağlı sabiq direktor
Bu gün, 16:08
Məşhur şərab oliqarxının BAŞI CƏNCƏLDƏ... - Oğlu axtarışda olan iş adamını qızı məhkəməyə verib
Bu gün, 16:07
Rusiyada yaşayan vəkil azərbaycanlılara çağırış etdi: - "Heç nədən qorxmayın"
Bu gün, 16:01
“Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik - İNCƏLƏMƏ
Bu gün, 15:57
Xalq artisti xəstəxanadan EVƏ APARILDI: - “Ümid Allahadır”
Bu gün, 15:52
Ali Məhkəmə xarici diplomların hansı halda tanınmayacağını açıqlayıb - AKTUAL
Bu gün, 15:47
Xəstə anasını döyə-döyə qətlə yetirən oğul HƏBSDƏ ÖLDÜ
Bu gün, 15:45
Daha bir həkim əməliyyat vaxtı canlı yayım açdı - VİDEO
Bu gün, 15:38
Ukrayna ordusu əks-hücuma keçib - “Le Figaro”
Bu gün, 15:36
Azərbaycanda bullinqə məruz qalan şagird özünü öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:30
Şamaxıda avtomat satmaq istəyən şəxs tutulub - FOTO
Bu gün, 15:29
Novruz bayramında əfv olacaq? - Komissiya üzvü danışdı
Bu gün, 15:17
"Mirkamil daşı ətəyindən töksün efirə çıxsın"
Bu gün, 15:14
Azərbaycan-İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib - AÇIQLAMA
Bu gün, 15:09
Quranda din və iman saqqalın uzunluğu ilə yox, elm və əxlaqın zənginliyi ilə ölçülür -İlahiyyatçı
Bu gün, 15:02
Azərbaycan qazının Ukrayna vasitəsi ilə Avropaya nəqli gündəmdədir
Bu gün, 14:59
Sakinlər narazıdır: ““İnteks” MMC 7 ildir binanı təhvil vermir” - AXI NİYƏ?..
Bu gün, 14:57
Alimpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib - Əmlaklarını geri istəyir
Bu gün, 14:52
"Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq" - ETİRAZ
Bu gün, 14:49
Güney Qafqazı KİM QARIŞDIRIR: Ruslar, yoxsa?.. - GƏLİŞMƏ
Bu gün, 14:46
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub - FOTO
Bu gün, 14:44
İdman zalındakı qətl tərs baxışa görə baş verib: Mərhum öldürüləndə qardaşı yanında olub - TƏFƏRRÜAT
Bu gün, 14:34
Nikolay Valuyevin Azərbaycana girişə qadağa qoyulub - RƏSMİ
Bu gün, 14:32
RAİL RZAYEVİN ÖLÜMÜNÜ KİM SİFARİŞ EDİB? - Bakının mərkəzində general-leytenanta qarşı terrorun 16-cı ildönümü
Bu gün, 14:28
Sabah pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq - DİQQƏT
Bu gün, 14:23
Yenə riyakarlıq - Bu dəfə Vaşinqtonda
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru