
“Gəmi Təmir Tikinti” ASC-nin direktoru Həsənov Həsənağa Şahin oğlunun öz xahişi ilə işdən azad edilir.
Banker.az xəbər verir ki, yeni direktorun təyin edilməsi məsələsinə baxılması üçün 05 mart 2025-ci il tarixində, saat 11:00-da, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi, ev51/53, mənzil 29 ünvanında “Gəmi Təmir Tikinti” ASC-nin Səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
Xatırladaq ki, ASC 2023-cü ilin mart ayında dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 4000 manat təşkil edir.