“Azər-Türk Bank” yenə də narazılıq yaradır... - "...gərək ancaq öz bankomatına gedəsən"
Tarix: 2-10-2024, 08:45 |
Çap et
“Azər-Türk Bank” yenə də narazılıq yaradır. dia-az.life xəbər verir ki, bu barədə bankın müştərisi "Müştəriyəm Şikayətim Var" sosial qrupunda giley edir.
Narazı vətəndaş yazır: "Bu ATB qədər doyumsuzu yoxdur, ATB kartımdan ATB kartıma 2 manat köçürürəm... 80 qəpik komisyon tutur, terminaldan 6 manat vurdum 80 qəpik çıxdı, heç bir yerdən komisyonsuz vəsait artırmaq olmur, gərək ancaq öz bankomatına gedəsən, biabırçılıqdır..."