
“Bakıda davam edən məhkəmə prosesi zamanı “prezident” (keçmiş qondarma rejimin lideri – red.) Arkadi Qukasyan Ermənistanın 44 günlük müharibədə iştirakına toxunaraq, İrəvanın “artsax”ın təhlükəsizliyinin təminatçısı olması faktını əsas kimi göstərib”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan deyib.
O, müharibənin ilkin mərhələdə dayandırılması ilə bağlı gedən müzakirələrə toxunaraq qeyd edib ki, Arkadi və Bako Saakyan (keçmiş qondarma rejimin digər lideri – red.) müharibə zamanı “prezident” səlahiyyətlərini icra edən Araik Arutyunyanla görüşüblər:
“Məqsəd Ermənistan rəhbərliyini müharibəni dayandırmaq üçün hər şeyin edilməsinə çağırmaq idi. Rusiya prezidenti (Vladimir Putin – red.) də müharibənin erkən mərhələdə dayandırıla biləcəyinə və böyük itkilərin qarşısının alınacağına inanırdı”.
T.Abramyan müharibənin uzanmasına görə Nikol Paşinyan hakimiyyətinin məsuliyyət daşıdığını bildirib.