
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) kadr dəyişikliyi olub.
"DİA-AZ" xəbər verir ki, Heydər Cəfərli “Azərbaycan Dəmir Yolları”nın Marketinq və Tarif Siyasəti departamentinin müdiri təyin olunub.
O, 2023-cü ilin avqustundan indiyə qədər “Azərbaycan Dəmir Yolları”nda Kommersiya departamentinin müdirinin müavini, 2019-cu ilin iyulundan 2023-cü ilin iyuluna kimi Yükdaşımaları Departamentinin Tarif şöbəsinin müdiri, 2018-ci ilin iyun ayından 2019-cü ilin iyul ayına kimi isə Tarif siyasəti və marketinq departamentinin müdir müavini kimi vəzifələrdə çalışıb.
2014-2015-ci illərdə Dövlət Məşğulluq Agentliyində Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 2013-2014-cü illərdə isə Aqro-Azərinvest MMC-də Daxili Nəzarət Meneceri olub.
Heydər Cəfərli 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr dərəcəsinə, 2009-2011-ci illərdə Potsdam Universitetində İqtisadiyyat və Biznes üzrə, Azərbaycan Dövlət İqtisad Universitetində 2011 – 2013-cü illərdə Beynəlxalq İqtisadi Münasibətlər üzrə, 2016-2018-ci illərdə Drezden Texniki Universitetində Layihə menecmenti üzrə magistr dərəcəsinə yiyələnib.