KAMALLI ADU-nun COŞQUN günləri... - Və yaxud rektora GECİKMİŞ TƏBRİK...
Tarix: 5-12-2024, 08:27 | Çap et
"Əvvəlki yazılarımda 2024-cü ilin 10 oktyabrında Kamal Abdullayev və onun bacısı oğlu Azad Məmmədovun biznes obyekti olan Azərbaycan Dillər Universitetinin İxtisaslaşdırılmış Müdafiə şurasında Azərbaycan elmində unikal hadisə baş verdiyi – 2024-cü ildə mifik zaman müddətində, daha dəqiq desək, 6 aya dissertasiya yaz(dır)mış və 4 aya 7 məqalə cap etdirmiş Coşqun Dadaşovun “Maykl Murkok yaradıcılığında mifoloji zaman və gerçək dünya” mövzusunda mifik dissertasiyasını müdafiə etdiyi barədə yazmışdım". "DİA-AZ" bildirir ki, bu ironik yanaşmanın müəllifi xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyevdir. O daha sonra bunları əlavə edib: "Noyabrın 20-də müdafiənin qırxı münasibətilə və M.Murkokun doğum günü ərəfəsində (18 dekabr) Kamal Abdullayev və Coşqun Dadaşovun bu münasibətlə Londonun Vestminister hissəsində – Trafalqar meydanındakı Milli qalereyanın (The National Gallery) arxasında yerləşən, fentezi üslubunda dizayn edilmiş feşenebelli “Çolaqdana” restoranına (“The Lame Calf” Restaurant) dəvət edildiyi barədə də məlumat vermişdim. Lakin həmin ərəfədə Kamal Abdullayev bərk azarladığı üçün səfər baş tutmamışdı. Yaxşı ki, baş tutmamışdı, çünki az sonra Coşqun Dadaşovun ona həsr edilmiş dissertasiyasını “Qoogle translation” programı ilə oxuduqdan sonra M. Murkok çox qəzəblənibmiş. M. Murkoka məlum olub ki, mətni 116 səhifə olan bu dissertasiyanın 16 səhifəsində (s.98-113) Coşqun Dadaşov onun “Melnibonedən olan Elrik”ini (“Elric of Melnibone”, 1972-1994) və K.Abdullanın ideyasını oğurladığı “Sehrbazlar dərəsi” ilə müqayisə edib. Başqa sözlə, bu hissəni özünəvurğunluq azarına düçar olmuş Kamal Abdullayev özünə həsr etdirib. Sən demə, dissertasiyanın elmi yeniliyi də Kamal Abdullayev ilə bağlı imiş: “Azərbaycan ədəbiyyatşünaslıqda (müəllif belə yazır – H.Z) ilk dəfə olaraq, M.Murkok və K.Abdulla yaradıcılığının müqayisəli-tipoloji aspektdə araşdırılması da öz növbəsində dissertasiyanın elmi yeniliyini təşkil edir” (s.9). Dissertasiyada, necə deyərlər, M.Murkok yalan olub, Kamal Abdullayev – gerçək. M.Murkoka o da məlum olub ki, Coşqun Dadaşovun dissertasiyası Universitetin dissertasiya sexində yazdırılıb. O bildirib ki, bununla bağlı olaraq öz fikirləri və narazılıqlarını Azərbaycanın müvafiq orqanlarına çatdıracaqdır. “Qulaq” informasiya agentliyinin verdiyi məlumata görə, Kamal Abdullayev bunun eşidəndə çox narahat olub. İndi o, AAK-nin Ekspert şurasının ADU-dan olan və Şuradakı bütün məlumatları ona operativ şəkildə çatdıran xanım üzvü vasitəsilə bu şuraya təsir göstərərək əzizi Coşqun Dadaşovun dissertasiyasının səs çoxluğu ilə qəbul edilməsi üçün dəridən-qabıqdan çıxır. Kamal Abdullayevin narahatlığının bir səbəbi də odur ki, dissertasiyanı yazdırmağa görə “peşkəş etdiyi” vəzifəni başqa birinə verib ondan 100 min manat ala bilərdi. Başqa narahatlıqlar da vardır. O, Coşqun Dadaşovun minimum imtahanlarını verməsi məsələsini saxta yolla, köhnə tarixlə həll etmiş, AAK-nin əsasnaməsinin ziddinə olaraq dissertasiyanı müdafiə olunana qədər ictimaiyyətdən gizlətmiş, kitabxanaya verilməsini təmin etməmiş, başqa iddiaçılar dissertasiyasını müdafiə etmək üçün illərlə növbə gözlədiyi halda, Coşqun Dadaşovu müdafiəyə ümumi növbədən kənar buraxmışdır. Müdafiə prosesində Müdafiə şurasının üzvlərinin Coşqun Dadşova verdiyi suallar da Kamal Abdullayevin tapşırığı ilə qabaqcadan hazırlanıb ona təqdim edilmiş suallar olmuşdur. Bunu müdafiənin video təsvirində aydın görmək olar. Onu da qeyd edim ki, Coşqun Dadaşov və Kamal Abdullayev dissertasiyanı nə qədər gizli saxlasalar da, qulağına dəyən sədalardan sonra M.Murkok da, mən də onu əldə etmişik. Hazırda mən dissertasiyanın ciddi ekspertizasını aparıram. Kamal Abdullayev Coşqun Dadaşov üçün yazdırdığı bu dissertasiyanı belə yekunlaşdır(tdır)ır (həm də sitatla: Quliyev, Q. Ədəbiyyatda xaosmos // Azərbaycan jurnalı, – 2019, № 6, s. 160): “Beləliklə, görmək olur ki, Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Şərq sufizmindən, Maykl Murkokun “Melnibonedən olan Elrik” romanı isə Qərb mistikasından gələn Xeyirlə Şərin biri-birini əvəz etməsini, amma eyni zamanda da gerçək dünyada əbədi olaraq bir yerdə yaşamasını göstərir. Hər iki yazıçı Əbədi Döyüşü bir bütöv – “kosmosda xaosun, xaosda kosmosun əlamətləri” ... kimi göstərir” (s.113). Allah, Allah ..! Bununla kifayətlənməyən Kamal Abdullayev özünü “Nəticə”yə də pərçim etdirir: “M.Murkokun “Melnibonedən olan Elrik” və K.Abdullanın “Sehrbazlar dərəsi” romanlarının müqayisəli-tipoloji aspektdə təhlili onu deməyə əsas verir ki, “Sehrbazlar dərəsi” romanında zaman təkrarlanan, dairəvi və empirik zamanlara bölünür, mifoloji zaman sakral, real zaman isə öləri insanın yaşadığı zamanla şərtlənir. Ağ Dərviş empirik zamanda öləri insan həyatı yaşasa da daima təkrarlanan zamanda yenidən doğulur. M.Murkokun Şahzadə Elriki də ölür, amma yenidən dünyaya gəlir, bu gəlişdə keçmiş həyatını təkrarlayır. Döyüşür və bu döyüş əbədi olaraq davam edir, hərdən Xeyir, hərdən isə Şər qalib gəlir. Hər iki yazıçı Xeyirlə Şərin əbədi döyüşünü varlığın bütövlüyünü göstərən bir hal kimi təqdim edir” (s.116). Son günlər belə bir xəbər də yayılıb ki, M.Murkok Kamal Abdullayevin Nobel mükafatına namizədliyə namizəd olduğunu və Hirş indeksi üzrə ona 454 dəfə istinad edildiyini, ölkənin siyasi rəhbərliyinin “repressiya”sına məruz qaldığını eşidəndən sonra bir qədər yumşalıb və hətta deyib ki, Coşqun Dadaşovla bağlı hələ qəti qərara gələ bilməsə də, Kamal Abdullayevi “dissident” kimi dünyada tanıdacaq və o, yuxularında gördüyü Nobel mükafatını mütləq alacaq. Burada bir haşiyəyə çıxmaq istərdim. Bir neçə il əvvəl haradasa belə bir məlumat oxumuşdum: Bethovenin fortepiano üçün yazdığı 25 nömrəli lya minor – “Elizaya” əsərinin adı, əslində, “Klaraya” imiş. Bethovenin xətti şox pis olduğundan onu (E – C və z – r hərflərinin yazılışda oxşarlığına görə) “Elizaya” kimi oxuyublar. Düşünürəm ki, bəlkə, M.Murkok da “Nobel” yox, “Nofəl” mükafatı yazmaq istəyib, amma mexaniki olaraq “Nobel” yazıb. “Qulaq” informasiya agentliyinin həmin məlumatına görə, M.Murkok Kamal Abdullayevin “Bir yay axşamı” hekayəsini xüsusilə sevdiyini bildirib və deyib ki, onun orada təsvir etdiyi əxlaqsızlıq səhnələri bizim Mançester sitinin bəzi ərazilərindəki mənzərəni xatırladır və Azərbaycanda, onun bu hekayəsində olduğu kimi, əxlaqsızlığa norma tək baxacaq kosmopolit gənclərin yetişməsində böyük rol oynayacaqdır. Qayıdaq Coşqun Dadaşovun dissertasiyasına. Kamal Abdullayev Coşqun Dadaşova yazdırdığı bu dissertasiyanı zorla təsdiq etdirib onu prorektor vəzifəsinə təyin etməyə çalışır. Ona görə də bütün qüvvələrini səfərbər edib. Lakin Kamal Abdullayevin özü kimi birini yetişdirmək istəyi onun ürək funksiyası yerinə yetirən “cəhrə”sində qalacaq. Mən də bu rəzilliyin qarşısını almaq üçün bütün qüvvəmlə çalışacağam..."
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05 |
|
|
|
• Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02 |
|
|
|
• İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02 |
|
|
|
• AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58 |
|
|
|
• "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23 |
|
|
|
• ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00 |
|
|
|
• Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58 |
|
|
|
• Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12 |
|
|
|
• Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11 |
|
|
|
• "Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09 |
|
|
|
• Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55 |
|
|
|
• AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51 |
|
|
|
• Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42 |
|
|
|
• Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37 |
|
|
|
• Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:29 |
|
|
|
• ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Dünən, 17:23 |
|
|
|
• Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Dünən, 17:20 |
|
|
|
• Aktau yaxınlığında təyyarə qəzasında həlak olan 10 nəfərin meyiti müəyyən edilib - Qazaxıstan FHN
Dünən, 17:15 |
|
|
|
• AZAL-ın təyyarəsini Rusiyanın HHM sistemləri vurub – SENSASİON FAKTLAR
Dünən, 17:13 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinə Rusiya hava limanlarına eniş icazəsi verilməyib, GPS-i bloklanıb - "Euronews"
Dünən, 17:09 |
|
|
|
• TƏYYARƏMİZİ RUSLAR VURUB! - Artıq bütün dünya BAR-BAR BAĞIRIR...
Dünən, 17:06 |
|
|
|
• Gəncə səhiyyəsinə qarşı rüşvət ittihamı - Vətəndaş şok faktlar açıqladı
Dünən, 17:02 |
|
|
|
• Mübariz Mənsimov da QƏZA QURBANLARINI ANDI - FOTO
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı 3 ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Dünən, 16:51 |
|
|
|
• "Aqrarkredit" Fəzail Ağamalı və ailə üzvlərinə qarşı iddiasını geri götürüb - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• "Canlarını qoymağa yer tapmırlar dünəndən..." - NARAZILIQ VAR...
Dünən, 16:33 |
|
|
|
• Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir
Dünən, 16:27 |
|
|
|
• Məktəblərdə bayram şənlikləri üçün pul yığıla bilərmi? - Nazir ilk gündən deyib ki...
Dünən, 16:26 |
|
|
|
• Dövlət Gömrük Komitəsi ixracatçı qarşı şirkəti cərimələyib
Dünən, 16:25 |
|
|
|
• Kanal kimin olacaq? - İNCƏLƏMƏ
Dünən, 16:22 |
|
|
|
• Direktor şagirdi formaya görə cəzalandıra bilər? - AÇIQLAMA
Dünən, 16:16 |
|
|
|
• BU DA BU: Rusiya kanalları təyyarənin vurulduğunu sübut edən görüntülər yayımlayıb - FOTO
Dünən, 16:14 |
|
|
|
• "Azərbaycan kişisinə bu cür hərəkət yaraşdırmıram" - ETİRAZ VAR...
Dünən, 16:11 |
|
|
|
• Balaəli məhkəməyə verildi
Dünən, 16:08 |
|
|
|
• Avropa Şurasının mənzil-qərargahı qarşısındakı Azərbaycan bayrağı yarıya endirilib
Dünən, 15:59 |
|
|
|
• “Güllə, qəlpə izləri təyyarənin vurulması ehtimalını artırır” - deputat
Dünən, 15:32 |
|
|
|
• Qəzaya görə Azərbaycana kompensasiya ödənəcək? - AKTUAL
Dünən, 15:25 |
|
|
|
• "Ekipaj üzvləri əllərindən gələni etdilər" - Qəzadan sağ çıxan həmyerlimiz
Dünən, 15:18 |
|
|
|
• Daha iki "TikToker" həbs edildi - FOTO
Dünən, 15:17 |
|
|
|
• NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb
Dünən, 15:14 |
|
|
|
• Birbaşa və dolayı savaş: hər kəs öz xəritəsini çəkməyə çalışır - NƏ BAŞ VERİR?
Dünən, 14:02 |
|
|
|
• Xalq sülhə səs versə... - qazanan Paşinyan OLACAQ
Dünən, 14:00 |
|
|
|
• Paşinyan Sankt-Peterburqa müavinini göndərib - KİV
Dünən, 13:11 |
|
|
|
• Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar - SİYAHI
Dünən, 13:09 |
|
|
|
• Türkiyənin Suriya planı: - “Məhv ediləcək”
Dünən, 13:07 |
|
|
|
• Faciə qurbanları Tərtərdə yad edildi - FOTO
Dünən, 13:01 |
|
|
|
• Tibbi qurum 8 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 12:55 |
|
|
|
• Təyyarə qəzasında həlak olanlar İcəri şəhər “Cümə məscidi”ndə anıldı - FOTO
Dünən, 12:51 |
|
|
|
|