Əsas Səhifə > Şou-biznes > "O PULU XARİCİLƏRƏ NİYƏ VERİRSİNİZ?"

"O PULU XARİCİLƏRƏ NİYƏ VERİRSİNİZ?"


20-12-2012, 11:41
"O PULU XARİCİLƏRƏ NİYƏ VERİRSİNİZ?"
RƏQQASIMIZ KİMƏ ƏSƏBİLƏŞİB?

Beynəlxalq müsabiqələr laureatı, tanınmış rəqqas Şəhriyar Cəfərov bu gün saytımızın ismarıc qutusuna mesaj yollayıb. Onun mesajını olduğu kimi təqdim edirik:

“Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin nizam-intizamın möhkəmlənməsi məqsədilə verdiyi qərar biz rəqqasların narazılığına səbəb olub. 30 noyabr 2012-ci ildə imzalanan əmrdə bildirilib ki, bütün əməkdaşlar işdən sonra filarmoniyadan kənar hər hansı yerdə çıxışları ilə bağlı filarmoniya rəhbərliyini məlumatlandırmalı və bununla yanaşı hər hansı bir çıxışlarından əldə etdikləri gəlirin 20 faizini filarmoniyanın hesabına keçirməlidirlər.

Bu, hansı Əmək Məcəlləsində göstərilib? Mən işdən sonra yüz yerə gedə bilərəm. Bunun onlara heç bir aidiyyəti yoxdur. Əmrdə vurğulanıb ki, işdən sonra qazancın 20 faizi filarmoniyanın hesabına keçirməlisən. Məgər filarmoniya Vergilər Nazirliyinin işini icra edir? Hansı səbəbə onlara vergi verməliyəm?! Mən gecə çörəkpulu qazanıramsa, siz axı buna niyə bais olursunuz? Guya dövlət filormaniyanı təmin etmir ki? Murad Adıgözəlzadə demək istəyir ki, nizam-intizamı pozun, amma gəlirinizdən 20 faizini mənə verin. O ya rəqqasların restoranlarda işləməsinə icazə verməsin, ya da belə bir absurd qərarı geri götürsün. Bunlar rəqqaslara öz qulları kimi baxırlar. Əlbəttə ki, Murad Adıgözəlzadə rəqqaslara yüksək maaş versə, onlar küçələrə düşməzlər. Niyə sən rəqqasın qazancının qarşısını alırsan? Elə təkcə sən gözəl yaşamalısan?”
Bakı Xoreoqrafiya məktəbindəki təhsil sistemi çox bərbad vəziyyətdədir. Təəssüf ki, bunu Mədəniyyət və Turizm Nazirliyi də görür, amma əncam çəkmir. Məktəbin təhsil sisteminin belə vəziyyətə düşməsinə görə oranın direktoru Nilufər Kərimovanı ittiham etmək lazımdır. O, ümumiyyətlə, xoreoqrafiya təhsili olmayan, bu sənətdən tamamilə uzaq bir insandır. Nilufər xanım ixtisasca pianoçudur. Nazirə və orada işləyən məmurlara Nilufər Kərimova kimi adamlar lazımdır. Çünki həmin məmurlar belə xanımların üzərində hökmranlıq edə bilirlər. Məhz bunun nəticəsidir ki, xoreoqrafiya məktəbində dərs deyən müəllimlərin səviyyəsi aşağıdır. Bu gün xoreoqrafiya məktəbində milli rəqslər çox aşağı səviyyədə öyrədilir. Demək olar ki, milli rəqslərə yer ayrılmır. Məktəbin məzunlarının səviyyəsi sıfırdır. Bu gün xoreoqrafiya məktəbində Azərbaycan folklor sənəti tədris olunmur. Bu, faciədir. Tədris olunan rəqslər də nöqsanlı şəkildədir, baş geyimləri yoxdur, musiqi tərtibatı düzgün qurulmayıb, milli kaloritlərdən əsər-əlamət qalmayıb. Belə məzunlar kimə lazımdır? Qoy bu sualın cavabını Mədəniyyət və Turizm Nazirliyinin məmurları versin. Ona görə bugünkü gənclər başqa xalqların milli rəqslərini mənimsəyir. Xoreoqrafiya məktəbinin binasına baxanda Əbülfəs Qarayevin fikri aydın görünür. Onlar açıq şəkildə xoreoqrafiya məktəbini tamamilə bağlamaq istəyirlər. Xoreoqrafiyanın binası 1986-cı ildə açılıb, amma iniyədək təmirə dayanmayıb.
Uzun zamandır ki, Opera və Balet Teatrının rəhbərliyi ilə məhkəmə çəkişməsindəyəm. Mən əvvəl də demişdim, indi də deyirəm ki, Opera və Balet Teatrının rəhbəri Akif Məlikov teatrda yaradıcı siyasətini düzgün qurmayıb. Nəyə görə 23 ildə cəmiyyətimizə lazım olan balet tamaşaları qurulmur? ”20 Yanvar", “Xocalı”, “Qarabağ” mövzuları balet tamaşalarında öz əksini tapmır? Amma lazımsız mövzulara opera qurulur, hələ balet də. Opera və Balet Teatrının bugünkü repertuarı cəmiyyətə lazım deyil. Niyə Azərbaycanın bu qədər talantlı baletmeusterləri ola-ola xaricdən mütəxəssislər dəvət edirlər? O pulu xaricilərə niyə verirsiniz? Olmaz ki, onun əvəzində gənclərimizi xaricə göndərəsiniz?" Mədəniyyət vəTurizm nazirliyində Polad Bülbüloğlunun vaxtından qalan Ədalət Vəliyev adlı müavin var. O və Əbülfəz Qarayev Polad Bülbüloğlunun mədəniyyətə vurduğu ziyanı layiqli şəkildə davam etdirirlər. Əbülfəs Qarayevin başı turizmə qarışıb. O, mədəniyyətlə məşğul olmur. Akif Məlikov da o siyasətin davamçısıdır. Bütün teatrlarda rəhbərlik dəyişib. 23 ildir ki, o, rəhbər kimi yerindədir. Polad Bülbüloğlu komandası, ola bilsin, hələ də siyasətini dəyişməyib. Onun siyasəti milli rəqslərə ziyan vermək idi. Ya da biganəlik. Əgər Qorxmaz Qurbanov, Kamil Dadaşov kimi sənətkarlar kənarda qalıbsa, deməli, Polad müəllimin siyasəti hələ mədəniyyətdə davam edir. Onlar prezident təqaüdü almırlar. Bu günlərdə Nizami Cəfərov Kamil Dadaşovun prezident təqaüdü istəməsinə fikir bildirərək, onu təhqir etmişdi. Demişdi ki, hər yoldan ötənə prezident təqaüdü verilmir. Əgər o, Kamil Dadaşovu tanımırsa, bu, onun problemidir. Belə sənətkarı aşağılamaq qətiyyən olmaz”.

Geri qayıt