`Tinderyol Baku` `HAQQIN YOLU`NU TAPIB... DEYƏSƏN...
Tarix: 23-10-2024, 11:07 |
Çap et
Sumqayıtda yerləşən "Tinderyol Baku" adlı bu mağaza açıq aşkar vergidən yayınır. "DİA-AZ" xəbər verir ki, bu iddianı "Mütəriyəm Şikayətim Var" sosial qrupunda səsləndiriblər.
Narazı vətəndaş daha sonra bildirir: "Artıq bir neçə aydır ki, qəti olaraq kartla ödəniş qəbul etmirlər.
Səbəbi ilə maraqlandıqda satıcılar bildirirlər ki, müdiriyyət belə istəyir.
Bu mağaza 2 saylı Vergi idarəsinin yaxınlığında yerləşdiyinə görə, yəqin ki, vergi işçilərinin də məlumatı var... Amma hələ ki, Vergi Məcəlləsi yada düşmür..."