
ABŞ Prezidenti Donald Tramp özünü Ukraynanın ərazilərini Rusiyaya verməyən "yeganə prezident" adlandırıb.
"Report" RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə Tramp "Truth Social"da yazıb.
"Putin Rusiyasına Ukraynanın heç bir torpağını verməyən yeganə Prezident Donald Trampdır. Yadda saxlayın, zəif və qeyri-effektiv demokratlar tənqid edir və saxta xəbərlər onların dediklərini həvəslə dərc edir”, - o bildirib.